20 May 2026 08:10
143
SİYASƏT
A- A+
Azərbaycan WUF13-lə yenidən dünyanın mərkəzinə çevrilib 

Azərbaycan WUF13-lə yenidən dünyanın mərkəzinə çevrilib 


Bakı bu günlərdə şəhərlərin gələcəyini müzakirə edən minlərlə mütəxəssis üçün ümid və inkişaf mayakı rolunda çıxış edir


Son illər Azərbaycan beynəlxalq aləmdə təkcə regionun deyil, dünyanın əsas siyasi və mədəni görüş yerlərindən biri kimi özünü təsdiqləyib. 

Bu gün Bakı, sadəcə, bölgənin aparıcı şəhəri deyil, həm də bəşəriyyətin gələcək inkişaf yollarının müzakirə edildiyi mühüm  mərkəzdir. Azərbaycanın COP29 iqlim sammitində göstərdiyi yüksək təşkilatçılıq və əldə etdiyi tarixi uğurlar ölkəmizə olan beynəlxalq inamı ən yüksək səviyyəyə qaldırıb. Məhz bu böyük etimadın nəticəsidir ki, dünyanın şəhərsalma üzrə ən böyük platformalarından olan Ümumdünya Şəhərsalma Forumu (WUF13) Bakıda keçirilir. COP29-un uğurlarından dərhal sonra belə nəhəng bir forumun ölkəmizə həvalə edilməsi Azərbaycanın dünyada etibarlı tərəfdaş və qlobal lider imicini bir daha sübut edir.


Beynəlxalq diqqət


Mayın 18-də açılışı olan WUF13 miqyasına görə şəhərsalma tarixində yeni bir səhifə açdı. Prezident İlham Əliyevin tədbirin açılış mərasimində bildirdiyi kimi, forum qeydiyyatdan keçmiş iştirakçıların sayına görə mütləq rekord müəyyən edib. Belə ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak üçün 182 ölkədən 45 mindən artıq iştirakçı qeydə alınıb. 

Bu rəqəmlər həm foruma olan qlobal marağı, həm də Azərbaycanın beynəlxalq platforma kimi cəlbediciliyini nümayiş etdirir. Belə ki, indiyədək heç bir sessiya Bakıdakı qədər geniş və müxtəlif auditoriyanı bir araya gətirməyib.

Prezident İlham Əliyevin uzaqgörən və milli maraqlara söykənən rəhbərliyi sayəsində regionun aparıcı dövlətinə çevrilən Azərbaycan həm də qlobal miqyasda sülhün, multikulturalizmin və dayanıqlı inkişafın əsas strateji mərkəzlərindən biri kimi qəbul edilir. Rəsmi Bakı Cənubi Qafqazda başlatdığı sülh erası ilə həm də ədalətə və beynəlxalq hüquqa söykənən yeni dünya nizamının formalaşmasına əhəmiyyətli töhfələr verir. Bakı hazırda beynəlxalq siyasətin formalaşdırıldığı və strateji qərarların qəbul olunduğu qlobal paytaxt rolunu oynayır. Bu mənada COP29 və WUF13 kimi qlobal miqyaslı tədbirlərin bu memarlıq incisi olan şəhərdə keçirilməsi təsadüfi deyil. 

Azərbaycanın coğrafi yerləşməsi onun memarlıq simasında da dərin izlər qoyub. Dövlətimizin başçısının sərəncamı ilə ölkədə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi respublikamızın bu sahəyə verdiyi strateji önəmin sübutudur. Bakı həm qədimliyi, həm də müasirliyi özündə birləşdirən nadir paytaxtlardandır. Bu gün Bakı küçələrində gəzən hər bir qonaq Şərq və Qərb mədəniyyətinin harmoniyasını, sürətli urbanizasiya ilə tarixi irsin qorunması arasındakı balansı öz gözləri ilə görür. Eləcə də digər Azərbaycan şəhərləri özünəməxsus memarlığı ilə seçilir. 

Ölkəmizin rəhbəri forumun açılışında bu məqamı belə diqqətə çatdırıb: "Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər".

Azərbaycanın bu miqyasda tədbirə layiqli evsahibliyi UN-Habitat rəhbərliyi tərəfindən də təqdir olunur. WUF13-ün açılış mərasimində UN-Habitat Assambleyasının prezidenti Nqa Kor Minq vurğulayıb: "Mən böyük şərəf hissi ilə tarixi Bakı şəhərində sizin qarşınızda dayanmışam. Burada - qədim İpək yolunun üzərində və Xəzər dənizinin sahilində yerləşən şəhərdə sizin qarşınızda çıxış edirəm. Mən ən səmimi salamlarımı Azərbaycan hökumətinə və Azərbaycan xalqına çatdırıram. Bizə göstərilmiş səmimi qonaqpərvərliyə və bu tədbirin keçirilməsinə görə təşəkkürümü bildirirəm".


Daha yaşıl, davamlı və inklüziv şəhərlərin yol xəritəsi 


WUF13 həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından vacib platformadır. O cümlədən dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi misilsiz quruculuq işlərini dünyaya təqdim etmək üçün mühüm fürsətdir.

Torpaqlarımızın azadlığından ötən qısa müddət ərzində bu ərazilərdə 70 kilometr  uzunluğunda tunellər, 435 körpü, 3 beynəlxalq hava limanı və müasir dəmir yolları inşa edilib. 85 mindən çox keçmiş məcburi köçkün artıq öz doğma yurdlarına qayıdıb ki, bu da hökumətin sosial və iqtisadi siyasətinin mərkəzində insanların rifahının yüksəldilməsinin dayandığını göstərir.

 Prezident İlham Əliyev WUF13-ün açılışındakı çıxışında 30 illik işğalın fəsadlarını və bugünkü intibahı müqayisəli şəkildə diqqətə çatdırıb: "İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı "Qafqazın Xirosiması" adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır".

Prezident əlavə edib ki, hazırda "Böyük qayıdış" proqramı uğurla həyata keçirilir. WUF13-ün uğuru həm də COP29-da əldə edilən nailiyyətlərin məntiqi davamıdır. 2024-cü ildə 196 ölkədən 70 mindən çox iştirakçının toplandığı Bakı dünyanın ekoloji gələcəyinin müəyyənləşdiyi mərkəzə çevrildi. İşinə başladığı ilk gündən COP29 iqlim dəyişmələrinin yaratdığı fəsadlardan qurtulmaq üçün gerçək həll yollarının təklif edildiyi platforma oldu.

Qlobal tədbirdə əldə edilən tarixi "Bakı razılaşmaları", iqlim maliyyəsi sahəsində ildə ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması öhdəliyi Azərbaycanı bəşəri problemlərin həllində vacib aktor kimi tanıdır. COP29 həm də Azərbaycanın "yaşıl enerji" gündəliyinin dünya tərəfindən qəbul edildiyini və ölkəmizin bəşəri problemlərin həllində etibarlı tərəfdaş olduğunu göstərdi.

Ümumdünya Şəhərsalma Forumu da ekoloji gündəliyə sadiq qalaraq şəhərlərin daha yaşıl, davamlı və inklüziv olması üçün yeni yol xəritələri təklif edir.

WUF13-ün açılışındakı nitqində Azərbaycan Prezidenti də vurğulayıb ki, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. 

WUF13 sessiyası bir daha təsdiq edir ki, Azərbaycan təkcə tədbir keçirən ölkə deyil, həm də bəşəriyyəti narahat edən problemlərə innovativ həllər təklif edən strateji tərəfdaşdır.

Bakı bu günlərdə şəhərlərin gələcəyini müzakirə edən minlərlə mütəxəssis üçün ümid və inkişaf mayakına çevrilib. Bu forumun nəticələri şəhərsalmada yeni standartlar müəyyən edəcək və Azərbaycanın qlobal idarəçilikdəki çəkisini daha da artıracaq.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sərvətdən sənətə

08:40
20 May

Dünyanın şəhərsalma gündəliyi Bakıda müzakirə olunur

08:35
20 May

Qədim şəhərsalma ənənələrindən müasir urbanizasiyaya

08:30
20 May

Azərbaycan təcrübəsini bölüşməyə hazırdır

08:27
20 May

Azərbaycanın formalaşdırdığı nümunəvi və unikal təcrübə

08:25
20 May

Azərbaycanın WUF13-ü yüksək səviyyədə təşkil etməsi alqışa layiqdir

08:20
20 May

Prezident İlham Əliyev Azərbaycanın universal həll modellərini təqdim etdi

08:15
20 May

Azərbaycan WUF13-lə yenidən dünyanın mərkəzinə çevrilib 

08:10
20 May

Tarixini qoruyan, gələcəyini quran Azərbaycan

08:05
20 May

Azərbaycanın inkişaf və quruculuq modeli dünya üçün örnəkdir

08:00
20 May

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

01:54
20 May

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb  

00:22
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!