18 Dekabr 2025 08:05
501
SİYASƏT
A- A+
Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müzəffər liderliyində Vətən müharibəsi və antiterror tədbirlərində qazandığı böyük zəfərin ardınca yaranan yeni geosiyasi konfiqurasiyanın bütövlükdə regionun sülh, sabitlik və əməkdaşlıq mühitində ehtiva olunan qarantına çevrildiyinə şahidlik etməkdəyik. Dövlət başçımızın ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə sülh və əməkdaşlıq şəraitində yaşamaq və bu istiqamətdə fəaliyyət göstərməyi, habelə digər dövlətlərlə beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsipləri rəhbər tutmaqla qurulan əlaqələr formatında həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursunun müşahidə olunan uğurları, eyni zamanda zəfərimizin yalnız hərbi-siyasi reallığa söykənmədiyini, həm də özündə çoxşaxəli pozitiv spektrləri əhatələdiyini göstərməkdədir.

Qütblərarası ziddiyyətlərin dərinləşdiyi, münaqişələrin daha qlobal və təhlükəli xarakter aldığı bir dönəmdə tarixən əsas münaqişə mərkəzlərindən biri kimi çıxış edən Cənubi Qafqazda sülhə nail olmaqla, əslində, cənab İlham Əliyev yalnız ümumbəşəri dəyərlər zəminində yox, həm də beynəlxalq hüququn və bütövlükdə hüququn aliliyinin təmin edildiyi, investisiya mühiti üçün əlverişli şəraitin formalaşdığı bir status-kvonun yaradılmasına nail olmaqla, bütövlükdə bölgə tarixində yeni bir dövrü başlatmış oldu. Məlumdur ki, uzun bir dövr ərzində özünü beynəlxalq ictimaiyyət kimi təqdim edən bəzi qlobal güclər Azərbaycan və Ermənistan arasında münaqişəyə öz maraqlarının təmini üsulu kimi baxır və mümkün qədər münaqişənin dayanıqlı xarakter alması istiqamətində müxtəlif formalarda, son dövrlərdə isə açıq şəkildə səylər göstərirdi. Adıçəkilən güclər üçün Azərbaycan və Ermənistan arasında sülhün yalnız bir formatı var idi - münaqişənin dondurulması. Bu situasiya isə regionda sülhün və sabitliyin davamlı təhdidinə əsaslanan bir konfiqurasiya meydana çıxarırdı. 

Yeni inkişaf yoluna qədəm qoymuş Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan ərazilərindən imtina etməməsi, o cümlədən münaqişənin dondurularaq hər an alovlanmasında ehtiva olunan təhlükəli formata çevrilməməsi istiqamətində qətiyyətli mövqeyi fonunda Cənubi Qafqaz əlverişli coğrafi şəraitinə baxmayaraq, təhlükəsizlik səbəbindən o qədər də etibarlı investisiya mühiti kimi görünmürdü. O cümlədən uzun bir dövr ərzində beynəlxalq güclər Azərbaycanın qlobal əhəmiyyətli layihələri reallaşdırması qarşısında açıq əngəl kimi çıxış edir, zəngin təbii sərvətlərə malik olan ölkəmizin potensialının realizəsini özlərinin alternativsiz monopoliyalarında saxlamağa cəhd göstərirdilər. 

Xüsusən dünyanın bir çox bölgələrində Qərbdən ixrac olunan rəngli inqilablar, ayrı-ayrı cəmiyyətlərin milli dəyərləri ilə üst-üstə düşməyən və müasir mədəniyyət kimi təbliğ olunan tendensiyalar fonunda adıçəkilən güclər Azərbaycanda milli iradə üzərində nəzarəti bərqərar etmək istiqamətində total və təşkil olunmuş fəaliyyət qurmuşdular. Sovet İttifaqı dağıldıqdan sonra 1993-cü ilə qədərki hakimiyyətlərin milli fikri və milli maraqları təmsil etməməsi, iqtidar naminə bütün formalarda sövdələşməyə hazır olan Mütəllibov və AXC-Müsavat hakimiyyətlərindən fərqli olaraq Ulu Öndərin xalqın təkidli tələbi ilə ölkə idarəçiliyinə qayıtması imperializmin bütün planlarını pozdu. Ulu Öndərin bütün addımlarında milli iradəyə və xalqın mənafelərinə söykənməsi Azərbaycanı bir çox postsovet dövlətlərindən fərqli olaraq forposta çevrilməyə imkan vermədi. Ulu Öndərin qətiyyəti sayəsində Azərbaycan siyasi müstəqilliyini tam şəkildə bərqərar edə bildi, lakin yuxarıda da qeyd olunan səbəblər ucbatından, o cümlədən əvvəlki hakimiyyətlərin dağıdıcı və neobolşevik təfəkkürü, talançılığı nəticəsində iqtisadiyyatın, demək olar ki, çökməsi fonunda Azərbaycanın iqtisadi müstəqilliyinə doğru addımlaması xeyli zaman tələb etdi. 

Ulu Öndər hakimiyyətə gəldikdən sonrakı 10 il ərzində Azərbaycanın dövlət büdcəsini 17 dəfə artırmağa nail olması, bizim real müstəqilliyə gedən yolumuzun başlanğıcı hesab edilən "Əsrin müqaviləsi"ni imzalaması və neft-qaz ehtiyatlarımızın beynəlxalq bazara çıxarılması üçün layihələrin təməllərinin qoyulması ümumi gedişatı dəyişdi. Ümummilli Liderin siyasi varisi cənab 

İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və bu istiqamətdə qətiyyətli davranışları Azərbaycanın iqtisadi müstəqilliyinə tam şəkildə nail olunması istiqamətində həlledici amil kimi çıxış etdi. Çoxsaylı maneələrə baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanın artan güc və imkanları hesabına, o cümlədən milli maraqlar zəminində barışmaz mövqeyi ilə, qlobal xarakterli layihələrin reallaşdırılmasına nail olmaqla respublikamızı sıradan postsovet dövlətindən qlobal aktor statusuna yüksəltdi. 

Bir zamanlar özünün təhlükəsizliyi birmənalı şəkildə təhdid olunan Azərbaycan məhz cənab İlham Əliyevin qətiyyəti sayəsində özü çoxsaylı beynəlxalq subyektlər üçün təhlükəsizlik zəmanətçisinə, o cümlədən müstəqilliyinin təminatçısına çevrildi. Zamanında bir çox beyin mərkəzlərinin lüzum görmədiyi halda cənab İlham Əliyevin qətiyyət və uzaqgörənliklə reallaşdırdığı layihələr yalnız Azərbaycanın yox, eyni zamanda Mərkəzi Asiya dövlətləri üçün ümid qapısına çevrildi. Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində qələbəsi ilə bölgədə münaqişəyə son qoyulması və münaqişə dövründə Azərbaycanda beynəlxalq layihələrin icrası, habelə ölkəmizin beynəlxalq öhdəliklərinin vicdanla yerinə yetirilməsi qarşısında hər hansı əngəlin təsirli vasitə kimi çıxış edə bilməməsi tarixində ilk dəfə olaraq Azərbaycanın timsalında tədricən Cənubi Qafqazda əlverişli investisiya mühiti yarandı. Beləliklə, nəticə etibarilə tarix boyu bizim üçün böyük problemlərə yol açan coğrafi mövqeyimiz ölkəmizin inkişaf və tərəqqisində, xüsusən iqtisadi potensialının realizəsində mühüm rol oynayan dividendə çevrilməyə başladı. 

Əlbəttə, qeyd olunan proseslər, o cümlədən Azərbaycanın artan iqtisadi potensialının təsiri ilə hərbi-siyasi imkanlarının güclənməsi bölgənin siyasi arxitekturasının müəyyənləşməsində respublikamızın roluna birmənalı müsbət təsir etmiş, Bakı bölgənin aparıcı aktoru kimi qəbullanmışdır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanmış sülh prosesinin beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərə əsaslanması, dövlətlərin bərabərliyi və suveren əməkdaşlığı kontekstinin rəhbər tutulması, qarşılıqlı hörmətlə ehtiva olunan niyyətlərin bəyan olunması ölkəmizin irəli sürdüyü direktivlərə münasibətdə hər hansı şübhəyə yer qoymadığı üçün uzun bir dövr ərzində regionda sülh gündəliyi qarşısında əngəl kimi çıxış edən beynəlxalq subyektlər də prosesə dəstək verməyə başladılar. 

8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ və Azərbaycan arasında, o cümlədən Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar və əldə olunan razılaşmalar, həmçinin Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair sazişin paraflanması məhz bu reallığın bariz nümunəsi hesab edilə bilər. 

Aydındır ki, qeyd olunan status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin birmənalı nəticəsidir. Lakin onu da nəzərdən qaçırmaq olmaz ki, bölgədə marağı olan qlobal güclərin ortaq məxrəcə gətirilməsi, daha dəqiq desək, maraqlarının uzlaşdırılması ən azı zəfərin özü qədər əhəmiyyətlidir. Cənab İlham Əliyev məhz bu uzlaşmanı təmin etməklə Azərbaycanın uzun illərdən bəri təklif etdiyi əməkdaşlıq formatının realizəsi istiqamətində real addımlara start vermiş oldu. Nəticə etibarilə artıq bölgədə Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərinin açılması istiqamətində real addımların atılması, həmçinin ölkəmizin tranzit potensialının genişlənməsi istiqamətində çoxsaylı razılaşmalar ölkəmizin hərəkətverici qüvvə kimi çıxış etdiyi uğurlu, təhlükəsiz və bütövlükdə bölgə xalqlarının rifahında ehtiva olunan bir dönəmin başlamasından xəbər verir.


Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır  

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

“Aprelin 2-sini artıq işğal deyil, qürurlu qayıdış günü kimi qeyd edirik” - Kəlbəcər sakini  

14:39
02 Aprel

Dünya bazarında qızıl 181 dollar ucuzlaşıb

14:21
02 Aprel

TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti Bakıda görüşüb YENİLƏNİB  

14:16
02 Aprel

Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir  

14:07
02 Aprel

Prezident: Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir  

14:05
02 Aprel

Prezident: Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq

14:05
02 Aprel

Azərbaycan Prezidenti: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir

13:56
02 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək  

13:53
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edib YENİLƏNİB

13:48
02 Aprel

Azərbaycanda pul bazası artıb

13:47
02 Aprel

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib YENİLƏNİB  

13:46
02 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi: 58 müxtəlif sahədə əməkdaşlıq mexanizmləri tətbiq edirik VİDEO  

13:18
02 Aprel

EKTİS-ə keçid, müasir suvarma sistemləri və yeni dəstək mexanizmləri - Naxçıvanın aqrar sektoru rəqəmsallaşır  

13:07
02 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:57
02 Aprel

Kaya Kallas: Avropa öz müdafiəsini gücləndirməlidir

12:47
02 Aprel

Türkmənistan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına xüsusi əhəmiyyət verir  

12:42
02 Aprel

Türk dünyasının ortaq ali təhsil məkanının yaradılması təklif olunur  

12:39
02 Aprel

Baş nazir Abdulla Aripov: Qəbələdə əldə olunan razılaşmalar əməkdaşlığın genişləndirilməsinə təkandır  

12:35
02 Aprel

Şimali Kiprin Baş naziri: Türk dövlətlərinin strateji həmrəyliyi tarixi zərurətdir

12:34
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!