26 İyul 2013 12:07
390
SİYASƏT
A- A+
Hərə öz işi ilə məşğul olsa yaxşıdır

Hərə öz işi ilə məşğul olsa yaxşıdır

 

Siyasət kinossenari yazmaq deyil

 

Haylı-küylü çayxana söhbətlərini, qeyzli və qərəzli mübahisələri, səngiməyən çəkişmələri böyük siyasətlə qarışdıranlar yeni xülyalara düşüblər. Guya "Oktyabr inqilabı"na hazırlaşırlar. Əsas dəstəyi isə Rusiya və Amerikadan gözləyirlər. Ona görə də "Milli Şura"ya sədr seçdikləri Rüstəm İbrahimbəyovu o yerlərin səyyahına çeviriblər.

Doğrudur, qoca kinodramaturqun ailəsi onun siyasətə pul xərcləməsinə ciddi qadağalar qoyub. Amma vəzifə, şöhrət, karyera hərisliyi qocanı niyyətindən çəkindirmir, hətta öz evini müxalifətin qərargahına çevirməyə təşəbbüs göstərib. Bütün bunlar məsələnin bir tərəfidir. Acınacaqlısı isə odur ki, əbədi məğlublar öz liderlərinin yolunu səbirsizliklə gözləsələr də, hələ ki Rüstəm İbrahimbəyovun özü yox, mesajları gəlir. Guya iyulun 30-da Bakıya dönəcək, avqustun 2-də isə ölkəmizdə keçiriləcək Milli Kino günündə iştirak edəcək. O biri tərəfdən "Olaylar" agentliyi informasiya yayıb ki, Kinemotoqrafiya İttifaqındakı ciddi maliyyə pozuntularına görə Rüstəm İbrahimbəyov qanun qarşısında cavab verməlidir! Hələ Rusiya ilə vətəndaşlıq haqq-hesabını üzməyən kinorejissor, deyəsən, siyasətə də kino ssenarisi kimi baxır. Amma yaşının bu çağında ciddi səhv edir! Ona görə ki, siyasi ssenarilərdə rolları gülməli aktyorlar oynamır. Burada baş qəhrəman xalqdır, gərək onun obrazını yaradasan və ona xidmət edəsən! Beş-on nəfərin naşı "yest"lərinə hesablanan nimdaş ideologiyanın sonu məğlubiyyətdən başqa bir şey deyil! Nə qədər acınacaqlı olsa da, müxaliflər özləri də etiraf edirlər ki, Rusiya bizdən üz döndərsə, 20 illik siyasi gedişlərimiz başa çatacaq. Hətta onu da etiraf edirlər ki, onillərlə ətəyindən yapışdığımız liderlər də sıradan çıxacaq. Əslində, kiçik çayxana masalarının yuxarı başında oturmaq hələ böyük siyasətə qoşulmaq deyil! Olsa-olsa, öz məhdud çərçivələrində, kiçik dairədə bir qədər seçilmək və fərqlənməkdir. Xalq belə dil pəhləvanlarının çayxana qeybətlərinin bəlasını çox çəkib, özü də lap çox... Ona görə də illər ötdükcə milli yaddaş qətiyyən öləzimir, əksinə, hər şey vaxtın-zamanın güzəştsiz sınağından keçir. Hər kəs yaxşı bilir ki, yaşadığı cəmiyyətdə tərəqqi və dayanıqlı inkişaf olmasa, beynəlxalq rəqabətə tablaşa bilmərik. Rəqabət isə illərlə iflic olmuş enerjiyə yox, dinamikaya, dirçəlişə, sürətli inkişafa güvənir. Dönüb geriyə boylananda rəngləri bilərəkdən və qəsdən tündləşdirənlər uşaqlar üçün yazılan kinossenarilərin xiffətini çəkirlər. Unudurlar ki, uşaqlığın son gecəsi çoxdan arxada qalıb. Dünya əlaqələrin yeni çalarlarını arayır, şöhrət dəllallarını yox, intellekt və güclü ağıl, məntiq sahiblərini üzə çıxarır. Yenə də müxalifətin öz sonuncu proqnozuna istinad etmək istəyirik. Aqressiv müxalifətin qənaətinə görə, Rusiya və Qərb arasında bir Cənubi Qafqaz auksionu keçirilir. Auksionda kim qalib gələcək: Rusiya, yoxsa Amerika? Elə bu sorğuya cavab axtaran dağıdıcı müxalifət liderləri iki qütbün arasında siyasi səyyaha dönüblər. Gah o tərəfə üz tuturlar, gah bu tərəfə. Amma ataların bir deyimi də var: "İki yana baxan çaş qalar!" Artıq aqressiv müxalifət öz çaşqınlığını, açıq-aşkar hiss olunan məğlubiyyətini özü də dərk edir. Nə qədər çətin olsa da, etiraf edirlər ki, 20 illik siyasi dövr onlar üçün faydalı olmadı.  Partiya liderləri öz daxili nizamnamələrinə görə, başqanlıq dövrünü bitirdi, özü də çaşqınlıqla. Doğrudan da, bu qədər ağrıları, əzabları əritmək üçün onların istirahətə ciddi ehtiyacı var.

Aqressivlər nə qədər araşdırmalar, bölgülər aparsalar da, yeni-yeni qondarma qurumlarda birləşsələr də, "Oktyabr inqilabı"nı arzulasalar da, şəri şər tamamlayır, bağırtı və çığırtını xalq susdurur! Son günlər Azərbaycanda baş verən siyasi proseslərə Rusiya politoloqları da mövqe bildirməkdən çəkinmirlər. Onların qənaətinə görə, xalqın milli maraqları Azərbaycan Prezidenti İlham Əliyevin apardığı çevik, dinamik siyasətlə üst-üstə düşür. Ona görə də Azərbaycan xalqı öz seçimində zərrə qədər də səhv etməyəcək!

 

Bəşir ŞƏRİFLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib VİDEO  

13:05
18 Dekabr

On bir ayda əlilliyi olan şəxslərə 118 min reabilitasiya vasitəsi verilib  

12:21
18 Dekabr

Prezident: İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir  

12:16
18 Dekabr

ABŞ Prezidenti: İndi biz dünyanın ən güclü ordusuna malikik  

11:55
18 Dekabr

Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə  

11:27
18 Dekabr

Xankəndidə oftalmoloji aksiya keçirilir  

11:26
18 Dekabr

Ali Məhkəmə: Faizdən faiz tutulması qanunaziddir  

11:21
18 Dekabr

Anar Əliyev: Əmək müqavilələrinin 1,8 milyondan çoxu elektron formada bağlanılıb  

11:17
18 Dekabr

Bakıda ilk dəfə “ağıllı işıqforlar” quraşdırılıb  

10:53
18 Dekabr

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:47
18 Dekabr

Azərbaycan neftinin qiyməti 63 dolları ötüb

10:43
18 Dekabr

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!