30 İyul 2026 08:21
192
Mədəniyyət
A- A+
"GabalaFest" çərçivəsində ilk beynəlxalq incəsənət sərgisi açılıb

"GabalaFest" çərçivəsində ilk beynəlxalq incəsənət sərgisi açılıb


"GabalaFest" çərçivəsində "Mədəniyyətlərin qovşağı" adlı ilk beynəlxalq incəsənət sərgisi keçirilib. 

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan, Çin, Almaniya, Macarıstan, Qazaxıstan, Koreya Respublikası, Rusiya, Türkiyə, Türkmənistan, Birləşmiş Krallıq və Özbəkistandan 30-dan çox tanınmış incəsənət ustasını bir araya gətirir. Layihə rəssamlıq, heykəltaraşlıq və fotoqrafiya vasitəsilə mədəniyyətlər, ənənələr və nəsillər arasında bədii dialoqu təşviq edir.

Ekspozisiyada dünyanın müxtəlif ölkələrindən tanınmış sənətkarların bədii ustalığı və mədəni dialoqu əks etdirən əsərləri təqdim olunur. Sərgidə sənətkarlar Akmal Nur, Alpısbay Kazqulov, Arif Əziz, Ayan Əziz Məmmədova, Ayləl Heydərova, Cavlon Umarbekov, Ceff Robb, Cəsar Məmmədov, Devid Beqbi, Elşad H. Əliyev, Jambul Natbayev, Jen Quansyu, Qəhriman Qoçmıradov, Leyla Əliyeva, Məzahir Rüstəmov, Nigar Bağırova, Ömər Eldarov, Rafael Əliyev, Refik Aziz, Rəşad Mehdiyev, Röya Həsən, Sakit Məmmədov, Səfrəndə Abdullayeva, Səmədağa Cəfərov, Şəhla Qəhrəmanlı, Tamaş Yanoş Molnar, Tolkın Tabısbek, Ülviyyə Həmzəyeva, Yonqmo Cunq, Yonq Vu Li, Yens Hesse və Yuristanbek Şıqayev iştirak edirlər.

Ekspozisiyanın diqqətçəkən əsərləri sırasında Azərbaycanın Xalq rəssamı Arif Əzizin ritmik kompozisiyaları xüsusi yer tutur. Onun yaradıcılığı Azərbaycan müasir təsviri sənətinin parlaq nümunələrindən biri hesab olunur və milli-mədəni irsi Qərb modernizminin estetikası ilə üzvi şəkildə birləşdirir.

Təbiət - sərginin əsas mövzularından biri Leyla Əliyevanın qara-ağ kompozisiyalarında diqqəti cəlb edir. Bu əsərlərdə qanadları eskizə bənzər motivlərlə işlənmiş nəfis arılar naxışlı yarpaqlar üzərində təsvir olunub. Yüksək dekorativliyi və zəngin ornamentləri ilə seçilən bu kompozisiyalar təbiətin gözəlliyini və kövrəkliyini poetik şəkildə əks etdirir.

Ekspozisiyada folklor və mifologiya motivləri də mühüm yer tutur. Qədim İpək yolunun mədəni irsindən ilhamlanan rəsm və heykəltaraşlıq əsərlərində təsvir olunan əfsanəvi qəhrəmanlar əsrlər boyu müxtəlif sivilizasiyaları birləşdirən ortaq hekayələri yaşadır. Sərgi yaradıcılıq prosesini tamaşaçıların da iştirak etdiyi təcrübəyə çevirən iki interaktiv instalyasiya ilə qalereya divarlarının hüdudlarını aşır.

Leyla Əliyevanın bədii dilindən ilham alan "Xromatik rezonans" instalyasiyasında ziyarətçilər böyükmiqyaslı birgə sənət əsərinin yaradılmasında iştirak edəcəklər. "Baxış ağacı" isə qonaqları öz ümidlərini, arzularını və planetimizin gələcəyi ilə bağlı düşüncələrini bölüşməyə dəvət edəcək və festival boyunca instalyasiyanın üzvi şəkildə formalaşmasına imkan yaradacaq.

Bədii proqram çərçivəsində Birləşmiş Krallıq, Azərbaycan, Özbəkistan və Rusiyadan olan beynəlxalq səviyyədə tanınmış sənətkarların rəhbərliyi ilə silsilə ustad dərsləri keçiriləcək.

Britaniyalı rəssamlar Mett Layon, Mr. Meana, Tessa Nyumark və Lüsi Smit müxtəlif kreativ ustad dərsləri təqdim edəcəklər. 

"Nike" şirkəti ilə əməkdaşlığı, Ledi Qaqanın albom dizaynı və London metropoliteni üçün hazırladığı işlərlə tanınan illüstrator Mett Layon iştirakçıları özünəməxsus "doodle-art" üslubu ilə tanış edəcək. 

Birləşmiş Krallığın aparıcı mural rəssamlarından biri olan Meana beynəlxalq brendlər, Premyer Liqa futbol klubları və Britaniya kral ailəsinin üzvləri ilə əməkdaşlığı ilə tanınır. O, festival çərçivəsində "street-art" laboratoriyası təşkil edəcək və qraffiti sənəti üzrə ustad dərsləri keçirəcək. Britaniyalı miniatür ustası Tessa Nyumark "Qutuda öz Qəbələ dünyanızı yaradın" adlı ustad dərslərinə rəhbərlik edəcək. Burada hər bir iştirakçı özünü və ailəsini əks etdirən miniatür dioramanı hazırlayaraq onu xatirə kimi özü ilə aparacaq.

Lüsi Smitin "Qəbələyə məktublar" adlı ustad dərslərində iştirakçılar Qəbələ mənzərələrindən ilhamlanan əl işi poçt kartları və markalar hazırlayacaqlar.

Rusiyalı rəssam Mariya və Aleksandra Suvorova bacıları isə festival qonaqları ilə birlikdə yaradılacaq "Millətlərin simaları" adlı canlı portret-xalçanı təqdim edəcəklər.

Beynəlxalq proqramla yanaşı, Azərbaycanın incəsənət ustaları keramika boyama studiyası, vitraj, ebru, gil modelləmə və qarışıq texnika üzrə silsilə ustad dərsləri keçirəcəklər.

Özbəkistanın Xalq rəssamı Cavlon Umarbekov həm uşaqlar, həm də böyüklər üçün mənzərə rəssamlığı üzrə ustad dərsləri təqdim edəcək.

Sərginin kuratoru britaniyalı incəsənət tarixçisi, yazıçı, aparıcı və modern, eləcə də müasir incəsənət üzrə ixtisaslaşmış kurator Rut Millinqtondur. Onun sənədli filmləri mütəmadi olaraq BBC-də nümayiş olunur. Rut Millinqton bildirib ki, diqqətəlayiq sənətkarlar tərəfindən yaradılmış rəsm, fotoqrafiya və heykəltaraşlıq əsərlərini Qəbələdə bir araya gətirən ilk beynəlxalq incəsənət sərgisinin kuratoru olmaq onun üçün böyük şərəfdir. Bu əsərlər birlikdə mədəniyyətlərin qovşağında formalaşan müxtəlif hekayələri danışır. O, ziyarətçilərin bu sərgidən ilham alaraq incəsənətin insanları birləşdirən böyük gücü barədə düşünəcəklərinə ümid etdiyini bildirib.

Sərgidə iştirak edən rəssamlar arasında Ayləl Heydərova da yer alır. Onun özünəməxsus yaradıcılığı Azərbaycanın təbiətindən və zəngin mədəni irsindən ilhamlanan atmosferik mənzərələrdə puantilizm və modernist təsirləri birləşdirir. Rəssam, eyni zamanda ekoloji təmiz materiallardan hazırlanmış rəngarəng kəpənək heykəlləri silsiləsini təqdim edir. Bu əsərlər həm bədii yenilikçiliyi, həm də ətraf mühitin qorunmasına həssas yanaşmanı əks etdirir.

Qeyd edək ki, Rut Millinqton incəsənət tarixçisi, kurator, aparıcı və MUSE ("Penguin"), "Bu kitab sizi rəssam edəcək" ("Nosy Crow") və "İncəsənət elmi" (DK) kitablarının müəllifidir. O, London Art Fair və Oksford İncəsənət Festivalının kuratoru olub, həmçinin BBC Radio 4 və Sky Arts üçün sənədli layihələr hazırlayıb və təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müstəqil Azərbaycan dördüncü, amma bərpa olunmuş suveren ərazisində birinci siyahıyaalmaya hazırlaşır

09:24
30 İyul

Memarların şeyxi - Əcəmi Naxçıvani

09:17
30 İyul

Zəngin irsdən texnoloji gələcəyə

09:10
30 İyul

Qlobal güc balansını artıq texnologiya müəyyən edir

09:03
30 İyul

"Xeyriyyəçi" maskası altında törədilən transmilli cinayətlər

08:56
30 İyul

Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir

08:49
30 İyul

Mərakeş-Azərbaycan tərəfdaşlığı Afrika ölkələri üçün nümunədir

08:42
30 İyul

"Əvvəllər qəbul olunan inkişaf planlarına yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir"

08:35
30 İyul

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı türk dünyasının inteqrasiyasına mühüm töhfə verir

08:28
30 İyul

"GabalaFest" çərçivəsində ilk beynəlxalq incəsənət sərgisi açılıb

08:21
30 İyul

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

08:14
30 İyul

Qlobal siyasi nizamda etibarlı tərəfdaşlıq modeli

08:07
30 İyul

ZƏFƏR

08:00
30 İyul

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:40
30 İyul

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

02:40
30 İyul

R.N.Sadıqbəylinin Azərbaycan Respublikasının Avstriya Respublikasında, eyni zamanda Sloveniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında 

02:39
30 İyul

R.N.Sadıqbəylinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

02:38
30 İyul

Q.M.İsrafilovun Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

02:38
30 İyul

K.T.Xasiyevin Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda Monteneqroda və Şimali Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

02:37
30 İyul

K.T.Xasiyevin Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

02:37
30 İyul

T.T.Tağızadənin Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

02:36
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!