16 Sentyabr 2026 14:38
164
SİYASƏT
A- A+
Əsrlərdən gələn, bu günümüzü və sabahımızı işıqlandıran milli-mənəvi irs  

Əsrlərdən gələn, bu günümüzü və sabahımızı işıqlandıran milli-mənəvi irs  

 

Hər bir xalqın tarixini yaşadan, onun milli kimliyini qoruyan və gələcəyə daşıyan əsas mənəvi dayaqlardan biri mədəniyyətdir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni irs öz miqyası, çoxşaxəliliyi və bəşəri dəyərləri ilə seçilir. Əsrlərin sınağından keçərək günümüzə gəlib çatan bu böyük mənəvi xəzinə xalqımızın keçdiyi mürəkkəb tarixi yolu, həyat tərzini, dünyagörüşünü, mənəvi dəyərlərini, yaradıcı təfəkkürünü özündə yaşadır.

Qayaüstü rəsmlərdən möhtəşəm memarlıq nümunələrinə, şifahi xalq yaradıcılığından klassik ədəbiyyata, muğamdan operaya, xalçaçılıqdan müasir təsviri sənətə, xalq teatrından professional səhnəyə, ilk kino nümunələrindən müasir ekran əsərlərinədək uzanan böyük bir yol xalqımızın misilsiz yaradıcılıq imkanlarını nümayiş etdirir.

Azərbaycan torpağı tarix boyu böyük sənətkarlar, şairlər, mütəfəkkirlər, bəstəkarlar, memarlar və elm xadimləri yetişdirib. Onların yaradıcılığı zaman və məkan sərhədlərini aşaraq xalqımızın adını dünya mədəniyyət tarixinin səhifələrinə yazıb. 

Sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev Azərbaycan xalqının zəngin mədəniyyətə malik olduğunu vurğulayıb. Dövlətimizin başçısı bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirildiyini qeyd edib: “Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır”.

Dövlətimizin başçısı Azərbaycan xalqının dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etdiyini diqqətə çatdırıb: “Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün islam aləmi üçün çox böyük dəyərdir”.

Bu böyük ədəbi irsin hər səhifəsində Azərbaycan xalqının mənəvi dünyası, həyat fəlsəfəsi, dünyaya baxışı öz əksini tapıb. Nizami Gəncəvinin humanizmi, Məhəmməd Füzulinin məhəbbət fəlsəfəsi, İmadəddin Nəsiminin insan və azadlıq, Şah İsmayıl Xətainin dövlətçilik haqqında düşüncələri, Yəhya Bakuvinin mənəvi-fəlsəfi görüşləri əsrlər keçməsinə baxmayaraq öz aktuallığını qoruyur.

Azərbaycan mədəniyyətinin qüdrəti musiqi sənətimizdə də əks olunub. Milli musiqi irsimizin ən möhtəşəm nümunələrindən biri olan muğam əsrlər boyu xalqımızın mənəvi dünyasını ifadə edib. Milli musiqi yaddaşımızın nəsildən-nəslə ötürülən bu əsrarəngiz nümunələrində xalqın duyğuları, sevinc və kədəri, həyat haqqında fəlsəfi düşüncəsi öz əksini tapıb.

Azərbaycan musiqi sənəti sonrakı dövrlərdə də dünya mədəniyyətinə böyük töhfələr verib. Dahi bəstəkar Üzeyir Hacıbəyli milli musiqi ənənələrini Qərb professional musiqisinin nailiyyətləri ilə birləşdirərək tamamilə yeni bir yaradıcılıq məktəbi formalaşdırıb. O, Şərqdə ilk operanın - “Leyli və Məcnun” operasının müəllifidir. Üzeyir bəyin “Koroğlu” operası, “Arşın mal alan”, “O olmasın, bu olsun” və başqa əsərləri də Azərbaycan səhnə və musiqi sənətinin qiymətli nümunələridir. Üzeyir Hacıbəylinin yaradıcılığı göstərib ki, milli musiqinin köklərinə söykənərək dünya səviyyəli sənət əsərləri yaratmaq mümkündür.

Qeyd edək ki, Şərqdə qadın bəstəkarlar arasında ilk operanı yazan da azərbaycanlıdır. Görkəmli bəstəkar Şəfiqə Axundovanın adı həmin əsəri - “Gəlin qayası” operası ilə tarixə düşüb. Bəstəkar həm də yüzlərlə mahnı, romans və digər musiqi əsərləri ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirib.

Milli musiqimizin dünya miqyasında tanınmasında görkəmli ifaçıların da böyük rolu olub. Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova və başqa sənətkarlar bənzərsiz ifaları ilə Azərbaycan musiqisinin şöhrətini dünyaya yayıblar.

Azərbaycanın zəngin mədəniyyət xəzinəsində aşıq sənətinin də xüsusi yeri vardır. Aşıq yaradıcılığı xalqın sözünü, musiqisini və həyat fəlsəfəsini bir araya gətirən nadir sənət nümunəsidir.

Xalq mərasimləri, oyunlar, meydan tamaşaları və aşıq yaradıcılığı professional teatrın formalaşması üçün zəngin zəmin yaradıb. XIX əsrin ikinci yarısında maarifçilik hərəkatının güclənməsi ilə Azərbaycan teatrında yeni mərhələ başlayıb. Sonrakı dövrlərdə Azərbaycan səhnəsi böyük aktyor və rejissorların yaradıcılığı ilə zənginləşib.

Azərbaycan mədəniyyətinin dünyada tanınan qədim sahələrindən biri də xalçaçılıqdır. Qarabağ, Quba, Şirvan, Gəncə, Qazax və Təbriz xalça məktəblərinin yaratdığı zəngin ənənələr milli sənətimizin çoxşaxəliliyini göstərir.

Memarlıq irsimiz də xalqımızın zəngin yaradıcılıq ənənələrinin parlaq nümunələridir. Qədim və orta əsrlərdən günümüzədək gəlib çatan abidələr Azərbaycanın müxtəlif memarlıq məktəblərinin inkişafından xəbər verir. 

Bu gün qarşımızda duran əsas vəzifələrdən biri Azərbaycanın böyük mədəni irsini daha da zənginləşdirmək, qorumaq və gələcək nəsillərə çatdırmaqdır. Mədəniyyət dövlət siyasətinin prioritet sahələrindən biridir. Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində də mədəniyyət sahəsinin inkişafının vacib məsələ kimi daim diqqət mərkəzində olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir: “Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir”. Səfər çərçivəsində Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlərlə tanış olduğunu bildirən Prezident İlham Əliyev, eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpasının nəzərdə tutulduğunu nəzərə çatdırıb: “Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik”.

Mədəniyyət milli yaddaşdır. Onu qorumaq, yaşatmaq və inkişaf etdirmək hər bir azərbaycanlının mənəvi borcudur. Çünkü bu mənəvi irs əsrlərdən gələn, bu gün yolumuzu və sabahımızı aydınladan işıqdır.


Zöhrə FƏRƏCOVA,

“Azərbaycan” 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycana qarşı bitməyən qərəz

15:34
16 Sentyabr

Diplomatik səfərə etiraz – Azərbaycanın suverenliyinə hörmət məsələsi  

14:49
16 Sentyabr

"Azərkimya" gələn il hidrogen satışına başlayacaq  

14:44
16 Sentyabr

Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb  

14:41
16 Sentyabr

Əsrlərdən gələn, bu günümüzü və sabahımızı işıqlandıran milli-mənəvi irs  

14:38
16 Sentyabr

Ermənistan xəstə təfəkkürdən əl çəkməlidir

14:35
16 Sentyabr

SOCAR-la Corc Vaşinqton Universitetinin imzaladığı Niyyət Məktubunun icrası üzrə görülən işlər nəzərdən keçirilib  

14:33
16 Sentyabr

Nuriddin Xaliknazarov: Prezidenti İlham Əliyevin yüksək iradəsi və xalqın birliyi sayəsində böyük işlər həyata keçirilib  

14:32
16 Sentyabr

Yəhya Bakuvi Beynəlxalq Konfransı Ağdamda davam edib YENİLƏNİB  

14:31
16 Sentyabr

Tokayev: Orta Dəhlizi TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiya etmək mümkündür

14:28
16 Sentyabr

“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək  

14:27
16 Sentyabr

Balazs Hendrich: TDT-yə üzv ölkələr arasında gömrük və tranzit prosedurlarının sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır  

14:25
16 Sentyabr

Həmid Şəhriyari: Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub  

14:24
16 Sentyabr

Qəzanı işıqlandırmaq üçün havalandı, qəzaya düşdü  

14:23
16 Sentyabr

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb  

14:18
16 Sentyabr

Deputat: Hər bir dövlət özünün müstəqil audit sistemini qurmalıdır  

14:17
16 Sentyabr

"Azərikimya": Etilen-Polietilen zavodunda növbəti əsaslı təmir 2027-ci ilin ikinci rübündə planlaşdırılır  

14:16
16 Sentyabr

“AzərEnerji” “TotalEnergies” ilə Azərbaycanda yeni tikiləcək Qaz Emalı Zavodunun elektrik şəbəkəsinə qoşulmasını müzakirə edib  

14:10
16 Sentyabr

Ramazan Erdağ: Rəqəmsallaşma Orta Dəhlizin səmərəliliyinin artırılmasında xüsusi rol oynayır  

14:07
16 Sentyabr

Fərid Şəfiyev: Orta Dəhliz hər hansı marşrutu əvəz etmir

14:07
16 Sentyabr

Göyçayda aqrar sektorun inkişafı ilə bağlı tədbirlər müzakirə olunub  

13:08
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!