Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti birgə taktiki-xüsusi təlim keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cəmiyyətin Bakı Vaqon Təmiri Zavodunun Biləcəri yuyucu-buxarlayıcı sahəsində keçirilən təlim yuyucu-buxarlayıcı sahədə baş verə bilən fövqəladə hallar zamanı struktur bölmələrin qarşısında qoyulan tapşırıqların operativ yerinə yetirilməsi və bu sahədə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.
Təlim iki mərhələdən – şəxsi heyətin yüksək hazırlıq dərəcəsinə gətirilməsi, hadisə rayonuna yürüşü və toplanma rayonunda yerləşdirilməsi və baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasından ibarət olub.
Təlim zamanı baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə hadisə yerinə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyəti ilə yanaşı, xüsusi təlim görmüş itlər, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mülki müdafiə qüvvələri və müvafiq nəqliyyat vasitələri cəlb edilib.
Daha sonra hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, zərərçəkənlərin xilas edilməsi, xüsusi təlim görmüş itlərin tətbiqi, ilkin təxirəsalınmaz yardımın göstərilməsi üzrə tədbirlər həyata keçirilib.
Təlim zamanı zavodun personalına texniki təhlükəsizlik qaydalarına riayət olunması, fövqəladə hallar zamanı həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.
Uğurla keçən təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
27 Aprel
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb
27 Aprel
Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb
27 Aprel
"Əgər torpaq uğrunda şəhid olsam..."
27 Aprel
Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir
27 Aprel
Böyük ehtiramın ifadəsi
27 Aprel
Bizi kəmiyyət yox, keyfiyyət qane etmir
27 Aprel
Ölkəmiz sürətlə Çin bazarına daxil olur
27 Aprel
Ölkəmiz qlobal dəhliz layihələrinin də əsas iştirakçılarındandır
27 Aprel
"COP29 bütün dünya üçün faydalı olacaq"
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!