16 Sentyabr 2026 15:53
140
SİYASƏT
A- A+
Azərbaycan həm də ikili standartlara qalib gəldi   

Azərbaycan həm də ikili standartlara qalib gəldi   


Prezident İlham Əliyev bəzi Qərb təsisatlarının ölkəmizə qarşı qərəzli mövqeyini real faktlarla ifşa etdi


     Beynəlxalq münasibətlər sistemində ədalət və hüquq prinsiplərinin ikili standartların kölgəsində qalması heç kimə sirr deyil. Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində bir sıra Qərb təsisatlarının sərgilədəyi qərəzli və qeyri-obyektiv yanaşma bunu aydın şəkildə nümayiş etdirdi. İşğal dövründə təcavüzkar Ermənistana qarşı heç bir addım atmayan, münaqişəni dondurmağa çalışan həmin mərkəzlər bu gün Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini həzm edə bilmirlər. Vaxtı ilə işğalçıya göstərilməyən təzyiqlərin ədaləti öz gücünə bərpa etmiş Azərbaycana qarşı tətbiq edilməsi Qərb təşkilatlarının beynəlxalq hüquq prinsiplərindən nə qədər uzaqlaşdığını və öz siyasi maraqları naminə açıq ikilüzlülük nümayiş etdirdiyini bir daha sübut edir. 

      Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edərkən səsləndirdiyi mühüm fikirlər həmin tarixi və siyasi reallıqların dəqiq təhlili olmaqla yanaşı, beynəlxalq aləmə ünvanlanmış prinsipial mesajlar kimi xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi torpaqlarımızın otuz illik işğalı dövründə Ermənistanın həyata keçirdiyi vandallığa, tarixi və dini irsimizin təhqir olunmasına qarşı nümayiş etdirilən susqunluq və bu gün Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra başlanan hücumlar eyni ədalətsiz yanaşmanın təzahürüdür. 

      İşğal dövründə torpaqlarımızın vəhşicəsinə talan edilməsi, şəhər və kəndlərimizin yerlə-yeksan olması, tarixi-dini abidələrimizin ağır təhqirlərə məruz qalması dünya birliyinin və beynəlxalq təşkilatların gözü qarşısında baş verirdi. Lakin bu fəlakətlərə nəinki reaksiya verilirdi, əksinə, prosesləri tənzimləməli olan qurumlar faktiki olaraq işğalın ömrünü uzatmağa çalışırdılar. 

     Prezident İlham Əliyev bu tarixi həqiqəti və beynəlxalq təsisatların fəaliyyətsizliyini vurğulayaraq bildirib: “Dünya 30 il ərzində buna göz yumub. Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb. Birləşmiş Millətlər Təşkilatı, - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb”. 

     Həqiqətən, 30 il ərzində cərəyan edən proseslər göstərdi ki, vasitəçilik missiyasını üzərinə götürmüş subyektlər ədalətli sülhün bərqərar olunmasında deyil, mövcud status-kvonun saxlanılmasında maraqlı idilər. İşğal müddətində törədilən cinayətlərin ört-basdır edilməsi, rüşvət və müxtəlif vasitələrlə ələ alınmış xarici siyasətçilər vasitəsilə saxta reallıqların yaradılması cəhdləri məhz bu yanaşmanın tərkib hissəsi idi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasız qalması, Minsk qrupu kimi təşkilatların fəaliyyətsizliyi beynəlxalq hüququn kağız üzərində qaldığını sübut edirdi. 

     Hiddət doğuran məqam bu təşkilatların passivliyindən daha çox Avropanın aparıcı strukturlarının birbaşa təcavüzkarın yanında yer alaraq işğalçılıq siyasətinə siyasi dəstək verməsi idi. Dövlətimizin başçısı Avropa Şurası və Avropa Parlamentinin sərgilədiyi açıq tərəfkeşliyə də diqqət çəkib: “Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı - azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır. Haradan gəlir bu ikili standartlar, aydın məsələdir”. 

     Dövlət başçısının məsələ yanaşması beynəlxalq siyasətdəki ikili standartların mahiyyətini ortaya qoyur. Yüzminlərlə azərbaycanlının fundamental hüquqlarının tapdanmasına, torpaqlarımızın zəbt olunmasına və şəhərlərimizin xarabalığa çevrilməsinə baxmayaraq, otuz il ərzində təcavüzkara qarşı heç bir sanksiya tətbiq edilmədi. Qərb institutlarının bu mövqeyi Ermənistanda arxayınlıq hissi yaradaraq onu yeni təxribatlara həvəsləndirirdi. Bu reallıq göstərir ki, Azərbaycan sadəcə Ermənistanla yox, onun arxasında duran və işğala göz yuman məkirli güclərlə və beynəlxalq şəbəkələrlə də üz-üzə qalmışdı. 

     Zaman keçdikcə və Azərbaycan öz hərbi-siyasi, iqtisadi potensialı hesabına ərazi bütövlüyünü bərpa etdikdən sonra həmin dairələrin qərəzi daha da kəskinləşdi. Ermənistana “gözünün üstündə qaşın var” deməyənlər, Azərbaycanın öz suverenliyini təmin etməsini həzm edə bilmədilər. Prezident İlham Əliyev bu gün də davam edən qarayaxma kampaniyasının səbəblərinə toxunaraq bildirib: “Baxın, indi Azərbaycan gücləndikcə, necə deyərlər, öz potensialını tam işə saldıqca, yenə də bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır. Yəni bizi qaralayırlar, Azərbaycan haqqında hər gün yalan, iftira, böhtanla dolu yazılar dərc edilir”. 

     Xüsusilə 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda separatçılığın kökünün kəsilməsi Qərbdəki bəzi mərkəzləri hərəkətə keçirdi. İşğal dövründə təcavüzkarı cəzalandırmayan Avropa strukturları, ədaləti bərpa edən Azərbaycana qarşı təzyiq alətlərini işə salmağa cəhd göstərdilər. Dövlətimizin başçısı Avropa Şurasının bu addımını və Avropa Parlamentinin korrupsiyaya bulaşmış daxili mühitini ifşa edib: “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər”. 

     Bu mühüm faktlar Qərb institutlarının mənəvi və siyasi böhran içində olduğunu gözlər önünə sərir. Öz daxilindəki korrupsiya qalmaqallarını ört-basdır edən bir qurumun başqa dövlətlərə “demokratiya” və “insan hüquqları” dərsi keçməyə çalışması ikilüzlülükdür. 2023-cü ilin sentyabrında separatçılığa son qoyulmasından cəmi dörd ay sonra Azərbaycana qarşı sanksiya xarakterli addımların atılması həmin təsisatların əsl simasını və qərəzli mahiyyətini bir daha nümayiş etdirdi. 

    Lakin bütün təzyiqlərə, yalan və böhtan kampaniyalarına baxmayaraq, Azərbaycan öz müstəqil xarici və daxili siyasətindən bir addım da geri çəkilmir. Şübhə yox ki, dövlətimizə və xalqımıza qarşı aparılan sistemli informasiya müharibəsinin kökündə duran əsas səbəb ölkəmizin nümayiş etdirdiyi prinsipiallıq və milli maraqlara söykənən mövqedir. Prezident İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət yönəldib: “Bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq. İmkan vermirik ki, xalqımıza və dinimizə yad olan bəzi meyillər Azərbaycanda kök salsın. Mənəviyyat keşikçiləriyik. Bax, buna görə bizə qarşı bu kampaniyalar aparılır”. 

     Nəticə etibarı ilə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər yalnız keçmişin acı reallıqlarına tutulan işıq deyil, həm də gələcək strategiyamızın ana xəttini təşkil edir. Azərbaycan məhz öz gücünə və milli birliyinə arxalanaraq tarixi zəfər qazandı və regionda yeni reallıqlar yaratdı. Qərbin bəzi dairələrinin, saxta dəyərlər pərdəsi arxasında gizlənən təşkilatların ikili standartları, təzyiq və böhtan cəhdləri Azərbaycanı haqq yolundan döndərə bilməz. Öz dəyərlərinə sahib çıxan Azərbaycan dövləti bundan sonra da heç bir təzyiqə boyun əymədən suveren inkişaf yolunu qətiyyətlə davam etdirəcək.


İsmayıl QOCAYEV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb

16:51
16 Sentyabr

Ermənistan hakimiyyəti revanşist qüvvələri dəstəkləyir  

16:36
16 Sentyabr

Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib  

16:19
16 Sentyabr

Yaralar sağalacaq, amma qan yaddaşımız heç vaxt unudulmayacaq

16:14
16 Sentyabr

Bakıdan verilən qlobal mesaj dini həmrəyliyi və sülh gündəliyini ön plana çıxarır   

16:01
16 Sentyabr

Azərbaycan həm də ikili standartlara qalib gəldi   

15:53
16 Sentyabr

Dağıntılardan dirçəlişə, müharibədən sülhə

15:49
16 Sentyabr

Azərbaycana qarşı bitməyən qərəz

15:34
16 Sentyabr

Diplomatik səfərə etiraz – Azərbaycanın suverenliyinə hörmət məsələsi  

14:49
16 Sentyabr

"Azərkimya" gələn il hidrogen satışına başlayacaq  

14:44
16 Sentyabr

Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb  

14:41
16 Sentyabr

Əsrlərdən gələn, bu günümüzü və sabahımızı işıqlandıran milli-mənəvi irs  

14:38
16 Sentyabr

Ermənistan xəstə təfəkkürdən əl çəkməlidir

14:35
16 Sentyabr

SOCAR-la Corc Vaşinqton Universitetinin imzaladığı Niyyət Məktubunun icrası üzrə görülən işlər nəzərdən keçirilib  

14:33
16 Sentyabr

Nuriddin Xaliknazarov: Prezidenti İlham Əliyevin yüksək iradəsi və xalqın birliyi sayəsində böyük işlər həyata keçirilib  

14:32
16 Sentyabr

Yəhya Bakuvi Beynəlxalq Konfransı Ağdamda davam edib YENİLƏNİB  

14:31
16 Sentyabr

Tokayev: Orta Dəhlizi TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiya etmək mümkündür

14:28
16 Sentyabr

“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək  

14:27
16 Sentyabr

Balazs Hendrich: TDT-yə üzv ölkələr arasında gömrük və tranzit prosedurlarının sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır  

14:25
16 Sentyabr

Həmid Şəhriyari: Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub  

14:24
16 Sentyabr

Qəzanı işıqlandırmaq üçün havalandı, qəzaya düşdü  

14:23
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!