08 Oktyabr 2026 18:03
175
DÜNYA
A- A+
Dünyanın ən böyük pinqvin koloniyası yox olmaq üzrədir  

Dünyanın ən böyük pinqvin koloniyası yox olmaq üzrədir  

Araşdırmalara görə, dünyanın ən böyük pinqvin koloniyası 2011-ci ildən bəri üçdə iki nisbətində azalıb. Buna səbəb isə iqlim böhranıdır.

Alimlər bildiriblər ki, Antarktidadakı Cənubi Sandviç adalarının ən şimal nöqtəsi olan Zavodovski adasında "çinstrap"(çənəaltı zolaqlı) pinqvinlərin sayının sürətlə azalması daha genişmiqyaslı ekosistem çökməsi riskini artırıb. 

Britaniya Antarktika Tədqiqatları Mərkəzinin pinqvin ekoloqu və tədqiqatın rəhbəri professor Norman Ratklif bildirib ki, bu hal həmin adada yarım milyon çoxalma qabiliyyətinə malik pinqvinin itirilməsinə bərabər olan nəhəng populyasiya çöküşüdür.

"Current Biology" jurnalında dərc olunan yeni tədqiqat göstərir ki, populyasiyanın azalma sürəti o qədər kəskin şəkildə arta bilər ki, bu quş növünün "nəsli kəsilmək təhlükəsi altında olan növlər" siyahısına daxil edilməsi tələb oluna bilər.

2011-ci ildə aparılan sayım zamanı Zavodovski adası təxminən 600 min "çinstrap" və 90 min “makaron” pinqvini ilə dünyanın ən böyük pinqvin koloniyasına evsahibliyi edirdi. Həmin dövrdən 2025-ci ilə qədər müşahidə olunan azalma nəzərə alındıqda, ada bu statusunu itirmək üzrədir.

Alimlər bunun ən ehtimal olunan səbəbinin iqlim dəyişikliyi olduğunu düşünürlər. Antropogen təsirlər nəticəsində baş verən istiləşmə Antarktida yarımadası və onun ətrafındakı qış temperaturlarını sənayeləşmədən əvvəlki səviyyədən 5°C yuxarı qaldırıb ki, bu da dünyada müşahidə olunan ən sürətli artımlardan biridir. İyunun 6-da Triniti yarımadasındakı Argentina bazası olan "Esperanza"da qış dövrü üçün rekord hədd 15,4°C temperatur qeydə alınıb. Bu, ilin həmin vaxtı üçün normal göstəricidən təxminən 20°C yüksəkdir və alimlər bu fərqi "tamamilə ağlasığmaz" kimi qiymətləndiriblər.

Qeyd olunub ki, bununla yanaşı “makaron” pinqvinlərinin sayı 30% artıb. Amma  bu, "çinstrap" itkisini kompensasiya etmək üçün kifayət deyil. Alimlər azalmanın digər bir neçə mümkün səbəbini istisna edirlər. “Çinstrap” və “makaron” pinqvinləri arasında qida uğrunda rəqabət və  vulkanik mənşəli adada 2016-cı ildə baş verən güclü püskürmə nəticəsində populyasiyanın qəfil azalması ilə bağlı iddialar olsa da, bu nəzəriyyələr təsdiqini tapmayıb. 


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Başqalarına kömək etmək beyni cavanlaşdırır   

18:49
08 Oktyabr

Beyin fəaliyyətini izləyən qulaqlıq  

18:07
08 Oktyabr

Dünyanın ən böyük pinqvin koloniyası yox olmaq üzrədir  

18:03
08 Oktyabr

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır

18:01
08 Oktyabr

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub  

17:57
08 Oktyabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib  

17:46
08 Oktyabr

Dünya səyyahları Xankəndiyə gəliblər 

17:37
08 Oktyabr

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

17:21
08 Oktyabr

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb  

17:08
08 Oktyabr

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi  

17:05
08 Oktyabr

ÜST-dən uşaqlarda piylənmə ilə bağlı həyəcan təbili  

16:49
08 Oktyabr

İki qardaş xalqın Xəzərdən keçən yolu  

16:44
08 Oktyabr

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb  

16:37
08 Oktyabr

Azərbaycanın bərqərar etdiyi sabitlik  

16:34
08 Oktyabr

Səyyar ASAN xidmət İsmayıllıda  

16:23
08 Oktyabr

İtkin talelər, gecikən beynəlxalq ədalət   

16:13
08 Oktyabr

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər  

16:10
08 Oktyabr

“ChatGPT” daha vizual olur: “OpenAI” yeni funksiyanı təqdim edib  

16:04
08 Oktyabr

Milli təhlükəsizlik konsepsiyasında hərbi güc amili   

15:51
08 Oktyabr

Avropanın kosmos hədəfləri müzakirə olunub  

15:47
08 Oktyabr

 Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq  

15:44
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!