30 Oktyabr 2026 08:25
221
SİYASƏT
A- A+
Ermənistan öhdəliklərini icra etməlidir

Ermənistan öhdəliklərini icra etməlidir


Ermənistan parlamentinin TRIPP üzrə sazişi təsdiqləməsi, təbii ki, müsbət addımdır. Lakin bu addımın əhəmiyyətini onun ardınca görüləcək işlər müəyyənləşdirəcək. Belə ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı təmin olunmalı, razılaşdırılmış məsələlər konkret icra mərhələsinə keçməlidir. 

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Fuad ABDULLAYEV qəzetimizə açıqlamasında dedi ki, Ermənistanın sülhə münasibətini qiymətləndirərkən əsas meyar qəbul olunan sənədlərin sayı, verilən bəyanatlar yox, onların yaratdığı real nəticələr olmalıdır. Yəni parlamentin qərarı Ermənistanın qarşısında duran digər siyasi və praktiki məsələləri hələ həll etmək deyil. "Mənim fikrimcə, İrəvan vaxt qazanmaqla bir neçə məqsədə çatmağa çalışır. İlk növbədə regionda iqtisadi və diplomatik əlaqələrin mümkün qədər tez normallaşmasını istəyir. Bununla yanaşı, daxildə daha ciddi siyasi məsuliyyət tələb edən qərarları sonraya saxlamağa üstünlük verir. Belə bir yanaşma Ermənistan hakimiyyətinə həm də beynəlxalq tərəfdaşlar qarşısında sülh tərəfdarı kimi çıxış etmək, daxili auditoriya qarşısında isə həssas məsələlər üzrə qərarları mərhələlərə bölmək imkanı yaradır. Ancaq bu taktika uzandıqca verilən sözlə görülən iş arasındakı məsafə də böyüyür. Ermənistanın daxilində sülh gündəliyi üzərində kəskin siyasi mübarizə gedir. Hətta oktyabrın 28-də Mirzoyanın yeni konstitusiya referendumda qəbul edilməsə, istefa verəcəklərinə dair bəyanat səsləndirməsi məsələnin hakimiyyətin gələcəyi ilə birbaşa əlaqələndirildiyini göstərir. Deməli, Ermənistan rəhbərliyi müəyyən qərarların siyasi qiymətini anlayır və həmin qiyməti necə ödəyəcəyini hesablayır", - deyə o əlavə etdi.

Ekspert bildirdi ki, Azərbaycanın təhlükəsizlik maraqları Ermənistan hakimiyyəti ilə müxalifət arasındakı mübarizənin gedişindən asılı vəziyyətdə qala bilməz. Daxili siyasi çətinlikləri nəzərə almaq mümkündür, lakin həmin çətinliklərin sonsuz gözləmə üçün əsas kimi təqdim edilməsi qəbulolunmazdır. Dövlətlərarası münasibətlərdə razılaşmaların davamlılığı təmin edilməlidir. Azərbaycan hər dəfə Ermənistanda siyasi qüvvələr nisbətinin necə dəyişəcəyini gözləməyə məcbur deyil. Konstitusiya məsələsinə də məhz bu məntiqlə baxmaq lazımdır. Rəsmi Bakı Ermənistanın konstitusion sənədlərində dövlətimizin ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılmasını sülh sazişinin imzalanması üçün vacib hesab edir. Ermənistan hökuməti isə bunu öz daxili gündəliyi kimi təqdim edir. Yəni Azərbaycanın mövqeyi baxımından məsələ olduqca prinsipialdır. Əldə edilən sülh gələcəkdə başqa bir hakimiyyətin siyasi məqsədlərinə uyğun şəkildə şübhə altına alınmamalıdır. 

F.Abdullayev qeyd etdi ki, İrəvanın mümkün hesablamalarından biri də vaxt keçdikcə danışıqlarda imkanların genişləcəyinə ümid etməkdir: "Xarici tərəfdaşlarla əlaqələri gücləndirmək, əlavə siyasi dəstək əldə etmək və daha əlverişli mövqedən çıxış etmək istəyi bu davranışı izah edə bilər. Ancaq belə bir qənaət varsa, Ermənistan nəzərə almalıdır ki, beynəlxalq tərəfdaşlığın genişlənməsi Azərbaycanla həll olunmalı məsələləri aradan qaldırmır. Yəni dayanıqlı regional əməkdaşlıq qarşılıqlı etimada və razılaşmaların yerinə yetirilməsinə söykənir. TRIPP layihəsində də artıq konkret nəticələrə keçmək lazımdır. Mirzoyan parlamentdə bildirib ki, layihəni həyata keçirəcək şirkətin nizamnaməsi və səhmdarlar arasında saziş hələ razılaşdırılmalıdır. Təbii ki, belə layihələrin hüquqi və texniki hazırlığı vaxt tələb edir. Lakin hər mərhələnin bir müddəti, məsul tərəfi və nəticəsi olmalıdır. Yəni sənədləşmə prosesi qeyri-müəyyən müddətə uzandıqda haqlı olaraq siyasi iradə ilə bağlı suallar da yaranır". 

Siyasi şərhçi vurğuladı ki, Ermənistan regional əməkdaşlıqdan faydalanmaq istəyirsə, həmin əməkdaşlığın etibarlı iştirakçısı olduğunu əməli şəkildə göstərməlidir. Vaxt qazanmaq cəhdi müəyyən mərhələdən sonra hansısa imkanı itirmək prosesinə çevrilə bilər. Azərbaycan artıq praktik addımlar atıb. Ermənistanla bağlı tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yükdaşımaların həyata keçirilməsi və neft məhsullarının tədarükü üçtərəfli birgə bəyanatda da qeydə alınıb. Bu addımlar göstərir ki, normallaşma gündəliyini konkret iqtisadi fəaliyyətə çevirmək mümkündür. Qarşı tərəf də eyni məsuliyyət və ardıcıl fəaliyyət göstərməlidir. 

F.Abdullayevin fikrincə, Azərbaycanın mövqeyi qətidir: "Xüsusilə ərazi bütövlüyümüzə hörmət etibarlı hüquqi əsaslarla möhkəmlənməli, razılaşmaların icrası aydın təqvimdə aparılmalıdır. Ermənistan prosesləri uzatmaqla öz daxili siyasi problemlərini Azərbaycanın üzərinə keçirməməlidir. İrəvanın sülhə verdiyi əhəmiyyət məhz qərarları qəbul etmək və onları vaxtında həyata keçirmək bacarığında görülməlidir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Google" kibertəhlükəsizlik üçün "Gemini 4 Carbon" süni intellekt modelini təqdim edib

09:00
30 Oktyabr

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

08:55
30 Oktyabr

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib

08:50
30 Oktyabr

Başıbəlalı sözlər

08:45
30 Oktyabr

Ədəbiyyatımızın silinməz imzası

08:40
30 Oktyabr

İcbari Sığorta Bürosu "We Invest in People - Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

08:37
30 Oktyabr

BTQ: Orta dəhlizin ən cəlbedici polad keçidi

08:35
30 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
30 Oktyabr

Ermənistan öhdəliklərini icra etməlidir

08:25
30 Oktyabr

Arzusu Qarabağın işğaldan azad olması idi

08:20
30 Oktyabr

Bütövləşən Vətən, yarımçıq qalan ömür

08:15
30 Oktyabr

Azərbaycanın güc mənbəyi

08:10
30 Oktyabr

Milli mənafelərə söykənən müstəqil siyasət

08:05
30 Oktyabr

Biz unutmamışıq və heç zaman da unutmayacağıq!  

08:00
30 Oktyabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

00:47
30 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

23:49
29 Oktyabr

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır  

23:06
29 Oktyabr

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

21:39
29 Oktyabr

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb  

21:07
29 Oktyabr

Xalq artisti Zaur Rzayev vəfat edib

19:44
29 Oktyabr

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb  

19:41
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!