05 Dekabr 2025 12:08
295
CƏMİYYƏT
A- A+
Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  


Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Gömrük Komitəsi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) müvafiq bölmələri ilə əməkdaşlıq çərçivəsində xüsusi təhlükəli infeksiyalara qarşı fövqəladə hallar zamanı operativ fəaliyyətin sınaqdan keçirilməsinə yönəlmiş praktiki təlim təşkil olunub.

Beynəlxalq hava limanından AZƏRTAC-a bildirilib ki, təlimin əsas məqsədi aidiyyəti dövlət qurumları ilə hava limanı xidmətləri arasında koordinasiyanı gücləndirmək, eləcə də infeksiya riski yarandığı halda çevik, təhlükəsiz və beynəlxalq standartlara uyğun reaksiyanı təmin etməkdir.

Ssenariyə uyğun olaraq təlim iki mərhələdən ibarət olub. Birinci mərhələ sərnişin terminalının “Gəlmə” zalında həyata keçirilib. Bu simulyasiyada infeksion xəstəliyə yoluxma şübhəsi olan sərnişinin aşkar edilməsi, dərhal təcrid olunması, sanitariya-epidemioloji təhlükəsizlik prosedurlarının tətbiqi və təxliyə prosesinin düzgün icrası real əməliyyat şəraitində sınaqdan keçirilib.

Təlimin ikinci mərhələsində hava gəmisindən sərnişinlərin tibbi heyət tərəfindən təhlükəsizlik protokollarına uyğun şəkildə təxliyəsi, baqajların boşaldılaraq dezinfeksiya olunması təmin edilib. Daha sonra təyyarə salonunda tam dezinfeksiya prosedurları icra olunub və bütün əməliyyat ardıcıllığı operativ qaydada həyata keçirilib.

Təlimdə bütün iştirakçılar qarşıya qoyulan tapşırıqları operativ şəkildə, yüksək koordinasiya və məsuliyyətlə yerinə yetiriblər. Məşğələ həm əməliyyat hazırlığının, həm də fövqəladə hallar üzrə qarşılıqlı fəaliyyət mexanizminin effektivliyini bir daha nümayiş etdirib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda bu kimi birgə təlimlərin təşkili ölkənin hava nəqliyyatında təhlükəsizliyin daha da gücləndirilməsinə, ictimai sağlamlığın qorunmasına və aidiyyəti dövlət qurumları ilə hava limanı arasında davamlı əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayı 1 milyonu ötüb

11:23
05 Mart

Baş nazirin müavini: Azərbaycan iqtisadi siyasətini qlobal proseslərin real təsirləri nəzərə alınmaqla formalaşdırır  

11:17
05 Mart

“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilir

11:07
05 Mart

Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya gübrəsi yola salınıb

10:51
05 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

10:50
05 Mart

Dünya bazarında qızıl 40 dollaradək bahalaşıb

10:16
05 Mart

Dünya birjalarında neft bahalaşıb

10:08
05 Mart

Azərbaycan nefti ucuzlaşıb

10:02
05 Mart

Keçmiş məcburi köçkün: Sevincimizin həddi-hüdudu yoxdur 

09:47
05 Mart

Ağdam sakini: Həmişə düşünürdüm ki, mütləq qayıdacağıq 

09:36
05 Mart

Avropada sığınacaq axtaranların sayı xeyli azalıb

09:15
05 Mart

Keçmiş məcburi köçkün: 32 yaşımda 4 nəfərlə çıxmışdıq, 66 yaşımda 10 nəfərlə qayıdıram 

09:13
05 Mart

"Alimlərin sultanı"

09:10
05 Mart

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Ağdam şəhərinə daha 90 ailə köçürülüb

09:04
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

08:45
05 Mart

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

08:40
05 Mart

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

08:35
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!