05 Mart 2026 09:00
1080
Mədəniyyət
A- A+
Bənzərsiz memarlıq abidəsi 

Bənzərsiz memarlıq abidəsi 


Arxitektura baxımından bir-birinə bənzəməyən yeni binalar tikildikcə ölkəmizin paytaxtı Bakı getdikcə daha da gözəlləşir. Bu gözəllik, bu bənzərsizlik şəhərimizə gələn xarici qonaqların, turistlərin diqqətini cəlb edir. 

Doğma Bakımızı daha da yaraşıqlı edən yeni tikililərdən biri də Heydər Əliyev Mərkəzidir. Bu binanın yanından keçənlər nə qədər tələssələr də, mütləq bir anlıq ayaq saxlayıb onun bənzərsizliyinə tamaşa edirlər. 

Nadir memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzinin  tikilməsi müstəqillik tariximizin önəmli memarlıq hadisələrindən biridir. Bu nadir memarlıq abidəsi ölkəmizin və xalqımızın sahib olduğu dəyərlərin nə qədər güclü təməllər üzərində qurulduğunu bütün dünyaya göstərir. Ən başlıcası isə Şərq ilə Qərb mədəniyyətini özündə birləşdirən Bakıya həm möhtəşəm görünüşü, həm də  əzəməti ilə xüsusi yaraşıq verir. 

Heydər Əliyev Mərkəzinin bünövrəsi 10 sentyabr 2007-ci ildə qoyulub. Tikintisi təxminən 5 il davam edib. Nadir sənət incisi dünyaca məşhur olan memar Zaha Hadid tərəfindən layihələndirilib. Bina mürəkkəb mühəndis həlləri, xüsusi beton və fiberqlas panellərdən istifadə edilərək tikilib. O da xüsusi vurğulanmalıdır ki, Heydər Əliyev Mərkəzi "düz xətlərin olmadığı" unikal arxitektura formasında inşa edilib. 

Tikinti işlərinin davam etdiyi illərdə beynəlxalq mühəndis və memar komandaları ilə yanaşı, Azərbaycanın peşəkar mütəxəssisləri də çalışıblar. Binanın fasad örtüyü üçün istifadə olunan xüsusi ağ kompozit panellər gündüzlər gün işığını özündə əks etdirir. Gecələr isə işıqlandırma sayəsində Bakının səmasında parlaq memarlıq nişanəsinə çevrilir. Tikinti zamanı mühəndislər hər kiçik detalı belə nəzərə almışlar. Binanın dayanıqlığını təmin etmək üçün yerli iqlimə və seysmik təhlükəsizliyə uyğun, müasir standartlara cavab verən tikinti materialları seçmişlər. Mərkəz həm də ekoloji baxımdan olduqca davamlı layihədir.

Açılışı 10 may 2012-ci ildə - Ümummilli Liderin anadan olmasının 89-cu ildönümündə olan mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, administrativ ofisləri birləşdirir. 

Heydər Əliyev Mərkəzinin loqosu Azərbaycanın dünənindən gələcəyə doğru baxışlarını, ölkəmizin tərəqqisini və işıqlı sabahını simvolizə edir. Mərkəzin loqosunun rəngi - gümüşü rəng isə özündə bütün maneələri aşmağa, hədəfə doğru inamla addımlamağa işarədir. Məlumdur ki, gümüşü rəng liderlik, mübarizlik, dinamiklik, müdriklik, şəffaflıq, inkişaf və daim yeniliyə can atmaq rəmzidir. Mərkəzin loqosu qurumun üzərinə düşən vəzifələri rəmzi olaraq təsvir etməklə yanaşı, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsini tərənnüm edir.

2013-cü il noyabrın 5-də Heydər Əliyev Mərkəzinin arxitektura təqdimatı keçirilmişdir. Mərasimdə Azərbaycanın rəsmi şəxsləri, müxtəlif ölkələrdən gəlmiş nümayəndələr, tanınmış arxitektorlar və mərkəzin memarı Zaha Hadid iştirak etmişlər. Arxitektura sahəsində nüfuzlu "Pritsker" mükafatının sahibi Zaha Hadid təqdimat mərasimində çıxış edərək Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dəvətə görə təşəkkürünü bildirmişdir. İmkansız tapşırıq kimi görünən bu binanın inşasının onlar üçün gözəl təcrübə olduğunu deyən dünyaşöhrətli memar Zaha Hadid layihənin uğurlu icrasında iştirak edənlərin hər birinə və komandasının üzvlərinə bir daha təşəkkürünü çatdırmışdır. Məlumat üçün bildirək ki, memarlar arasında ən nüfuzlu mükafat olan "Pritsker" mükafatını qazanan ilk qadın kimi tarixə düşən Zaha Hadid Qlazqodakı Riversayd muzeyinin, Quançjou şəhərindəki opera binasının və s. layihələrini hazırlayıb.  Bütün bunlar ona dünya şöhrəti qazandırıb.

Göründüyü kimi, mərkəzin forması ənənəvi kubik memarlığından tamamilə fərqlidir. Diqqətlə baxanda mərkəzin fonunda sanki axan bir parça, enib-qalxan bir təbiət elementi təsiri bağışlayır. Memar burada həm də Azərbaycan xalq sənətinin - xalçaçılıq, ornamentika və kalliqrafiya ənənələrinin axıcı estetikasını müasir memarlıq dilində ifadə etmək istəmişdir. 

Heydər Əliyev Mərkəzi Bakının ruhunu və müasir Azərbaycanın inkişaf fəlsəfəsini ifadə edən cəlbedici memarlıq abidələrindən biridir. Şəhərin yeni vizual kimliyini yaradan bu monumental kompleks yalnız Azərbaycan deyil, bütün postsovet coğrafiyası üçün bənzərsiz bir mədəniyyət və sənət hadisəsidir. Binanın axıcı və sərbəst forması istər gündüz, istərsə də gecə saatlarında şəhərin siluetinə dinamiklik verir. 

Kompleksin memarlığı və funksionallığı, sosial və simvolik anlamı onu Bakının ən çox ziyarət edilən məkanlarından birinə çevirib. Ziyarətçilər burada nəinki binanın qeyri-adi forması və estetikası ilə, həm də Azərbaycan tarixinin, mədəniyyətinin, dövlətçiliyinin dərin qatları ilə tanış olmaq imkanı əldə edirlər. Mərkəzin tikilməsi Azərbaycanın müasir memarlıq xəritəsində tamamilə yeni bir mərhələ açaraq ölkə mədəniyyətini və sənətini beynəlxalq miqyasda layiqincə təmsil edir. Müntəzəm olaraq burada keçirilən beynəlxalq səviyyəli sərgilər, elmi konfranslar və festival proqramları təkcə Bakı sakinlərini deyil, bütün regionu və dünyanı bir araya gətirir.


 Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb

12:27
02 May

Diplomatik korpusun nümayəndələri Laçında

12:26
02 May

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!