16 Aprel 2025 09:10
545
Mədəniyyət
A- A+
Dövrünün Şərq ulduzu

Dövrünün Şərq ulduzu


Atatürk Mərkəzində "Nəriman Nərimanov: şəxsiyyət və zaman" adlı tədbir keçirilib


Atatürk Mərkəzində yazıçı, dramaturq, publisist, həkim, maarifçi, pedaqoq, filosof, ictimai və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 155 illiyi münasibətilə tədbir keçirilib. 

Nəriman Nərimanovun xatirə muzeyi və "Borçalı cəmiyyəti" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Nəriman Nərimanov: şəxsiyyət və zaman" adlı tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova Nəriman Nərimanovun həyat və fəaliyyətindən söz açdı. Tarixçi alim vurğuladı ki, N.Nərimanov ömrünün böyük hissəsini qəlbən inandığı xalq işi uğrunda mübarizəyə həsr edib: "O, xalqın taleyini müqəddəs amal kimi görürdü. Milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü məsələlərdə xalqımızın mənafeyini sonadək müdafiə edib. Elmin, maarifin və mədəniyyətin inkişafı üçün əlindən gələni əsirgəməyib. Eyni zamanda dövrünün milli məfkurə daşıyıcılarına ehtiram və qayğı ilə yanaşıb". Ədibin ömür yoluna diqqət yetirən natiq xüsusi olarq qeyd etdi ki, N.Nərimanovun amal dünyası əməl coğrafiyasından böyük olmuşdur: "Bu coğrafiyada Azərbaycanı Şərq üçün nümunəvi respublikaya çevirmək istəyən N.Nərimanov prosesin "sinfi qırğınlar", vətəndaş müharibəsi, silahlı mübarizə yolu ilə deyil, yerli əhalinin milli-tarixi təfəkkürünü, sosial-məişət ənənəsini, mənəvi tələbatını, psixologiyasını nəzərə almaqla, siyasi mübarizə vasitəsi ilə həyata keçirilməsini qəbul edirdi". 

N.Nərimanovun Azərbaycanda sovet hakimiyyəti qurularkən baş verən haqsızlıqlara qarşı mübarizə ilə başlanan fəaliyyəti xalqımızın düşmənləri tərəfindən "milli təmamülçülük", "millətçilik" siyasəti, sonralar isə "nərimanovçuluq" adlandırılmışdır. Amma o, xalqın milli-mədəni tərəqqisinə, din problemlərinə, Azərbaycan dilinə dövlət statusu verilməsinə, milli ziyalılara və təhsilə xüsusi diqqət yetirmiş, bütün bunlara milli dövlət quruculuğunun tərkib hissəsi kimi baxmış, milli adət-ənənələri qorumuş, elm, maarif və mədəniyyətin inkişafına qayğı göstərmişdir. Təəssüf ki, onun bu fəaliyyəti birmənalı qarşılanmamış, əleyhinə geniş kampaniya aparılmışdır. 

N.Nərimanov fəaliyyətə başlayarkən Azərbaycan artıq İrəvan və Dərbənd ərazilərini itirmiş, Zaqatala, Zəngəzur, Naxçıvan, Qarabağ və Bakının taleyi mürəkkəb olaraq qalmışdır. Yalnız onun qətiyyəti sayəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılmış, Bakı Azərbaycanın paytaxtı kimi tanınmışdır. Nəriman Nərimanov Naxçıvanın Azərbaycandan təcrid olunmaması üçün Meğridən yol almaqdan ötrü ardıcıl mübarizə aparmış, Zəngəzurun isə Azərbaycandan ayrılmasının qarşısını ala bilməmişdir. 

Tarixçi alim qeyd etdi ki, N.Nərimanovdan danışarkən onun fəıaliyyətinin hər bir sahəsinə xüsusi diqqət yönəltmək lazımdır. "N.Nərimanov Azərbaycan nümayəndəsinin bilavasitə iştirakı olmadan mərkəzdə Azərbaycana aid heç bir məsələnin müzakirə edilməməsini, mərkəzi strukturlarda Azərbaycanın tam səlahiyyətli nümayəndələrlə təmsil olunmasını, neft istehsalına və satışına Azərbaycan hökumətinin nəzarətinin artırılmasını tələb edirdi. Milli Ordunun, aviasiyanın, nəqliyyat sisteminin yaradılmasına diqqət yetirmiş, Bakı-Culfa dəmiryolunun, Bakı-Tiflis-Batum neft kəmərinin çəkilməsinin başa çatdırılmasına nail olmuşdur". 

Nəriman Nərimanov Şərq xalqlarının müstəmləkə zülmündən xilasını öz mübarizəsinin başlıca amalı sayırdı. O, sovet hökumətini Şərq siyasətini düzgün anlamamaqda ittiham edir, İranda kommunist inqilabını inkişaf etdirmək tərəfdarlarının tezliklə iflasa uğrayacağını əvvəlcədən bildirirdi. N.Nərimanov həmçinin Rusiyanın Türkiyə siyasətinə müsbət yön verilməsinə fəal təsir göstərirdi. Təsadüfi deyil ki, Türkiyədən Moskvaya göndərilən nümayəndə heyətlərinin hamısı Bakıda Nərimanovdan məsləhət aldıqdan sonra oraya gedirdilər. 

Tədbirdə Azərbaycan Respublikasının ictimai-siyasi və dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov çıxış edərək xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin Nəriman Nərimanova olan sevgisindən bəhs etdi: "Nəriman Nərimanov milli kommunist ideologiyasının ən böyük nümayəndələrindən idi. O, bu idealogiyaya inanırdı. Mən deyərdim ki, Azərbycanda Nərimanovu hamıdan çox istəyən də elə Heydər Əliyev olub. Bir faktı qeyd edim. N.Nərimanovun heykəli 10 il Cəlal Qaryağdıoğlunun emalatxanasında saxlaınılıb. Onu qoymağa icazə verməyiblər. Yalnız Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olandan sonra həmin heykəlin emalatxana ömrünə son qoyuldu. Ulu Öndər Nəriman Nərimanovun yubleyini keçirmək üçün o zamankı SSRİ rəhbəri Leonid Brejnevlə görüşüb 100 illik yubileyini keçirməyə nail oldu".

Kulturoloq, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Fuad Məmmədov isə çıxışında vurğuladı ki, Nəriman Nərimanov Azərbaycan ziyalılığının ən gözəl nümunələrindən biridir: "O, həm yüksək mədəniyyətə malik, həm də sosialist və milli dəyərləri özündə birləşdirən bir şəxsiyyət olub. Onun yüksək mənəviyyatının iki əsas mənbəyi vardı: ailəsi və təlim-tərbiyə aldığı mühit. Bu amillər onun böyük şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb".

Tədbirdə Xəzər Universitetinin təsisçisi və ilk rektoru, "Xəzər" Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, tarix üzrə fəlsəfə doktoru, DİA-nın dosenti Rəna Bayramova, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, "Borçalı cəmiyyəti" ictimai birliyinin sədri Ramiz Həsənov da çıxış edərək Azərbaycana həsr edilmiş bir ömrün müxtəlif sahələrinə işıq saldılar. 


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!