16 İyul 2025 09:00
746
İQTİSADİYYAT
A- A+
Gəncədə regionun ən böyük idman zalı tikilib

Gəncədə regionun ən böyük idman zalı tikilib


"Gəncə Qalası" Ticarət Kompleksinin nəzdində  regionun ən böyük, tam təchizatlı idman zallarından biri olan "Qala Fitness" istifadəyə verilib. 

İdman zalı kişilər üçün 3000, qadınlar üçün 1000 kvadratmetrlik sahəni əhatə edir. Burada idmanla məşğul olmaq üçün yüksəkkeyfiyyətli trenajor avadanlıqları qoyulub, funksional məşq zonaları və müasir infrastruktur yaradılıb. Hazırda 15 nəfərlik peşəkar heyətin fəaliyyət göstərdiyi "Qala Fitness"in daxilində 25 metrlik üzgüçülük hovuzunda və üç növ saunada tamamlama işləri gedir. 

İdman zalı gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, eyni zamanda peşəkar və həvəskar idmançıların hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!