08 Sentyabr 2026 12:40
790
DÜNYA
A- A+
“Hava təhlükəsizdir” deyirdilər - 11 sentyabrdan 25 il sonra üzə çıxan həqiqət

“Hava təhlükəsizdir” deyirdilər - 11 sentyabrdan 25 il sonra üzə çıxan həqiqət


11 sentyabr terror aktlarının dağıntıları çoxdan arxada qalsa da, həmin günün görünməyən izi illərlə Nyu-Yorkun havasında qalıb. Yeni üzə çıxan sənədlər göstərir ki, şəhər sakinlərinə havanın təhlükəsiz olduğu bildirildiyi halda, dağıntıların ətrafında aylar sonra belə asbest aşkarlanıb.

 “The New York Times” qəzetinin yaydığı sənədlərə əsasən, Dünya Ticarət Mərkəzinin dağıntılarından təxminən 800 metr radiusda havada asbest terror aktlarından 10 ay sonra da qeydə alınıb. Qəzetin əldə etdiyi təxminən 170 min sənəd isə uzun illər şəhər ofisində saxlanılıb və havanın keyfiyyəti ilə bağlı narahatedici məlumatlar ictimaiyyətə açıqlanmayıb.

Nyu-York meri Zoran Mamdani bildirib ki, sənədlər 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə bağlı tədbirlər çərçivəsində ictimaiyyətə təqdim ediləcək. O, həmçinin əvvəllər açıqlanmayan digər sənədlərin də növbəti il ərzində dərc olunacağını vəd edib.

Beləliklə, 11 sentyabrın 25-ci ildönümü ərəfəsində Nyu-Yorkda faciənin yalnız dağıntıları deyil, illərlə gizli qalan həqiqətləri də yenidən gündəmə gəlir.


Züleyxa ƏLİYEVA,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülh sazişi tarixi praktiki addımlarla reallaşa bilər  

13:57
23 Oktyabr

İtkin talelər həm də insanlıq sınağıdır

13:50
23 Oktyabr

Xarici işlər naziri: Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır 

13:42
23 Oktyabr

Azərbaycan idmanında növbəti tarixi hadisə: Bakıda FIFA U-15 dünya çempionatı başlayır

13:37
23 Oktyabr

İsmayıllıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası müzakirə olunub

13:33
23 Oktyabr

Nazir: Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük imkanlar var 

13:29
23 Oktyabr

İşğaldan azad edilmiş ərazilərin bərpa və quruculuq layihələrinə 26 milyard manata yaxın vəsait ayrılıb

13:22
23 Oktyabr

Azərbaycanın xarici işlər naziri: Hindistanla münasibətlərin bütün istiqamətləri üzrə müzakirələr faydalıdır 

13:17
23 Oktyabr

Dövlət Xidmətinin rəisi Şuşada vətəndaşların müraciətlərini dinləyib

13:12
23 Oktyabr

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib YENİLƏNƏCƏK

13:04
23 Oktyabr

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob təşkil olunub

12:55
23 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:50
23 Oktyabr

Ceyhun Bayramov azad edilmiş ərazilərimizdəki mina təhlükəsi barədə hindistanlı həmkarını məlumatlandırıb

12:47
23 Oktyabr

Vətən müharibəsindən sonrakı dövrdə 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub

12:33
23 Oktyabr

Minskdə MDB ölkələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq

12:26
23 Oktyabr

Avropa avtomobil sənayesi dilemma qarşısında

12:22
23 Oktyabr

Bakıda enerji üzrə biznes missiyası baş tutacaq

12:17
23 Oktyabr

Magistratura və doktoranturanı bitirən zabitlərin rütbə müddəti azaldıla bilər

12:11
23 Oktyabr

Ağdamda bütün imkanlar yeni vəzifələrə hədəflənib

12:04
23 Oktyabr

Ordubadın Dırnıs və Kələki kəndlərinə gələn sel ciddi fəsadlar törədib

11:57
23 Oktyabr

KTMT-nin baş katibi Ermənistanın təşkilatdan de-fakto çıxdığını bildirib

11:50
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!