05 Mart 2026 08:55
732
CƏMİYYƏT
A- A+
Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır


Mart torpağın nəfəsə gəldiyi, təzə, tər qönçələrin çiçəyə döndüyü, ümidlərin  üfüqdən boylandığı aydır. Təbiət qışın sərtliyindən çıxıb yenidən dirçəldiyi kimi, mart ayında dünyaya göz açan vətən oğlu da baharın özü kimi saf, təmiz, ürəyi arzularla  dolu olur.

Torpağın oyanış çağında doğulan qəhrəman oğlumuz da elə taleyin yazısı ilə ömrünün baharında - arzularının pöhrələndiyi bir vaxtda Vətən uğrunda döyüşlərdə əbədiyyətə qovuşdu. Həyatı qısa, mənalı bir bahar nəğməsinə bənzədi. Ömrü illərlə deyil, Vətən sevgisi, müqəddəs amal ilə ölçüldü. Gəncliyinin ən işıqlı günlərində sinəsini torpağa  sipər edən gənc qəhrəman şəhidlik zirvəsinə yüksələrək adını zamanın yaddaşına həkk etdi.

Bəli, o, bahar fəslində dünyaya gəlmişdi, baharın oğlu idi. Doğuluşu ilə ümid, şəhadəti ilə millətin qüruruna çevrilən bir qəhrəman oldu.  Bu gün baharda doğulub ömrünün bahar çağında Vətən torpağını ədədi qucaqlayan Samir Elşən oğlu Mustafayevdən bəhs edəcəyik. 

1995-ci il martın 15-də Salyanın Qarabağlı kəndində anadan olan Samirin qəlbində Vətən sevgisi adi bir duyğu deyildi. O, bu sevgini canında ruh, nəfəsi kimi daşıyırdı. Torpaq onun üçün xəritədə çəkilmiş sərhəd yox, ata ocağının istisi, ana duasının səsi, şəhid ruhlarının əmanəti idi. Samir Qarabağ haqqında söhbətləri eşidəndə xəyalı onu düşmənin xarabazara çevirdiyi yurd yerlərimizə aparar, o an səsində qəribə bir qətiyyət duyulardı. Vətən onun üçün keçmişin xatirəsi deyil, namus, qeyrət, babalardan qalma əmanət idi. Elə buna görə də taleyi onu aparacağı yolu çoxdan seçmişdi. Hər gün xəyalən Şuşaya gedən yolların yolçusu olan Samirin bir amalı vardı - Vətəni azad görmək. Lazım gələrsə, ana dediyimiz bu qiymətli vətən torpağı üçün canını da qurban verməyə hazır idi! Təki Vətən sağ olsun!

Samir Mustafayev mart ayında dünyaya göz açmışdı. Ailəsinin sevincinə çevrilən bu körpə böyüdükcə mərdliyi, təvazökarlığı və zəhmətsevərliyi ilə seçilirdi. O, orta təhsilini doğma Qarabağlı kəndində başa vurduqdan sonra hərbi xidmətə yollandı. Xidmət illəri Samir üçün bir sınaq oldu, xarakteri daha da möhkəmləndi. Komandirləri onun intizamını, yoldaşları isə sədaqətini xüsusi qeyd edirdilər. Samir sakit təbiətli olsa da, sözünün arxasında dağ kimi dayanmağı bacarırdı.

Vətən müharibəsi başlayanda Samir tərəddüd etmədi. Artıq illərlə gözlədiyi məqam idi. Əsgər paltarını geyinərkən gözlərində qorxu yox, qətiyyət, inam  var idi. Onun üçün bu savaş şəxsi taleyin deyil, milli ləyaqətin savaşı idi. Döyüş yoldaşları  ilə birlikdə irəlilədikcə hər addım onu müqəddəs Şuşaya yaxınlaşdırırdı.

Amansız döyüşlər gedirdi. Dağların sərt sükutunu güllə səsləri yarırdı. Dumanlı yamaclarda irəliləyən əsgərlərin nəfəsi torpağa qarışırdı. Bu zaman Samir ön cərgədə idi. Qayalıqlar arasında mövqe dəyişərkən mərmi səsləri qulaqları deşsə də, o, geri çəkilmədi. Əksinə, döyüş yoldaşlarına ruh verərək "Şuşa bizi gözləyir!, "Müqəddəs bayrağımız Şuşada dalğalanmalıdır!", - deyirdi. Hər atdığı addım onu bir az da Şuşaya yaxınlaşdırırdı. Samir bilirdi ki, ordumuz qarış-qarış irəlilədikcə təkcə torpaqlar işğaldan azad edilmir, qəhrəmanlıq tariximiz də yenidən yazılır. Hər yüksəkliyin azad olunması bizi bir addım da nisgilin sonuna yaxınlaşırdı. Onun ürəyi bu böyük yürüşün ritmi ilə döyünürdü.

Şiddətli döyüşlər gedirdi. Güllələr qayalara dəyib qığılcım saçır, mərmilərin uğultusu dağların sinəsini yarırdı. O isə ölümün gözünün içinə dik baxaraq yaralı döyüş yoldaşını təhlükəsiz mövqeyə çıxarmağa çalışırdı. Samir özünü yaralı döyüş yoldaşına sipər etmişdi. Qəhrəmanlığı təkcə silah tutan əllərdə deyil, qətiyyətli baxışlarda, qorxunu məğlub edən ürəkdə idi. Samir ölümü öldürüb irəliləyirdi. Qəlbi Şuşa həsrəti ilə döyünən bu gənc bilirdi ki, yol  yalnız irəli, zəfərə doğrudur.

Noyabrın 5-də döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsi Samirin arzularla döyünən ürəyini susdurdu. Şuşaya doğru irəliləyən o ürək sahibi müqəddəs Vətən torpağına qarışdı. Noyabrın 7-də Samir doğma Qaradağlı kəndində torpağa tapşırıldı. Baharda dünyaya gələn bir fidan payızın son nəfəsində torpağa qovuşdu. Amma bu torpaq artıq azadlıq torpağı idi. Samirlərin qanı ilə suvarılan, silahdaşlarının rəşadəti ilə azad olunan torpaq... O gün bir ana övladını, bir kənd igidini, Vətən isə öz qəhrəman oğlunu əbədiyyətə yola saldı.

Ölümündən sonra Samir dövlət tərəfindən yüksək mükafatlara "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medallara layiq görüldü. Bu təltiflər bir xalqın minnətdarlığının, bir dövlətin şəhidinə olan ehtiramının ifadəsi idi. Samirin adı artıq təkcə bir ailənin xatirəsində deyil, azad Şuşaya gedən yolun daş yaddaşında yaşayır. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:26
22 Aprel

“Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:23
22 Aprel

“Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi və “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 215 nömrəli Qərarının ləğv edilməsi barədə

01:21
22 Aprel

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:20
22 Aprel

“Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilməsi və çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında (qurumlarında) çağrı xidmətlərinin təşkili barədə

01:17
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" (Bakı, Sumqayıt və Abşeron rayonu istisna olmaqla respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:16
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi" (Respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:15
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili" (Respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:15
22 Aprel

Bahar Muradova: Sosial şəbəkələrin zərərlərinin aradan qaldırılması üçün səyləri birləşdirməliyik

23:09
21 Aprel

“Zirə” Azərbaycan Kubokunda finala yüksəlib

22:36
21 Aprel

Kollegiya iclasında xəzinədarlıq və maliyyə nəzarəti sahəsində görülən işlər müzakirə olunub  

22:19
21 Aprel

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında gümüş medal qazanıb  

21:29
21 Aprel

Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması məqsədilə yeni tərəfdaşlıq sənədi imzalanıb

21:16
21 Aprel

Dünyada neft qiymətlərində azalma müşahidə olunub

21:14
21 Aprel

Avstraliyada qaz vergisi ilə bağlı müzakirələr genişlənir

21:01
21 Aprel

“PlayStation”da yaş məhdudiyyəti

20:52
21 Aprel

Xarici işlər nazirləri ABŞ və İran arasındakı danışıqları müzakirə ediblər

20:43
21 Aprel

“Titanik”in yadigarı xilasedici jilet rekord qiymətə satılıb

20:31
21 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib

20:24
21 Aprel

Muxtar respublikanın Baş naziri: Naxçıvanda iqtisadi aktivlik və sosial sabitlik qorunub saxlanılıb  

20:01
21 Aprel

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

19:49
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!