04 Oktyabr 2024 15:11
880
İDMAN
A- A+
Fernandu Santuş: “Futbolçudan xoşum gəlir, ya gəlmir deyə, milliyə çağırmıram”

Fernandu Santuş: “Futbolçudan xoşum gəlir, ya gəlmir deyə, milliyə çağırmıram”

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib.

Millinin heyətini açıqladıqdan sonra portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Ramil Şeydayevlə Emin Mahmudovu bağışlamısız?

- Necə yəni bağışlamaq? Kimisə bağışlayacaq adam deyiləm. Hansısa futbolçumuz üçün cəza prinsipi yoxdur. Futbolçudan xoşum gəlir, ya gəlmir deyə, milliyə çağırmıram. Düzdür, verdiyi qərarlar xoşuma gəlmədi. Kapitan kapitandır, qərar verməyi bacarmalıdır. Ancaq futbolçunu xoşum gəlir, ya gəlmir deyə, onu milliyə dəvət etmirəm. Emin keyfiyyətli futbolçudur. Ona görə milliyə dəvət edirəm.

- Emin Mahmudov "Neftçi"də son iki matçda oynamayıb. Onu milliyə dəvət etmək nə dərəcədə doğrudur?

- Tibb heyətindən məlumat verilib ki, heç bir zədəsi yoxdur. Yeganə Şahruddin Məhəmmədəliyevdir ki, onun xidmətindən istifadə edə bilməyəcəyik. Bəhlul Mustafazadədə zədə şübhəsi var. Bu gün tibbi müayinədən sonra durumuna baxacağıq.Ona görə daha bir mərkəz müdafiəçisi cəlb etdim. Bəhlulla bağlı məsələ aydın deyil.

- Dördüncü oyundan sonra millimizi neçə xalla neçənci pillədə görürsüz?

- Slovakiya ilə yenidən qarşılaşacağıq. Zəif rəqib deyil. Neçə xalla bitirəcəyik, deyə bilmərəm. Çünki gələcəyi görmürəm. Bir şeyi deyə bilərəm ki, futbolçularıma güvənirəm. Bilirəm ki, onları daha yaxşısını edə bilərlər. Onlar da dərk edirlər ki, nələrisə dəyişmək lazımdır. Təbii ki, hər oyuna qələbə üçün çıxırıq. Ən azından mentaliteti dəyişmək lazımdır, komanda kimi fikirləşmək lazımdır. Fərdilikdən əl çəkmək lazımdır. Topla daha aqressiv davranmalıyıq. Fərdi olaraq, güclü olmalıyıq. Nələri dəyişmək lazım olduğunu bilirik. Amma bir oyun üçün yox, gələcəyə görə. Futbolçularla işləyəndən sonra gördüm ki, çox həvəslidirlər. Bu yolla davam etməliyik. İnanıram ki, istədiyimizə çatacağıq.

- Deyirsiz ki, mentaliteti dəyişmək lazımdır. Canni De Byazi də eyni sözü demişdi, amma bunu bacarmadı. Mentaliteti dəyişmək üçün neçə il lazımdır? Hansı addımları atmalısız ki, mentalitet dəyişsin?

- Dəyişəcəyik, dəyişməliyik. Hansı futbolçu mentaliteti dəyişmək istəməyəcək, seçimimizi başqa futbolçudan yana edəcəyik. Futbolçularıma inanıram. İnanıram ki, mentalitet dəyişikliyinə hazırdırlar. İkinci dəfə bir yerə yığışacağıq. Çətin olsa da, çalışacağıq ki, mentaliteti dəyişək. Qərarlar verməliyik. Buraya nələrisə dəyişmək üçün gəlmişəm. Hansı addımları atmaq lazım olduğunu bilirəm. Hamısına şamil etmirəm, bir çox futbolçu var ki, daha çox özləri haqda düşünürlər. Amma komanda kimi fikirləşmək lazımdır. Dəyişəcək əsas şey budur. Futbolun inkişafını istəyiriksə, bu məsələlər dəyişməlidir. Fərdilikdən əl çəkmək lazımdır.

- AFFA-nın yeni strategiyası ilə bağlı hansı təklifləri vermisiz? Yeni strategiyanı necə görürsünüz?

- Bir layihəyimiz var, AFFA ilə danışıqlar olub. Hansı danışıqlar olub, bu aramızda qalsın. Bunu elan etməli tərəf varsa, AFFA-dır, mən etməməliyəm. Bura gəldiyim ilk gündə də demişdim ki, elə layihə qurmalıyıq ki, daha çox qələbə qazanan millimiz olsun, məğlubiyyətlərimiz az olsun.

- Emin Mahmudov milliyə niyə dəvət edilir?

- Çünki keyfiyyətli futbolçudur. Elə keyfiyyətlərə malikdir ki, hər futbolçuda bu yoxdur. Elə qərarlar verə bilər ki, hər oyunçu bunu edə bilmir. Heç kəs fikirləşə bilməz ki, milliyə gəlirəmsə, hər zaman oynayacam. Kim oynayacaq, oynamayacaq qərarları baş məşqçi verir. Futbolçular dərk etməlidir ki, onlar burada Azərbaycan mllisinə xidmət edir. Komandamızı da buna görə qurmaq istəyirik. Milliyə dəvət olunmaq o demək deyil ki, 100 faiz oynayacaq. Ola bilsin ki, bəzi oyunçular daha artıq oynayacaq. Bütün millilərdə belədir. Milli komandaya oyunçu seçimini yalnız mən edirəm. Mən və köməkçilərim Azərbaycan çempionatının bütün oyunlarını izləyiirk. Xaricdə oynayanlar var ki, həmin matçlar da televiziya vasitəsilə diqqətdə saxlanılır. Bu məsələdə əmin ola bilərsiz. Bura heç kəs kiminsə dostudur deyə, cəlb olunmur. Kimsə kimisə daha çox tərifləyir deyə, milliyə cəlb olunmur. Ya da hansısa agentlər tərəfindən. Mənim telefonum bağlıdır. Mən həmişə bu tərzdə işləmişəm, işləməyə də davam edəcəm. Bu, mənim məsuliyyətimdir. Bir şeyə əmin ola bilərsiz ki, seçimlərimdə kənar müdaxilələr yoxdur, mümkün deyil (Sportal.az).

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan  

18:59
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik  

17:17
04 İyun

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib 

17:03
04 İyun

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub  

16:41
04 İyun

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

16:22
04 İyun

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

16:21
04 İyun

2026 FİFA Dünya Kuboku – ilk dəfə 48 komandanın yarışacağı mundial  

16:20
04 İyun

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib

16:17
04 İyun

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir

16:13
04 İyun

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar  

16:12
04 İyun

Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir

16:09
04 İyun

Sahib Məmmədov: Əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

15:52
04 İyun

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib

15:49
04 İyun

XV Milli Məhkəmə Müsabiqəsinin qalibi məlum olub

15:48
04 İyun

Azərbaycan, Ukrayna və Moldova qurumları kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək 

15:47
04 İyun

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib  

15:45
04 İyun

Zaur Əliyev: İnnovativ həllərin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühümdür  

15:38
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!