10 Sentyabr 2023 10:35
708
SİYASƏT
A- A+
Erməni separatizmi məhvə məhkumdur

Erməni separatizmi məhvə məhkumdur

 

Bəzi qərəzli təşkilatların və ölkələrin dəstəyi ilə təhlükəli avantüraya qapılması Ermənistanın özünə baha başa gələcək 

 

Vətən müharibəsindən ötən üç il müddət ərzində Ermənistan ilə Azərbaycan arasında sülh əldə olunmamasının yeganə səbəbi İrəvanın hələ də Azərbaycana qarşı ərazi iddiası güdməsi, separatizmi dəstəkləməsidir. 
Qarabağ Azərbaycandır həqiqətini sülh prosesi çərçivəsində keçirilən üçtərəfli görüşlərdə rəsmən etiraf edən Ermənistan hələ də bunu imzası ilə təsdiq etməkdən özünəməxsus müxtəlif "taktika"ları ilə yayınır. 
Azərbaycanın suveren ərazisində ikinci erməni dövləti yaratmaq kimi sərsəm iddiaların arxasınca düşərək, bu separatizm xülyalarına müxtəlif beynəlxalq qurum və KİV-i, ölkələri də alət etməyə çalışan Ermənistan, təəssüf ki, bəzi hallarda buna nail olmağı da bacarır. 
Erməni lobbisi pul hərisinə çevrilmiş riyakar ölkələr və qurumlar vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, onların əli ilə separatizmi təbliğ edir ki, bu, ümumilikdə dünya ölkələri üçün təhlükəli tendensiyadır. 
Hazırda elə Qərb ölkələrinin bir çoxunun separatizmlə üz-üzə olduğunu nəzərə alsaq, ermənilərin bu təhlükəli oyunlarına onlardan dəstək görmələri də ayrıca sual doğurur...

 

Ermənistanın Avropadakı "vəkili"

 

44 günlük müharibədə Azərbaycanın qələbəsini heç cür həzm edə bilməyən Fransa ötən müddət ərzində ermənipərəst mövqe sərgiləyərək, ölkəmizə qarşı düşmənçilik aparır. Separatizmə dəstək nümayiş etdirən bu ölkənin, guya, Laçın yolunun bağlanması, Xankəndidə humanitar böhran yaşanması səbəbindən bölgəmizlə sərhəddə Parisin xanım merinin müşayiəti altında humanitar yardım göndərməsi isə riyakarlığının açıq göstəricisi oldu. Bu ölkənin BMT TŞ-də Azərbaycana qarşı qətnamələr qəbul etdirmək üçün necə "can qoyduğu" da hər kəsə bəllidir. Erməni lobbisinin "əmri" ilə bu kimi çirkin əməllər törədən Fransa Qarabağda erməni separatizminin kök salmasına çalışaraq, beynəlxalq hüququ ayaqlar altına atır. 
İyulun 25-də Çinin "China Media Group" Media Korporasiyasına verdiyi müsahibəsində Fransanın Ermənistanın ən böyük vəkilinə, Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevrildiyini söyləyən Prezident İlham Əliyev də vurğuladı ki, Korsika dilinə qadağa qoyan, Korsikada öz müqəddəratını təyinetmə hərəkatını qəddarcasına boğan Fransa Qarabağda ermənilərin "öz müqəddəratını təyin etmələrini" təşviq edir: "Bu necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda dedim ki, əgər onlar "Dağlıq Qarabağ respublikası"nı haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, "Dağlıq Qarabağ respublikasını" orada elan etsinlər, biz də tanıyaq". 

 

Ağ Evdən qara əməl 

 

Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olunması ABŞ-nin Azərbaycana qarşı ikili standartlarla yanaşdığını ortaya qoydu. Ağ Evin bu riyakar davranışı ermənipərəstliyini, Azərbaycana qarşı qərəzli mövqe tutduğunu açıq şəkildə nümayiş etdirdi. 
Azərbaycan BMT TŞ-nin 4 qətnaməsini döyüş meydanında özü yerinə yetirərək torpaqlarını işğaldan qurtarıb. Üçrəngli bayrağını bütün sərhədləri boyu dalğalandıraraq ərazi bütövlüyünü təmin edib. 
Ermənistana 5 baza prinsipindən ibarət təkmil sülh modeli təklif edən Azərbaycan paralel olaraq Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası prosesi istiqamətində ardıcıl və əməli addımlar atıb. Onları danışığa dəvət edib, alternativ yollar göstərib, humanitar yardım göndərib. 
Lakin bütün bunlar Ermənistan və hərbi xunta tərəfindən qəbul edilməyib, əngəllənib. Əvəzində Azərbaycanın suveren ərazisində separatizmin yuva salması üçün erməni yalan maşını işə salınıb. 

 

CNN də erməni yalanlarına alət olub 

 

Erməni lobbisinin idarə etdiyi bu çirkin kampaniyada Qərb mediasının bəzi simaları da böyük həvəslə iştirak edirlər. Erməni yalanlarını yayan beynəlxalq KİV-in siyahısında BBC, "Le Monde" qəzeti, o cümlədən "The New York Times" nəşri və CNN də var. 
Bu media qurumları son dövrlər erməni yalanlarına alət olublar və bir-birinin ardınca qərəzli, obyektivlikdən uzaq xəbərlər yaymaqda davam edirlər. Jurnalistikanın ali dəyərlərini heçə sayan sözügedən beynəlxalq media qurumları erməni separatizmini təbliğ edən verilişlər hazırlayır, yazılar nəşr edirlər. Bir ağızdan Laçın yolunun "blokada"da olmağından, Xankəndidə insanların "aclıq" çəkməsindən dəm vururlar, bir sözlə, erməni yalan-palanlarını özlərinə "çörək təknəsi" ediblər. Bu orqanlarda yayımlanan məqalələrin hamısının arxasında erməni lobbisinin dayandığı çox açıq görünür.
Torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalı, milyona yaxın insanımızın qaçqın və məcburi köçkün düşməsi, ermənilərin vətəndaşlarımıza qarşı kütləvi qırğın, soyqırımı törətmələri ilə bağlı bu sadaladığımız media qurumlarında heç zaman materiallar verilməyib. Naxçıvan əhalisinin 30 ildən çox blokada şəraitində yaşaması da nədənsə bu beynəlxalq KİV-də işıqlandırılmayıb. 
Amma bu qərəzli media orqanlarının jurnalistləri üç-beş erməninin, guya, "aclıq" yaşaması xəbərindən böyük sarsıntı keçiriblər, dərin depressiyalara qərq olublar. Gecə-gündüz düşündükləri, qələmə aldıqları, çəkdikləri, yayımladıqları bircə xəbər var ki, görəsən, Laçın yolundakı "blokada"nı yarıb,  Xankəndidə "acından qırılan" ermənilərə necə bir tikə çörək çatdıra bilərlər... 

 

Bu yol hər zaman açıqdır 

 

2023-cü il sentyabrın 8-də Azərbaycan Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.
Brifinq zamanı məlumat verilib ki, Ermənistanın törətdiyi təxribatlara baxmayaraq, tibbi evakuasiya və digər təxirəsalınmaz məqsədlər üçün Laçın nəzarət-buraxılış məntəqəsindən keçid bu günə qədər davam edir. İyunun 15-dən BQXK bu istiqamətdə 27 əməliyyat keçirib, 312 erməni sakin 208 nəfərin müşayiəti ilə (ümumilikdə 520 nəfər) Ermənistana gedib, 380 nəfər isə müalicəsi başa çatdıqdan sonra Qarabağa qayıdıb. Bu əməliyyatlar zamanı hər iki istiqamətdə 425 BQXK nəqliyyat vasitəsinin keçidi qeydə alınıb. Qarabağa qayıdarkən onlar dərman, uşaq qidası kimi zəruri malları da özləri ilə gətirməkdədirlər. 
Yəni Ermənistanın, onun "bacılıq ölkələr"inin, bəzi riyakar beynəlxalq qurum və KİV-in iddiasının əksinə, Laçın yolunda heç bir blokada yoxdur, Xankəndidə aclıq yaşanmır. Digər tərəfdən də rəsmi Bakı hər zaman bəyan edir ki, ölkəmizdəki erməni azlığının hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq.

 

Paşinyan riyakarlığından əl çəkmir  

 

Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycana qarşı törətdiyi siyasi, hərbi və digər təxribatları İrəvanın sülhdən yayındığını göstərir. Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi qoruyub saxlamaqdan ibarətdir və bu məqsədlə də bacardıqca vaxtı uzatmağa, yalanları ilə beynəlxalq dəstək qazanmağa çalışır. 
Fransa başda olmaqla bəzi qərəzli ölkələrin, beynəlxalq qurum və KİV-in İrəvanın separatizm meyillərini dəstəkləməsi isə Ermənistanı daha da iştahalandırır, Qarabağda hansısa qondarma qurum yaratmaq kimi cürətə salır.
XİN-də keçirilən brifinqdə də bildirilib ki,  Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünün tanıması ilə bağlı əvvəlki bəyanatına baxmayaraq, Ermənistanın baş naziri Azərbaycan ərazilərində qurulmuş qondarma quruluşun yaradılmasının "ildönümü" münasibətilə "təbrik mesajı" verərək daha bir təxribatçı addım atıb. 
Ermənistan baş naziri bir daha "erməni sakinlərin öz müqəddəratını təyinetmə hüququ"na istinad edərək, Ermənistanın bu sakinlərlə bağlı məsələlərə onların təhlükəsizliyi və hüquqları bəhanəsi altında müdaxiləyə davam edəcəyini təsdiqləyib. 
Lakin beynəlxalq hüquqa zidd əməlləri ilə sülhdən yayınması və separatizmə dəstək verməsi elə Ermənistanın özü üçün geri dönüşü olmayan ağır nəticələrlə sonuclana bilər. Çünki Azərbaycan heç zaman suveren ərazisində separatizmin at oynatmasına imkan verməyəcək. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!