21 May 2026 17:57
138
İQTİSADİYYAT
A- A+
Dünya Bankı ilə dövlət maliyyəsinin idarə olunması və nəticəəsaslı büdcə mexanizmləri üzrə əməkdaşlıq müzakirə olunub

Dünya Bankı ilə dövlət maliyyəsinin idarə olunması və nəticəəsaslı büdcə mexanizmləri üzrə əməkdaşlıq müzakirə olunub

Mayın 21-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Dövlət sektoru üzrə baş mütəxəssisi xanım Fabienne Mroçkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Dünya Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin – SECO-nun birgə dəstəklədiyi “Azərbaycanda ortamüddətli xərclər çərçivəsi potensialının gücləndirilməsi proqramı”nın icrası, proqramın yekun nəticələri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Anar Kərimov Azərbaycan ilə Dünya Bankı arasında dövlət maliyyəsinin idarə olunması sahəsində formalaşmış uzunmüddətli və səmərəli əməkdaşlığın fiskal intizamın gücləndirilməsi, strateji büdcə planlaşdırılması və nəticəyönlü idarəetmə mexanizmlərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, həyata keçirilən proqram çərçivəsində ölkədə ortamüddətli fiskal çərçivənin möhkəmləndirilməsi, strateji büdcə təcrübələrinin təkmilləşdirilməsi və proqraməsaslı büdcə yanaşmasına keçidin sürətləndirilməsi istiqamətində mühüm nəticələr əldə edilib.

Görüşdə dövlət maliyyəsinin idarə olunması sahəsində rəqəmsallaşma və rəqəmsal transformasiya istiqamətində Dünya Bankı ilə həyata keçirilən əməkdaşlıq çərçivəsində görülən işlər də diqqət mərkəzində olub. Bu çərçivədə dövlət maliyyəsinin idarə olunması üzrə rəqəmsal ekosistemin təhlili, modernləşdirilməsi və müasir informasiya sistemlərinin tətbiqi istiqamətində həyata keçirilən əsas tədbirlər qeyd olunub.

Öz növbəsində, xanım Fabienne Mroczka Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, həyata keçirilən islahatların dövlət maliyyə idarəetmə sisteminin müasirləşdirilməsi, nəticəəsaslı büdcə mexanizmlərinin genişləndirilməsi və institusional potensialın gücləndirilməsi baxımından mühüm rol oynadığını bildirib.

Görüş zamanı, həmçinin səhiyyə, gənclər və idman, mədəniyyət və media sektorlarında proqram və nəticəəsaslı büdcə mexanizmlərinin tətbiqi, aidiyyəti dövlət qurumlarının nümayəndələri üçün növbəti təlimlərin təşkili və həmin sahələrin proqram əsaslı büdcəyə keçid prosesi nəzərdən keçirilib. Bununla yanaşı, proqram və nəticəəsaslı büdcə proseslərinin daha da institusionallaşdırılması, monitorinq və qiymətləndirmə sistemlərinin gücləndirilməsi, fiskal risklərin idarə olunması, rəqəmsal transformasiya və analitik proqnozlaşdırma imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UN-Habitat: Dayanıqlı və aşağıkarbonlu şəhər inkişafında mənzil və iqlim siyasətlərinin inteqrasiyası vacibdir - YENİLƏNİB  

19:10
21 May

ADA Universitetinin professoru Silja Tillner WUF13-də Vyana təcrübəsindən danışıb

19:09
21 May

BMT: Ötən il münaqişə zonalarında hər 14 dəqiqədə 1 mülki şəxs həlak olub  

19:07
21 May

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası olub 

19:05
21 May

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib

19:04
21 May

WUF13 çərçivəsində “Boston Consulting Group”un qlobal şəhərlər reytinqinin yeni nəşri təqdim edilib - YENİLƏNİB  

19:01
21 May

WUF13 çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya baş tutub - YENİLƏNİB  

18:51
21 May

Ümumdünya Şəhərsalma Forumunda məcburi köçkünlərin şəhər mühitinə inteqrasiyası yolları araşdırılıb  

18:50
21 May

Boriy Alixanov: WUF13 dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynayır  

18:49
21 May

Mənzil təminatında əlçatanlıq problemi çox vaxt tələb-təklif müstəvisində nəzərdən keçirilib  

18:48
21 May

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:46
21 May

Şəhərlərin dirçəlişi və mədəni irs: WUF13-də “Secure” modeli müzakirə olunub - YENİLƏNİB 

18:24
21 May

Səfir: WUF13 ölkələrimiz üçün fundamental əhəmiyyət kəsb edir  

18:19
21 May

WUF13-ü işıqlandıran xarici media nümayəndələri Şamaxıya səfər ediblər 

18:16
21 May

İordaniya mətbuatı WUF13 barədə yazıb  

18:08
21 May

Zelenski Xerson vilayətinin işğal altında olan hissəsində FTX qərargahına zərbə endirildiyini təsdiqləyib  

18:01
21 May

Dünya Bankı ilə dövlət maliyyəsinin idarə olunması və nəticəəsaslı büdcə mexanizmləri üzrə əməkdaşlıq müzakirə olunub

17:57
21 May

Mərkəz rəhbəri: Beynəlxalq davamlılıq dəyərləri ilə Azərbaycanda yerli peşəkar təcrübə arasında körpü yaratmağa çalışırıq  

17:51
21 May

FAO-nun regional seminarında Azərbaycanda narçılıq sektorunun inkişafı barədə məlumat verilib  

17:47
21 May

Növbəti panel sessiya: Erkən uşaqlıq dövrü üçün ictimai məkanlar  

17:41
21 May

Bu gecə Bakı və və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq - XƏBƏRDARLIQ

17:35
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!