30 İyul 2016 12:07
543
İDMAN
A- A+
Dünyanın ən möhtəşəm və qədim idman festivalı

Dünyanın ən möhtəşəm və qədim idman festivalı

 

Qədim Yunanıstanda hələ 28 əsr bundan əvvəl kimin daha güclü, çevik və cəld olduğunu aşkara çıxarmaq üçün atletlərin yarışı keçirilirdi. Elə bu səbəbdən ən böyük və məşhur idman yarışları Olimpiya şəhərində təşkil olunduğu üçün bu oyunlar Olimpiya Oyunları adlanırdı. Yunanıstanda bu ən böyük bayram hesab olunurdu və hər 4 ildən bir (1417 gün) keçirilirdi.

Qədim Olimpiya Oyunlarının yaranmasından söz açarkən vurğulamaq lazımdır ki, o dövrdə bu, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı. Burada stadion, teatr və məbəd müqəddəs yer sayılırdı. İki şəhərdə Olimpiya və Delfidə hər dörd ildən bir xoşməramlı oyunlar keçirilirdi.
Olimpiya Oyunlarının yaranma tarixi ilə bağlı bugünümüzə qədər gəlib çıxmış bir sıra rəvayətlər mövcuddur. Belələrindən birində qeyd olunur ki, Olimpiya Oyunları ilk dəfə eramızdan əvvəl 776-cı ildə qədim Yunanıstanda Olimpiya şəhərində Zevsin şərəfinə keçirilməyə başlandı. Olimpiada beş gün ərzində keçirilir - 1-ci və 5-ci günlər təntənəli mərasimlərə, qalan günlər isə idman yarışlarına həsr edilirdi. Digər rəvayətə görə, Ellada hökmdarı İfıt Sparta hökmdarı Likurqla müqavilə bağlayır və bu şərəfə dostluq bayramı keçirməyi qərara alırlar. Müəyyən müddət keçdikdən sonra Ellada torpağında bütün hərbi əməliyyatlar dayandırılır. Oyunların keçirilməsi mərasimi əmək, məişət və sülh rəmzinə çevrilir.
Klassik dövr (e.ə. V-IV əsrlər) Olimpiya Oyunlarının proqramına ikitəkərli arabalarda yürüş, yumruq döyüşü, beşnövçülük (qaçmaq, nizə və disk tullamaq, uzununa tullanmaq, güləşmə), həmçinin incəsənət müsabiqələri və s. daxil idi.
Lakin müasir Olimpiya Oyunlarının tarixin sınağından keçərək bugünkü günə gəlib çıxmasında ən böyük rol fransız pedaqoq Baron Pyer de Kubertenə məxsusdur. Tarixi araşdırmalarda yer alan mənbələrə əsasən, o, bu zaman Olimpiya ideyalarını dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana dəxli olmayan digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı idman mübarizəsinin simvolu kimi qəbul etmişdir. Bir faktı da unutmamaq lazımdır ki, Kubertenə qədər Olimpiya Oyunlarının bərpası ilə məşğul olanlar arasında İtaliyanın görkəmli dövlət xadimi Mateo Palmiyer də olmuşdur. O, hələ intibah dövründə antik Olimpiya Oyunlarının bərpası ilə məşğul olmuşdur. Sonrakı cəhdlər isə ingilis alimləri Robero Dovero və Jilberta Vestan (1703-cü və 1756-cı illər) tərəfindən edilmişdir. Hətta J.Vesta özünün doktorluq dissertasiyasını bu mövzuya həsr etmişdir.

26 əsrlik fasilədən sonra yenidən Elladada

 

Müasir Olimpiya Oyunlarının yaranması ilə bağlı ən uğurlu təşəbbüs XIX əsrin axırlarında qeydə alınır. Belə ki, fransızlar gənclərin fiziki tərbiyəsi təcrübəsinin öyrənilməsini qərara alırlar. Məhz bu işi 1889-cu ildə P.Kubertenə tapşırırlar. O, bütün ölkələri gəzir, universitetlərdə, kolleclərdə, liseylərdə olur və xarici ölkələrdəki həmkarlarına məktublar yazır. O, əsasən, yunanların 1859-1889-cu illərdə keçirdikləri oyunları dərindən öyrənir. 1892-ci il noyabrın 25-də Fransaya qayıdaraq Sorbon Universitetində özünün məşhur “Olimpiya renessans” adlı mühazirəsini oxuyur. Yalnız bundan sonra XIX əsrin sonunda müasir Olimpiya hərəkatı salnaməsinə ilk sətirlər yazıldı. Bir çox ölkələrdə idman təşkilatları və klublar, beynəlxalq idman birlikləri yaradılması Fransanın ictimai xadimi Pyer de Kubertenə Olimpiya Oyunlarını bərpa etmək ideyasını həyata keçirməyə imkan yaratdı.
1894-cü ilin iyun ayında Sorbon Universitetinin akt salonunda Pyer de Kuberten 13 ölkənin 79 nümayəndəsi qarşısında Olimpiya Oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsi (BOK) yaradılması layihəsi ilə çıxış etdi. Təsis Konqresi Kubertenin təklifini bəyəndi. Olimpiya hərəkatına rəhbərlik və oyunların təşkili üçün iyunun 23-də Beynəlxalq Olimpiya Komitəsi yaradıldı. Onun tərkibinə Konqresdə iştirak edən ölkələrin (13 ölkənin) nümayəndələrindən fransız, yunan, ingilis, rus, isveç, amerikan, ispan və macarlar BOK-un yaradılmasına səs verdilər.
Təsis Konqresi Kubertenin Olimpiya Oyunlarının əsas prinsiplərini, qayda və müddəalarının xartiyasını bəyəndi. Konqres Olimpiya Oyunlarını antik ənənələr üzrə - dörd ildə bir dəfə keçirməyi qərara aldı.
Qəbul edilmiş qərardan sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ildə Parisdə keçirməyi təklif etdi. Hamı buna səs verdi. Lakin Yunanıstan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadanı altı il gözləməyərək ilk oyunları 1896-cı ildə keçirməyi təklif etdi: “Qoy Paris oyunları 1900-cü ildə keçirsin. Məgər ellinlər torpağı, antik olimpiadalar beşiyi Olimpiya Oyunlarını bundan dörd il əvvəl keçirməyə layiq deyildirmi?” Bu çıxışdan sonra təklif qəbul olundu. BOK-un ilk prezidenti D.Vikelas, baş katib isə baron Pyer de Kuberten seçildi (O, həm də 1896-cı ildən 1925-ci ilədək Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olmuşdur).
Beləliklə, Birinci Olimpiya Xartiyası təsdiq olundu və Olimpiya Oyunlarının müddəti və keçirilmə yeri müəyyən edildi. İlk Olimpiya Oyunları 1896-cı ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirildi.

Olimpiya məşəli

Olimpiya Oyunlarında qaldırılan bayraqla yanaşı, açılış günü stadionda yandırılan alov da yadda qalır. Ənənəyə görə, bu alov Yunanıstanın Afina şəhəri yaxınlığında yerləşən Olimpiya məbədindən götürülür. Bundan sonra xüsusi seçilən oğlan və qızlar bu məşəli Olimpiya Oyunları keçirilən şəhərə doğru qaça-qaça bir-birilərinə ötürərək irəliləyirlər. Son anda məşəl adlı-sanlı bir idmançıya verilir, o, stadiona daxil olub Olimpiya Oyunlarının məşəlini yandırır. Bu məşəl yarışların açılışından bağlanışına qədər yanır.
İlk Olimpiya Oyunları zamanı stadionda məşəli əsasən kişi idmançı yandırırdı. Qadın idmançılar arasında ilk dəfə bu şərəfə 1968-ci ildə Mexikoda keçirilən olimpiadada meksikalı Enriketta Basilio Sotelo layiq görülmüşdür. Maraqlıdır ki, BOK rəhbərliyi məşəli əlində tutan idmançını seçəndə əsasən onun ad-sanına, qazandığı uğurlara və yaraşıqlı olmasına fikir verir. Ancaq 1958-ci ildə Melburn Olimpiadasında məşəli 18 yaşlı, heç kimin tanımadığı avstraliyalı Ronald Klark yandırmışdı. Səkkiz il sonra isə Tokioda məşəli yandırmaq hüququ Yaponiyanın Xirosima şəhərinə atom bombası düşən gün anadan olmuş İosinori Sakaiyə verilmişdi.

 

Olimpiya andı

 

“Bütün idmançılar adından mən Olimpiya Oyunlarında idman qanunlarına hörmət edib, əsl idman ruhunda və komandalarımızın uğurunu düşünərək çıxış edəcəyimə and içirəm!”. İlk dəfə 1920-ci ildə Antverpendə keçirilən olimpiadada yerli qılıncoynadan Viktor Buan bu andı söyləmişdi. Və həmin vaxtdan indiyədək Olimpiya Oyunlarında hər bir idmançı bu yarışların həmin qanunlarla keçiriləcəyinə and içir.
1968-ci ildə Meksikada keçirilən olimpiadada idmançılarla yanaşı, hakimlər də ilk dəfə and içmişdilər. Onun məzmunu belədir: “Hakimlərin adından mən olimpiya yarışlarının bitərəf keçiriləcəyinə və yarışların qanunlarına hörmət ediləcəyinə and içirəm”.
Onu da əlavə edək ki, Olimpiya Oyunlarını yarışların keçirildiyi ölkə Prezidenti açır və “Mən ... nömrəli olimpiadanı açıq elan edirəm” - deyə nitqini tamamlayır. Dördilliyin ən əsas yarışını Beynəlxalq Olimpiya Komitəsinin prezidenti bağlayır. 1952-ci il Helsinkidə keçirilən Olimpiya Oyunlarından sonra yeni bir ənənə yarandı. Yarış bağlı elan edilən kimi stadionda olan tabloda “Əlvida, Helsinki! Melburn bizi gözləyir!” sözləri yazıldı.

Olimpiya bayrağı

Hər bir Olimpiya Oyununun açılışı keçirilən stadionda havaya Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bayrağı qaldırılır. Ağ rəngli bu bayraqda dünyanın beş qitəsinin rəmzi rənglərində olan bir-birinə keçirilmiş dairələr təsvir olunmuşdur. İlk dəfə bu bayraq 1920-ci ildə Belçikanın Antverpen şəhərində keçirilən Olimpiya Oyunlarında qaldırılmışdır. Məhz o vaxtdan etibarən, ənənəyə görə, əvvəlki Olimpiya Oyunlarının keçirildiyi şəhərin nümayəndəsi bayrağı BOK prezidentinə təqdim edir.
Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri isə bayrağı yeni olimpiada keçiriləcək şəhərin merinə təhvil verir. Bu ənənə o vaxtdan indiyədək saxlanılmışdır. Onu da əlavə edək ki, yarışların açılışından sonuna qədər Olimpiya bayrağı stadionda dalğalanır. Olimpiya Oyunları başa çatandan sonra isə bayraq şəhərin merində dörd il ərzində saxlanılır. Məlumat üçün onu da qeyd edək ki, Olimpiya bayrağı ideyasını 1913-cü ildə BOK prezidenti Pyer de Kuberten vermişdir.

 

Olimpiadanın ən çox keçirildiyi ölkə

İlk yarışlar 1896-cı ildə Yunanıstanın Afina şəhərində keçirilmişdir. Burada 13 ölkənin 311 idmançısı medallar uğrunda mübarizə aparmışdır.İndiyədək sayca 29 Yay Olimpiya Oyunları keçirilmişdir. Məlumat üçün qeyd edək ki, Olimpiya Oyunlarının keçirilmədiyi hallarda da olimpiadaya nömrə verilir.
Braziliyanın Rio-de-Janeyro şəhəri tarixdə ilk dəfə Olimpiya Oyunlarına evsahibliyi edəcək. Yunanıstanın paytaxtı Afinada start götürmüş ilk Yay Olimpiya Oyunları 2004-cü ildə də eyniadlı şəhərdə keçirilmişdir. ABŞ isə 4 dəfə (1904-cü il Sent-Lüis, 1932 və 1984-cü illərdə Los-Anceles, 1996-cı il Atlanta) belə bir mötəbər turnirə evsahibliyi etmişdir. Böyük Britaniyanın paytaxtı London isə 3 dəfə (1908-ci, 1948-ci, 2012-ci illər) turnirin evsahibi olmuşdur. Almaniya (Berlin - 1936 və Münxen - 1972-ci il), Fransa (Paris, 1900 və 1924-cü il) və Avstraliya (Melburn - 1956, Sidney - 2000) hərəyə 2 dəfə, İsveç (Stokholm - 1912-ci il), Belçika (Antverpen - 1920), Hollandiya (Amsterdam - 1928), Finlandiya (Helsinki - 1952), İtaliya (Roma - 1960), Yaponiya (Tokio - 1964), Meksika (Mexiko - 1968), Kanada (Monreal - 1976), SSRİ (Moskva - 1980), Cənubi Koreya (Seul - 1988), İspaniya (Barselona - 1992) və Çin (Pekin - 2008) isə bir dəfə Yay Olimpiya Oyunlarını keçirmişlər.
Xatırladaq ki, 1916-cı, 1940-cı və 1944-cü illərdə Olimpiya Oyunları təşkil olunmamışdır. Bunların ən əsas səbəblərindən biri isə həmin illərin I və II dünya müharibələri dövrünə təsadüf etməsidir.

Olimpiya tarixinin ən yaşlı qalibləri

Planetin ən güclü idmançılarının yarışdığı Olimpiya Oyunları rekordları ilə də yadda qalmışdır. Çoxları hesab edir ki, burada ancaq gənclər iştirak edə və medal qazana bilərlər.
Lakin 1972-ci ildə Almaniyanın Münxen şəhərində keçirilən Olimpiya Oyunlarında iştirak edən ingiltərəli Xilda Lorna Consonun 70 yaşı olmuşdur. Bu yaşa baxmayaraq, Xilda atçılıq idmanının çıxışetmə növündə böyük məharət göstərmişdir.
Kişilər arasında ən yaşlı Olimpiya iştirakçısı isə isveçli Oskar Svan olmuşdur. O, 1920-ci ildə Stokholmda keçirilən Yay Olimpiadasında 73 yaşında güllə atıcılığı proqramında iştirak etmişdir. Maraqlıdır ki, Oskar Svan dörd il sonra Parisdə keçirilən Olimpiya Oyunlarına hazırlaşırmış, ancaq səhhətində yaranmış problemə görə çıxış edə bilmir. Qeyd edək ki, Svan həmçinin Olimpiya Oyunlarının tarixində ən yaşlı qalib adına malikdir. O, 1908-ci ildə 61 yaşında iki qızıl medal qazanmışdır.
Olimpiya tarixinə Norveç gəmisürəni (yaxtsmen) Maqnus Konovun adı qızıl hərflərlə daxil omuşdur. Belə ki, o, 40 il ərzində - 1908-ci, 1912-ci, 1920-ci, 1936-cı və 1948-ci illərdə keçirilən beş Olimpiya Oyununda iştirak etmiş, iki qızıl və bir gümüş medal qazanmışdır.

Elçin CƏFƏROV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!