16 Sentyabr 2026 16:36
216
SİYASƏT
A- A+
Ermənistan hakimiyyəti revanşist qüvvələri dəstəkləyir  

Ermənistan hakimiyyəti revanşist qüvvələri dəstəkləyir  


Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı yeni reallıqlar Ermənistanın bəzi siyasi dairələrində və media resurslarında hələ də ciddi narahatlıq doğurur. Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura təşkil olunan səfəri ətrafında Ermənistan mediasında və siyasi çevrələrində müşahidə edilən kampaniya da bunun növbəti göstəricisidir.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edib. Xarici diplomatlar Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olublar, burada həyata keçirilən bərpa-quruculuq layihələri, sosial infrastruktur və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə tanış olublar. Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinə baxış keçirilməsi də səfər proqramının tərkib hissəsi olub.

Əslində, müstəqil dövlətin ərazisinə Azərbaycanda akkreditə olunmuş diplomatların səfər etməsində qeyri-adi heç nə yoxdur. Bu, Azərbaycanın suveren ərazisində həyata keçirilən adi diplomatik fəaliyyətdir. Buna baxmayaraq, Ermənistan mediasında səfərə qarşı nümayiş etdirilən kəskin münasibət və diplomatlara yönələn ittihamlar diqqətdən kənarda qala bilməz. “Sülh Körpüsü” təşəbbüsünün Azərbaycan üzrə qrupu da bu reaksiyaları qəbuledilməz hesab edərək diplomatik səfərin Azərbaycanın suveren ərazisində həyata keçirildiyini vurğulayıb.

Daha maraqlısı isə budur ki, bu kampaniya ayrı-ayrı radikal çevrələrin reaksiyası ilə məhdudlaşmır. Ermənistan parlamentinin spikeri Ruben Rubinyanın da Azərbaycanla bağlı açıqlamaları məsələnin siyasi müstəvidə qabardıldığını göstərir. Halbuki Ermənistan rəsmilərinin qarşısında duran əsas vəzifələrdən biri regionda sülh gündəliyinin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və iki ölkə arasında münasibətlərin normallaşdırılmasına töhfə verməkdir.

Bu baxımdan Ermənistan hakimiyyətinin bir tərəfdən sülh gündəliyini müdafiə etdiyini bildirməsi, digər tərəfdən isə Azərbaycanda həyata keçirilən diplomatik səfərlərə və Qarabağdakı quruculuq prosesinə kəskin reaksiya verən siyasi və informasiya mühitinin formalaşmasına yol verməsi ciddi suallar doğurur.

Məsələ ondadır ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir. Xarici diplomatların bu ərazilərə səfəri, burada gedən quruculuq prosesini yerində görməsi və real vəziyyətlə tanış olması Ermənistanın daxili siyasi gündəminin predmeti ola bilməz. Ermənistan yeni reallığı qəbul etmək əvəzinə həmin səfərləri hədəfə almaq keçmiş münaqişənin siyasi gündəmdə saxlanması qəbul edilməzdir.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı genişmiqyaslı quruculuq işləri isə artıq regionun yeni simasını formalaşdırır. Xankəndidə nəqliyyat infrastrukturunun qurulması, Kəlbəcərdə turizm və sosial layihələrin həyata keçirilməsi, Şuşada tarixi-mədəni irsin bərpası və digər layihələr Böyük Qayıdış prosesinin mühüm istiqamətləridir. Diplomatik korpusun nümayəndələrinin bu proseslərlə yerində tanış olması həm də beynəlxalq ictimaiyyətin regionda baş verən dəyişiklikləri birbaşa müşahidə etməsinə imkan yaradır.

Bütün bunların fonunda Ermənistan siyasi dairələrinin qarşısında seçim deyil, məsuliyyət dayanır: keçmiş münaqişənin ritorikasını davam etdirmək, yoxsa regionda formalaşmış yeni reallıqları qəbul edərək sülh və əməkdaşlıq gündəliyinə real töhfə vermək.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qurulur, şəhərlər və kəndlər bərpa edilir, insanların doğma yurdlarına qayıdışı təmin olunur. Bu prosesin qarşısını siyasi bəyanatlarla almaq mümkün deyil.

Bu gün regionun gələcəyi keçmişin münaqişə ritorikasından deyil, yeni əməkdaşlıq imkanlarından asılıdır. Ermənistan hakimiyyətinin də üzərinə düşən vəzifə revanşist ritorikaya meydan vermək deyil, sülhün möhkəmlənməsinə xidmət edən siyasi mühit formalaşdırmaqdır. Əks halda, keçmişin ağrılı səhifələrinin yenidən siyasi manipulyasiya predmetinə çevrilməsi Ermənistanın sözü ilə əməlinin bir olmamasının göstəricisidir..


Şamo Qasımov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Eurosport”: Formula 1-də Bakı yeniliyi – Azərbaycan Qran-Prisi niyə ilk dəfə şənbə günü keçiriləcək?

17:49
16 Sentyabr

Media: ABŞ rəsmiləri Oman Sultanlığında husilərlə görüşüb

17:48
16 Sentyabr

Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt sahəsində əməkdaşlıq nəzərdən keçirilib

17:46
16 Sentyabr

Konfrans iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar

17:43
16 Sentyabr

Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17:41
16 Sentyabr

Baş prokuror Şamaxıda vətəndaşların müraciətlərini dinləyib

17:40
16 Sentyabr

Dini-mənəvi əməkdaşlıqda yeni perspektivlər nəzərdən keçirilib

17:38
16 Sentyabr

Pakistanlı tədqiqatçı: Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir

17:37
16 Sentyabr

NİİM: Nəqliyyat sıxlığına səbəb olan halların operativ aradan qaldırılması məqsədilə əlaqələndirilmiş iş görülür

17:36
16 Sentyabr

Böyük Britaniyanın Orta Dəhlizin inkişafına verə biləcəyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb

17:35
16 Sentyabr

Türkiyədə zəlzələ bölgələrində mədəni irs obyektlərinin bərpasına 700 milyon dollaradək vəsait xərclənəcək

17:33
16 Sentyabr

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər

17:19
16 Sentyabr

2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib

17:18
16 Sentyabr

Abşeron dairəvi dəmir yolu üzrə sərnişin daşınmasında rekord göstərici qeydə alınıb

17:17
16 Sentyabr

Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb

16:51
16 Sentyabr

Ermənistan hakimiyyəti revanşist qüvvələri dəstəkləyir  

16:36
16 Sentyabr

Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib  

16:19
16 Sentyabr

Yaralar sağalacaq, amma qan yaddaşımız heç vaxt unudulmayacaq

16:14
16 Sentyabr

Bakıdan verilən qlobal mesaj dini həmrəyliyi və sülh gündəliyini ön plana çıxarır   

16:01
16 Sentyabr

Azərbaycan həm də ikili standartlara qalib gəldi   

15:53
16 Sentyabr

Dağıntılardan dirçəlişə, müharibədən sülhə

15:49
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!