23 Yanvar 2026 08:05
331
SİYASƏT
A- A+
Dövlətimizin başçısının sülh gündəliyi qlobal miqyasda qəbul olunur

Dövlətimizin başçısının sülh gündəliyi qlobal miqyasda qəbul olunur


Prezident İlham Əliyev dünyada Azərbaycanın ərazi bütövlüyünü bərpa edən və milli maraqlarını qətiyyətlə qoruyan güclü lider kimi qəbul olunur. Bu, dövlətimizin başçısının qüdrətli siyasətçi kimi beynəlxalq imicini formalaşdırıb. Prezident İlham Əliyevin siyasəti daxili sabitliyə, ölkənin inkişafına və Azərbaycanın mühüm regional aktor kimi tanınmasına yönəlib. Dövlətimizin başçısının qətiyyət, iradə, prinsipiallıq, alicənablıq kimi keyfiyyətləri bu strateji məqsədlərə çatmaq üçün əsas olub.

Burada alman dövlət xadimi Otto fon Bismarkın bir fikrini qeyd etmək istərdim. O deyirdi: "Bir millətin taleyi onun liderinin xarakteri ilə müəyyən edilir". Azərbaycan üçün bu tezis mücərrəd deyil, praktikdir. Mürəkkəb regional və qlobal mühitdə dövlətimizə siyasətin davamlılığını, daxili sabitliyi və milli maraqların ardıcıl qorunmasını təmin etməyi bacaran bir lider - Prezident İlham Əliyev rəhbərlik edir.

Dövlət strategiyasını müəyyən edən bütün bu göstəricilərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi sevindirici haldır. Bunun bariz nümunəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən 2026-cı il "İnsan Qardaşlığı üzrə Zayed Mükafatı"nın Azərbaycan Prezidentinə verilməsidir. Xüsusilə diqqətəlayiqdir ki, fondun rəsmi saytında yerləşdirilən məlumatda bu mükafatın Qafqazda onilliklər boyu davam edən münaqişələrə və humanitar əzablara son qoyan "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülhün Qurulması və Dövlətlərarası Münasibətlər haqqında Saziş"in paraflanmasına görə verildiyi vurğulanır. "İnsan Qardaşlığı üzrə Zayed Mükafatı" münsiflər heyətinin üzvü və mükafatın baş katibi Məhəmməd Əbdülsəlamın vurğuladığı kimi, "Bu il İnsan Qardaşlığı üzrə Zayed Mükafatı Komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçdi. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi missiyasını və məqsədlərini təcəssüm etdirir. Bu, qlobal sülhün inkişafında mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur". Bu qiymətləndirməyə yalnız əlavə etmək olar ki, bu nüfuzlu mükafat təkcə Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətlərini əks etdirmir, həm də münaqişədən sonrakı dövrdə Azərbaycan dövləti tərəfindən hazırlanmış sülh gündəliyinin qlobal miqyasda tanındığını nümayiş etdirir.

2020-ci ilin payızında Vətən müharibəsində qalib gələn və 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatını uğurla həyata keçirən Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi və dünyaya ərazi mübahisələrinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilə biləcəyini göstərdi. Bütün bunlar Azərbaycan dövlətinin həm əməkdaşlıq mühitinin yaradılması üçün ilkin şərtlərin yaradıldığı Cənubi Qafqaz regionunda, həm də qlobal miqyasda mövqeyini gücləndirdi.

Sonrakı dövrdə rəsmi Bakı sülh və təhlükəsizliyə yönəlmiş gündəliyini məqsədyönlü şəkildə irəli sürdü. Bu yolda Cənubi Qafqazda yeni gərginlik ocağı yaratmağa çalışan Ermənistandakı revanşist qüvvələr müqavimət göstərməyə çalışsalar da, niyyətlərinə çata bilmədilər. Prezident İlham Əliyev bu prosesdə Azərbaycanın maraqlarını qətiyyətlə təmin etdi. 

Prezident İlham Əliyev bəyan etdiyi mövqelərdən bir an və ya bir addım da olsun yayınmadan beynəlxalq səviyyədə Bakının sülh gündəliyinin fundamental prinsiplərini ardıcıl olaraq təmin etdi. Bu, 8 avqust 2025-ci ildə "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün qurulması və dövlətlərarası münasibətlər haqqında Saziş" layihəsinin paraflanması ilə nəticələndi.

Bu hadisə Azərbaycanın qlobal səhnədə qalib ölkə kimi statusunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Cənubi Qafqaz və bəlkə də daha geniş region üçün mövcudluq təhlükəsi yaradan münaqişə tarixin arxivinə göndərildi. 

Prezident İlham Əliyevin təşəbbüsləri regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmişdir və dövlətimizin başçısı bunu real addımlarla nümayiş etdirir. Onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasındakı rolu qlobal səhnədəki mürəkkəb problemlərin uğurla həll edilməsinin nümunəsi kimi vurğulanır.

Bu gün Azərbaycanda sabitlik hökm sürür. Bu, onun milli liderinin böyük şəxsiyyət olduğunu göstərir. Liderin siyasi iradəsi və qətiyyəti həm inkişaf vektorlarını, həm də daxili sabitliyi, eləcə də ölkənin beynəlxalq arenadakı qələbələrini müəyyən edir. Prezident İlham Əliyevə nüfuzlu Şeyx Zayed Fondu tərəfindən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın verilməsi Azərbaycana bütün beynəlxalq ictimaiyyət tərəfindən hörmət edilən bir lider tərəfindən rəhbərlik edildiyini bir daha təsdiqləyir. 

Ümummilli Liderimiz Heydər Əliyev deyib: "Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin, Azərbaycan müharibə şəraitindən çıxa bilsin". Ulu Öndərin özü qədər inandığı Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq, bu tarixi missiyanı yüksək vətəndaşlıq mövqeyi və vətənpərvərlik hissi ilə uğurla həyata keçirdi. Hər kəs Prezident İlham Əliyevin ikili standartlara, ədalətsizliyə, bərabərsizliyə qarşı apardığı mübarizəni və onun real nəticələrini təsdiq edir. 

 

Hicran HÜSEYNOVA,

 Milli Məclisin komitə sədri,  professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

Kilsənin və müxaliflərin ideoloji məğlubiyyəti

09:50
07 Fevral

Dostluğa dayanan strateji tərəfdaşlar

09:45
07 Fevral

Tarixin hökmü, hüququn təntənəsi

09:40
07 Fevral

Cinayət cəzasız qalmadı

09:35
07 Fevral

Sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır...

09:30
07 Fevral

Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yüksələn Naxçıvan

09:25
07 Fevral

Qlobal dəstək, yüksək qiymət

09:20
07 Fevral

Dövlətlərin nüfuzu həm də sülhə və dialoqa xidmət edən siyasətlə ölçülür

09:15
07 Fevral

Azərbaycanın Yaxın Şərq regionunda mövqeləri güclənir

09:10
07 Fevral

Azərbaycanın təqdim etdiyi sülh yolu

09:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!