22 Avqust 2022 16:27
2300
Təhsil
A- A+
Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib  

Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib  

 

Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, təhsilalanların sayı hər il yanvarın 1-nə 500-dən 700-dək olan dövlət ümumi təhsil müəssisələrində direktorun vəzifə maaşına əlavə 600 manat, direktor müavininin vəzifə maaşına əlavə 200 manat olacaq. Təhsilalanların sayı hər il yanvarın 1-nə 700-dən 900-dək olan təhsil müəssisələrində direktorlar 750 manat, direktor müavinləri isə 250 manat əlavə pul alacaqlar. Təhsilalanların sayı hər il yanvarın 1-nə 900-dən 1300-dək olan təhsil müəssisələrində direktorların maaşına əlavə 900 manat, direktor müavinlərinin isə maaşlarına əlavə 300 manat təşkil edəcək. Təhsilalanların sayı hər il yanvarın 1-nə 1300-dən 1700-dək olan müəssisələrdə isə masşlara əlavə direktorlara 1050 manat, direktor müavinlərində 350 manat veriləcək. Təhsilalanların sayı hər il yanvarın 1-nə 1700-dən 2100-dək olan təhsil müəssisələrdə direktorun vəzifə maaşına əlavə 1200 manat, direktor müavinin vəzifə maaşına əlavə 400 manat olacaq. Təhsilalanların sayı hər il yanvarın 1-nə 2100-dən 2500-dək olan təhsil müəssisələrdə direktor vəzifə maaşına əlavə 1350 manat, direktor müavini vəzifə maaşına əlavə 450 manat alacaq. Təhsilalanların sayı hər il yanvarın 1-nə 2500-dən çox olan təhsil müəssisələrdə isə direktorun vəzifə maaşına əlavə 1500 manat, direktor müavinin vəzifə maaşına əlavə 500 manat olacaq veriləcək.

Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrdə isə keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərə təhsil müəssisəsində tədris edilən dərs saatına görə 35 faiz, keçid balını toplamış digər təhsilverənlərə 10 faiz müəyyən edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

16:36
13 İyun

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO  

15:59
13 İyun

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

15:48
13 İyun

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!