05 Dekabr 2021 00:32
2431
Elm və texnika
A- A+
Dünyanın ilk meyvəsi

Dünyanın ilk meyvəsi

 

Meyvələrin şahı

 

Cənnət meyvəsi sayılan nar qədim dövrlərdə Şərqdə meyvələrin şahı sayılardı. Dünyanın ən qədim və ən sağlam meyvələrindən biri olan narın eramızdan əvvəl 3500-cü ildən becərildiyi təxmin edilir. Daha çox İran, Qafqaz və Şimali Hindistanda Himalay dağlarına xas bitki kimi xarakterizə edilən nar bütün Aralıq dənizi ölkələrində bitirdi. Ehtimal edilir ki, nar İranda yaransa da, sonradan Aralıq dənizi boyunca sürətlə yayılıb.

O, Ərəbistana, Əfqanıstana, Hindistana, Çinə qədər  yayılıb və burada həm də “Çin alması” adı ilə tanınıb. Narın eramızdan əvvəl (e.ə) 2500-cü illərdə Suriya və Kiprdə, e.ə. 1500-1200-cü illərdə isə Yunanıstanda, İtaliyada yayıldığı güman edilir.

Narın ən qiymətli sortunun eramızdan əvvəl Qədim Yunanıstanın Karfagen vilayətində becərildiyi deyilir. Narın mövcudluğu tarixin ən qədim dövrlərinə aid arxeoloji tapıntılarda da öz təsdiqini tapır. Məsələn,  qədim Misir fironu Tutanhamonun məzarından tapılmış narşəkilli gümüş qab buna sübutdur. Qədim dövrlərdə dini mərasimlərdə, evlərdə və dəfnlərdə metal və fil sümüyündən nar şəklində hazırlanmış qablardan istifadə edilməsi də xüsusi diqqət çəkir.

Qədim misirlilər narın dünyanın ilk meyvəsi olduğuna inanırdılar. Hətta Adəmlə Həvvanın cənnətdən qovulmasına səbəb olan meyvənin alma deyil, nar olduğunu iddia edənlər var. Nar təsvirlərinə Misir piramidalarında, qədim Bizans və qədim yunanların ornamentlərində də rast gəlinib. Qədim Misirdə savaşdan əvvəl döyüşçülər nar yeməli idilər. Bu meyvə ilə onlar daha güclü və yenilməz olacaqlarına inanırdılar. Misirlilər narı müqəddəs saymış, onu həyat ağacı adlandırmış və yeni həyat yarada biləcəyinə inandıqları üçün, demək olar ki, hər kəsi bu meyvə ilə basdırmışlar. Misir fironu Hatşepsutun məzarında (e.ə. 1470) çoxlu sayda nar tapılmışdı.

Antik dövrün məşhur tarixçisi Herodot qeyd edir ki, Yunan-Fars müharibələri zamanı fars əsgərləri uclarında gümüş və qızıl nar olan nizələr gəzdirirdilər. Qədim dünyada gündəlik həyat üçün böyük əhəmiyyət kəsb edən nar müxtəlif əsərlərdə də ilhamverici simvol kimi qeyd edilib. Anadolunun ən qədim sivilizasiyalarından olan hetlər əkinçilik tanrısını buğda və narla birgə təsvir edirdilər. Het dilində “nurmu” və ya “nurma” sözləri nar mənasını verir. Het tanrıları qadınlıq və gözəllik simvolu kimi tez-tez əllərində güzgü tuturdular. Narları başqa tanrıların əlində də görmək olardı. Türkiyədə eramızdan əvvəl XVI əsrə aid olan Uluburun gəmisində çoxlu sayda narın tapılması onun o dövrdə Aralıq dənizində ticarət məqsədilə istifadə edildiyini göstərir.

Nar tarix boyu insanların ən sevimli meyvəsi olub. Rəvayətə görə, narın bitdiyi ağacı ilk dəfə sevgi ilahəsi Afrodita əkib. Buna görə nar suyuna çox vaxt “sevgi eleksiri” də deyirlər.

Həm mifologiyada, həm də səmavi dinlərdə yer alan nar bir çox cəmiyyətlərdə müqəddəs sayılıb. “Quran”da narın adı iki dəfə çəkilir. Onun adı bir dəfə cənnət meyvəsi kimi, ikinci dəfə isə nifrət və qəzəbə qarşı dərman kimi istifadə üçün tövsiyə edilir. Lakin “Bibliya”da nara münasibət fərqlidir. Belə bir nəzəriyyə var ki, ilan Həvvanı alma ilə yox, narla sınayıb.

Nar dini bəzək işlərində də tez-tez istifadə olunan motivlərdən olub. Ayinlərdə, xalq ədəbiyyatında, nağıl və dastanlarda tez-tez adı çəkilən nar müxtəlif ideologiyalarda əfsanəvi meyvə kimi təsvir edilib.

Azərbaycanda da narın qədim tarixi var. Nar Azərbaycanın, demək olar ki, bütün regionlarında yetişdirilib. Narın şəfa mənbəyi, məhsuldarlıq və həyat nişanəsi sayılması, nəsil-soy artıran meyvə kimi müqəddəs hesab olunması və ona sitayiş edilməsi bütün türk xalqlarının, o cümlədən Azərbaycan əhalisinin həyat və məişətində, folklorunda, mifik görüşlərində də öz əksini tapıb. Əsatir və əfsanələrimizdə, eləcə də nağıllarımızda, dastanlarımızda narın dirilik, artım və bolluq rəmzi olmasına dair istənilən qədər nümunələr var. Müxtəlif dövrlərdə vətənimizdə olmuş tacirlər, səyyahlar və diplomatlar öz xatirələrində və əsərlərində Azərbaycanda sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktlar qeyd ediblər. İngilis səyyahı tacir Antoni Jenkinson (XVI əsr) qeyd edirdi ki, Azərbaycan naxışlarının ən çox sevilən motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, nar, heyva, alça çiçəkləri, eləcə də müxtəlif formalı sünbül və yarpaqlardır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13-ü işıqlandıran xarici media nümayəndələri Şamaxıya səfər ediblər 

18:16
21 May

İordaniya mətbuatı WUF13 barədə yazıb  

18:08
21 May

Zelenski Xerson vilayətinin işğal altında olan hissəsində FTX qərargahına zərbə endirildiyini təsdiqləyib  

18:01
21 May

Dünya Bankı ilə dövlət maliyyəsinin idarə olunması və nəticəəsaslı büdcə mexanizmləri üzrə əməkdaşlıq müzakirə olunub

17:57
21 May

Mərkəz rəhbəri: Beynəlxalq davamlılıq dəyərləri ilə Azərbaycanda yerli peşəkar təcrübə arasında körpü yaratmağa çalışırıq  

17:51
21 May

FAO-nun regional seminarında Azərbaycanda narçılıq sektorunun inkişafı barədə məlumat verilib  

17:47
21 May

Növbəti panel sessiya: Erkən uşaqlıq dövrü üçün ictimai məkanlar  

17:41
21 May

Bu gecə Bakı və və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq - XƏBƏRDARLIQ

17:35
21 May

Azərbaycan Premyer Liqasında yeni mövsümün start tarixi məlum olub  

17:33
21 May

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:32
21 May

WUF13: “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda PANEL  

17:31
21 May

Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb  

17:29
21 May

Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə minimal tariflər açıqlanıb  

17:26
21 May

Nazir: “Yaşanıla bilən Bakı” layihəsi şəhərdə ekoloji mühitin yaxşılaşdırılması baxımından strateji əhəmiyyətə malikdir  

17:21
21 May

“AzerGold” sədri ilə Esvatini Kralı arasında görüş baş tutub

17:19
21 May

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

17:15
21 May

Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

17:13
21 May

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq güclənir

17:10
21 May

İspaniyalı ekspert: Urbanizasiyaya sürətli keçid lokal təşəbbüsləri aktual edir

17:07
21 May

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

16:57
21 May

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

16:54
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!