08 İyul 2026 12:07
133
İQTİSADİYYAT
A- A+
Geoloq: Xəzərin geri çəkilməsi nəticəsində mövcud dəniz dibi davamlı şəkildə dəyişir

Geoloq: Xəzərin geri çəkilməsi nəticəsində mövcud dəniz dibi davamlı şəkildə dəyişir


Ölkə ərazisində çimərlik mövsümünün başlanmasından indiyənə qədər boğulma hallarının artması narahatlıq doğurmaqdadır. Bu hadisələrin baş verməsində insan amili ilə yanaşı, dəniz dibinin geoloji quruluşu, sahilboyu relyef və hidrodinamik şərait də mühüm rol oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Hidrogoelogiya və mühəndis geologiyası kafedrasının baş müəllimi geoloq Allahverdi Tağıyev səsləndirib.

Onun sözlərinə görə, Xəzərin Azərbaycan sahillərində risk yaradan əsas amillərdən biri dəniz dibinin qeyri-bərabər relyefidir. Xüsusilə qəfil dərinləşən sahələr, sualtı qum tirələri, onların arasındakı kanallar, sualtı çökəkliklər və sahilə perpendikulyar istiqamətdə formalaşan geriçəkilmə axınları (rip cərəyanları) insanlar üçün ciddi təhlükə yaradır. Belə axınlar insanı qısa müddətdə sahildən uzaqlaşdıra bilər və nəticədə panika vəziyyətində boğulma riski əhəmiyyətli dərəcədə artmış olur.

“Son illərdə iqlim dəyişikliyinin təsiri nəticəsində Xəzər dənizinin səviyyəsində müşahidə olunan enmə sahilboyu geomorfoloji proseslərə də təsir göstərir. Dənizin geri çəkilməsi nəticəsində yeni dayaz sahələr, qum tirələri, sualtı çökəkliklər və qeyri-bərabər relyef formaları yaranır, mövcud dəniz dibi isə davamlı şəkildə dəyişir. Bu dəyişikliklər dalğaların qırılma xüsusiyyətinə və sahilboyu cərəyanların istiqamətinə təsir edərək bəzi ərazilərdə geriçəkilmə axınlarının formalaşma ehtimalını artırır. Buna görə də əvvəllər təhlükəsiz hesab edilən bəzi sahələrdə belə hidrodinamik şərait zamanla dəyişə bilər. Məhz bu səbəbdən sahil zolağında geoloji və hidrodinamik monitorinqlərin mütəmadi aparılması böyük əhəmiyyət daşıyır”, - deyə geoloq izah edir.

O bildirib ki, Xəzərin Azərbaycan hissəsində bu baxımdan diqqətli olunmalı ərazilər sırasında Şıx, Sahil, Pirşağı, Bilgəh, Buzovna, Mərdəkan və Novxanı çimərliklərini göstərmək olar. “Məsələn, Şıx ərazisində bəzi hissələrdə dəniz dibinin maililiyi daha kəskin olduğundan dərinlik qəfil artır. Pirşağı və Buzovna sahillərində sualtı qum tirələri ilə əlaqədar geriçəkilmə axınları yarana bilir. Bilgəh və Mərdəkan istiqamətində isə xüsusilə güclü şimal küləkləri zamanı dalğalanma və cərəyanların intensivliyi artır. Novxanı sahillərində geniş dayazlıqdan sonra dərinliyin sürətlə artdığı hissələr mövcuddur. Həmçinin çay mənsəblərinin və müxtəlif hidrotexniki qurğuların yerləşdiyi sahələrdə axın rejimi daha mürəkkəb olduğundan bu ərazilərdə də ehtiyatlı olmaq lazımdır”, - deyə A.Tağıyev əlavə edib.

Mütəxəssis onu da qeyd edir ki, sadalanan ərazilər hər zaman təhlükəli hesab edilmir. Risk dənizin cari hidrometeoroloji şəraitindən, küləyin istiqaməti və sürətindən, dalğaların hündürlüyündən, eləcə də dəniz dibinin mövsümi dəyişikliklərindən asılı olaraq artır və ya azalır.

“Xəzərdə boğulmaların əksəriyyəti yalnız üzmə bacarığının zəif olması ilə bağlı deyil. Dəniz dibinin relyefi, qəfil dərinləşən sahələr, qum tirələri arasında formalaşan geriçəkilmə axınları və küləyin yaratdığı dalğa rejimi təhlükəni əhəmiyyətli dərəcədə artırır. Bu səbəbdən görünüşcə sakit görünən ərazi belə hidrodinamik baxımdan riskli ola bilər.

Vətəndaşlara tövsiyəm odur ki, yalnız rəsmi fəaliyyət göstərən və xilasedicilərlə təmin olunmuş çimərliklərdən istifadə etsinlər, xəbərdarlıq nişanlarına ciddi əməl etsinlər və dib quruluşu məlum olmayan ərazilərdə suya girməsinlər. Dənizdə təhlükəsizliyin təmin olunması üçün təbii-geoloji xüsusiyyətlərin, hidrodinamik şəraitin və hava proqnozlarının nəzərə alınması ən azı yaxşı üzmə bacarığı qədər vacibdir”, - deyə Allahverdi Tağıyev bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş Prokurorluq Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri ilə əməkdaşlığa xüsusi önəm verir

12:15
08 İyul

QHT-lərin dövlətin rəqəmsal inkişaf siyasətinə dəstəyi

12:10
08 İyul

Geoloq: Xəzərin geri çəkilməsi nəticəsində mövcud dəniz dibi davamlı şəkildə dəyişir

12:07
08 İyul

Ekspert: Rəqəmsal inkişafda QHT-lərin və vətəndaş cəmiyyətinin rolu artırılmalıdır

12:05
08 İyul

SEPAH ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb

12:00
08 İyul

“ƏDV geri al” layihəsi üzrə 104 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb

11:50
08 İyul

Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 kilometrə çatdırılıb

11:45
08 İyul

Daşkənddə “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomu təqdim olunub

11:35
08 İyul

Yeni təmayül tədris modelinə qeydiyyat iyulun 20-dək davam edəcək

11:25
08 İyul

Xalqın Prezident İlham Əliyevə yüksək etimadı qarşılıqlı inamın nəticəsidir

11:20
08 İyul

FHN: Həkəri çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir

11:15
08 İyul

NATO-nun Baş katibi: Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıq saxlanılmalıdır

11:10
08 İyul

Süni intellekt dövründə uşaq hüquqlarının müdafiəsi üzrə beynəlxalq koalisiya yaradılıb

11:05
08 İyul

Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib

11:00
08 İyul

Birinci Türkoloji Qurultayın 100 illiyi və vahid türk hüququnun formalaşması perspektivləri

10:40
08 İyul

Konqoda Ebola virusuna yoluxanların sayı 1700-ü ötüb

10:35
08 İyul

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

10:30
08 İyul

Qızılın qiyməti son bir həftənin minimumuna enib

10:25
08 İyul

Paytaxtın və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

10:20
08 İyul

Azərbaycan nefti 75 dollara satılır 

10:15
08 İyul

Dünya çempionatı: 1/4 finalın cütlükləri və oyun təqvimi 

10:10
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!