29 Avqust 2023 10:00
1805
İQTİSADİYYAT
A- A+
Füzulinin baş planı şəhərə müasirlik, abadlıq və yaşıllıq vəd edir  

Füzulinin baş planı şəhərə müasirlik, abadlıq və yaşıllıq vəd edir  

 

Üçüncü ildir ki, işğaldan azad edilmiş ərazilərimizdə düşmənlərin ayaq izləri silinir.  Bərpa, yenidənqurma və tikinti işləri gündən-günə geniş vüsət alır. Regionun hər guşəsinə yeni nəfəs gəldikcə Qarabağın, Şərqi Zəngəzurun intizarına son qoyulur. Ev-eşiyindən köçkün düşmüş soydaşlarımız yurduna dönür. 
Bu, Böyük qayıdışın başlanması deməkdir. Bu, qısa müddətdə azad olunmuş şəhərlərimizin baş planlarının icrası deməkdir. Plan üzərində çalışanlar şəhərlərdə müasir infrastruktur, o cümlədən hotel, hava limanı, vağzal olmasını önə çəkmişlər. Rayon mərkəzlərində banklar, iş yerləri, ticarət mərkəzləri, istirahət zonalarının yaradılmasını da unutmamışlar. Baş planda  işlənən həssas nöqtələrdən biri də həmin ərazilərdə müharibənin, tariximizin izlərini özündə əks etdirən binaların, muzeylərin yaradılmasıdır. Azərbaycanın memarlıq ənənələrinin Qarabağ və Şərqi Zəngəzurun yaşayış məntəqələrinin baş planlarında qırmızı xətlə keçməsinin səbəbi də budur.
Ümumiyyətlə, baş planlar hər şəhərin tələblərinə uyğun hazırlanır. Xəbər verildiyi kimi, martın 18-də Nazirlər Kabineti Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair baş planını təsdiq edib. Planda nəzərdə tutulan işlər başa çatandan sonra Füzuli azad edilmiş ərazilərimizdə ikinci ən böyük şəhər olacaq. 
Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin  isə 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri və digər zonalar yaradılacaq. Baş planda yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq, mədəniyyət və inzibati mərkəzlər, idman kompleksinin inşası, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb.
Əslində, Füzulidə Böyük qayıdışa start baş planın təsdiqindən əvvəl verilmişdi. Məlum olduğu kimi, 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarında Zəfər yolu kimi tanınan Füzuli-Şuşa avtomobil yolunun təməlini qoymuşdur. Səfərdən dərhal sonra isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsinə başlanmışdır. Uzunluğu 101,5 kilometr, eni isə 37,7 metr olan həmin yol Füzuli, Xocavənd və Xocalı rayonlarından  keçəcək. Dövlət başçısı  2021-ci il yanvarın 15-də Şuşa və Füzuliyə səfər edərkən Füzuli-Şuşa avtomobil yolunun və Füzuli Beynəlxalq Hava Limanının layihələrinə də start vermişdir. Hava limanında ilk sınaq uçuşu 2021-ci il avqustun 22-də keçirilmişdir. Həmin il oktyabrın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə hava limanının açılış mərasimi baş tutmuşdur. Amma bu da hələ hamısı deyil. Rayonun enerji ilə təmin edilməsi üçün "Azərişıq" ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməli qoyulmuşdur. Rayon ərazisində yol infrastrukturunun yenidən qurulması, həmçinin qonşu rayonlarla gediş-gəlişin təmin olunması da qarşıya qoyulan əsas hədəflərdən idi. Artıq həmin işlərin çox hissəsi başa çatdırılıb. Üstəlik, bu günlər 90 nəfərdən ibarət  23 ailə doğma yurda - Füzuliyə dönüb. 
Bəli, 30 il işğal altında qalan Füzulidə  artıq həyat qaynamağa başlayıb. Yurda  dönən insanlar torpağa can veriblər. Məlumdur ki, bu ərazidə düşmən böyük müdafiə istehkamları qurmuşdu. Ermənilərin illərlə qurduqları həmin istehkamları Azərbaycan əsgəri qısa müddətdə darmadağın etdi. Əsgərlərimizin darmadağın etdikləri həm də düşmənin bu yerlərə yenidən sahib çıxmaq ümidi idi. O ümidi ki onlar indi   yalnız yuxuda görə bilərlər. 
Mənfur qonşunun gözünü çıxaracaq İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı, şəhərin ən  yüksək nöqtəsində salınacaq Bayraq meydanı Füzulinin simvoluna çevriləcək. Baş plana əsasən, ermənilərin xarabaya çevirdikləri Füzuli başdan-başa yaşıllığa qərq olacaq. Burada 21 hektarlıq böyük meşə parkı salınacaq və həmin  ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. 
Bu sadalananlara  "ağıllı kənd"  olan Dövlətyarlını da əlavə etsək, erməninin nə vəziyyətə düşdüyünü göz önünə gətirmək çətin deyil. Beş kəndi birləşdirən "ağıllı kənd" layihəsində 750 evin tikintisi nəzərdə tutulub. Zəngilanın Ağalı kəndində olduğu kimi, Dövlətyarlıda da  müasir və innovativ texnologiyalar hesabına kənd sakinlərinin rahatlığı maksimum təmin ediləcək. Və onu da vurğulayaq ki, Dövlətyarlı Qarabağ və Şərqi Zəngəzurun növbəti "ağıllı kənd"i olacaq. Çünki belə yaşayış məntəqələrinin istifadəyə verilməsinə bundan sonra  hələ çox şahidlik edəcəyik. 

Züleyxa  ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

17:07
30 Sentyabr

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır  

16:57
30 Sentyabr

U-15 dünya çempionatının Azərbaycana həvalə olunması zəngin təcrübədən xəbər verir  

16:37
30 Sentyabr

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

15:28
30 Sentyabr

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir  

14:57
30 Sentyabr

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO  

14:28
30 Sentyabr

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

14:24
30 Sentyabr

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

14:16
30 Sentyabr

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur

14:13
30 Sentyabr

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 

14:09
30 Sentyabr

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb  

14:06
30 Sentyabr

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb  

14:03
30 Sentyabr

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

13:42
30 Sentyabr

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

13:39
30 Sentyabr

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

13:39
30 Sentyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

13:37
30 Sentyabr

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

13:34
30 Sentyabr

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib  

13:29
30 Sentyabr

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

13:25
30 Sentyabr

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq  

13:17
30 Sentyabr

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK  

13:01
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!