05 Mart 2026 09:05
1000
Mədəniyyət
A- A+
Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək


Mayın 1-3-də ölkəmizin paytaxtında növbəti Beynəlxalq Xalça Festivalı keçiriləcək. "Azərxalça" ASC  və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO-nun) dəstəyi ilə təşkil olunan bu festivalın da əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

"Azərxalça" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Xalça Festivalı mayın 1-də Bakı Biznes Mərkəzində "Xalça sənayesi: Dəyər, dizayn və rəqabət qabiliyyəti" mövzusuna həsr olunmuş Beynəlxalq Xalça Forumu ilə işə başlayacaq. Forumun xalça sənayesinin aparıcı beynəlxalq ekspert, dizayner, istehsalçı, tədqiqatçı, ixracatçı və yaradıcı sənaye nümayəndələrini bir araya gətirməsi nəzərdə tutulub. Festival mayın 2-3-də İçərişəhərin tarixi küçələrində xalça sərgiləri, ustad dərsləri, eləcə də musiqili tədbirləri ilə davam edəcək. Qoşa qala meydanında qurulacaq milli pavilyonlarda isə dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələrin xalçaçılıq ənənələri nümayiş olunacaq. Festival zamanı həmçinin bir neçə məşhur xarici və yerli rəssamın İçərişəhərdə yerləşən qalereyalarda sərgiləri də keçiriləcək.  

Diqqətə çatdıraq ki, Azərbaycan xalçaçılarının peşə bayramı - Xalçaçı Gününə həsr olunan Xalça Festivalı bu il həm də "Azərxalça" ASC-nin 10 illik yubileyinə təsadüf edir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankarada qardaşlıq dialoqu: Günay Əfəndiyeva diplomatiya və Türk dünyasının gələcəyindən danışıb  

12:51
30 Aprel

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib YENİLƏNİB

12:50
30 Aprel

Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb

12:39
30 Aprel

Zelenskinin Rusiyanın atəşkəs təklifinə reaksiyası

12:33
30 Aprel

“Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 4 milyon dolları ötüb

12:23
30 Aprel

Geosiyasi gərginlik fonunda Avropada qaz qiymətləri yenidən artdı  

12:05
30 Aprel

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

11:56
30 Aprel

Türkiyənin Şanlıurfa vilayətindən Azərbaycana minlərlə ting göndərilib  

11:44
30 Aprel

Körfəzdə gərginlik: neftin qiyməti 140 dollara çata bilər

11:24
30 Aprel

Qlobal neft ehtiyatları 1,57 trilyon bareli keçib

11:09
30 Aprel

Keçən il OPEC-in qlobal neft ixracındakı payı 44,6 faiz olub

11:01
30 Aprel

WUF13 prinsipləri və Azərbaycanın yanaşması: milli təcrübədən qlobal nümunəyə  

10:57
30 Aprel

DİN: Ötən gün axtarışda olan 139 nəfər saxlanılıb

10:49
30 Aprel

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18 faiz artıb

10:37
30 Aprel

Şəkər və qənnadı məmulatları üzrə ixrac gəlirləri 4 dəfədən çox artıb

10:34
30 Aprel

Azərbaycan nefti 122 dollara satılıb 

10:05
30 Aprel

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:01
30 Aprel

Dünya birjalarında neft kəskin bahalaşıb

09:53
30 Aprel

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

09:43
30 Aprel

Pakistan İrana malların daşınmasını asanlaşdırmaq üçün bir neçə quru yol açıb  

09:31
30 Aprel

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!