06 Fevral 2022 00:33
845
Elm və texnika
A- A+
Həbsxana cəzaçəkmə müəssisəsinə çevrildi…

Həbsxana cəzaçəkmə müəssisəsinə çevrildi…

 

Cinayət törətmiş və ya qanunsuz hərəkət törətməkdə təqsirli bilinən şəxslərin saxlanıldığı yerlər, yəni həbsxanalar hələ eramızdan əvvəl də mövcud olub.

Belə ki, eramızdan əvvəl birinci minillikdə Mesopotamiya, Misir kimi qədim sivilizasiyalarda ölüm və ya köləlik həyatı ilə bağlı hökm verilməzdən əvvəl həbsxanalardan müvəqqəti yer kimi istifadə olunurdu. Burada heç bir məhkum uzun müddət qalmırdı. Lakin zaman keçdikcə həbsxanalar islah müəssisələrinə çevrilməyə başladı. Bu müəssisələr həmçinin siyasi məhbuslar, dövlət düşmənləri və hərbi əsirlərin saxlanması üçün də uyğun yer sayılırdı.

Qədim dövrdə həbsxanalar əsasən yeraltı zindanlar formasında tikilirdi. Yunanıstanda  məhbuslar tez-tez tanışları və ailələri tərəfindən ziyarət oluna bilinən binalarda saxlanılırdılar. Onların qaçmamaları üçün zindanlar, hündür divarlar tikmək əvəzinə ayaqlarına taxtadan zəncirlər bağlayırdılar. Qədim Roma İmperiyasında isə daha sərt üsullardan istifadə edilirdi. Onların həbsxanaları yalnız yeraltı, sıx klostrofobik keçidlər və kameralardan ibarət olurdu. Məhkumlar burada ömürlük və ya müəyyən müddətə divarlara zəncirlənmiş formada saxlanılırdı.

1116-cı ildə İngiltərə kralı II Henri  münsiflər heyəti anlayışından istifadə olunan hüquq sisteminin ilk layihəsi ilə birlikdə həbsxana tikintisini də tapşırıb. Lakin ilk cəzaçəkmə müəssisəsi kimi yaradılan həbsxana 1595-ci ildə Amsterdamda olub. Bu zaman oğurluq edən şəxsləri öldürməyin ədalətsiz olduğu düşünülübdü. Həbsdə etdikləri əməldən çəkinmələri üçün onlara ikinci şans verilibdi. Sonradan  bu ideya İtaliya, İngiltərə kimi ölkələrə də yayılmış həbsxanalar “gözləmə mərkəzlərindən” cəzaçəkmə müəssisələrinə çevrilmişdi.

XVIII əsrdə isə həbsxanalarda olduqca şiddətli cəzalar tətbiq olunur, məhkumlara müxtəlif üsullarla işgəncələr verilirdi. Dünyanın ilk modern həbsxanası  1829-cu ildə Filadelfiya yaxınlığında yerləşən “Şərq Penitensiarı” idi. Həmin ilin 25 oktyabr tarixində ikiillik həbs olunan 18 yaşlı Çarlz Uilyams ilk dəfə burda cəzasını çəkən məhkum olmuşdu. Həbsxananın indikilərdən nisbətən böyük kamerasında polad çarpayı, tualet, taxta stul, skamya və yemək qabları var idi. İçəri  günəş işığı tavandakı 8 düymlük pəncərədən düşürdü. Tək öhdəlik isə “İncil” oxuyaraq günahlardan təmizlənmək idi.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!