24 Avqust 2025 08:00
2597
SİYASƏT
A- A+
Dostluğa, qardaşlığa və ortaq milli dəyərlərə söykənən tərəfdaşlıq

Dostluğa, qardaşlığa və ortaq milli dəyərlərə söykənən tərəfdaşlıq

 

Azərbaycan, Türkmənistan və Özbəkistan arasındakı üçtərəfli əməkdaşlıq formatı münasibətlərdə yeni səhifə açır

 

Avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Türkmənistan Respublikası, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş yalnız bu dövlətlər deyil, bütün türk dünyası üçün mühüm siyasi hadisəyə çevrildi. Bu görüş bir daha təsdiq etdi ki, türk dövlətləri onların inkişafına, əməkdaşlıq əlaqələrinin genişlənməsinə yol açan, o cümlədən qlobal və regional aktuallıq kəsb edən bütün məsələlərdə hər zaman ortaq mövqe nümayiş etdirirlər.

 

 Türk dövlətləri müasir çağırışları düzgün dəyərləndirirlər

 

Sürətlə dəyişən və yenilənən regional və qlobal əməkdaşlıq imkanları olduqca mühüm və strateji coğrafiyada yerləşən türk dövlətlərinin qarşısında yeni prioritetlər formalaşdırır. Bu fonda görünən odur ki, türk dövlətləri çağdaş reallıqları və meydana çıxan çağırışları düzgün dəyərləndirərək, həm özlərinin inkişafına, həm də aralarındakı tərəfdaşlıq əlaqələrinin daha da güclənməsinə xidmət edən addımlar atırlar. Türk dövlətlərini birləşdirən Türk Dövlətləri Təşkilatı son illərdə fəaliyyətini daha da gücləndirərək nüfuzlu regional təşkilata çevrilib. Türk Dövlətləri Parlament Assambleyası, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyəti sayəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənib.

Öz növbəsində Azərbaycanın həyata keçirdiyi layihələr istər regional, istərsə də, qlobal müstəvidə strateji məzmun daşımaqla, həm də türk dövlətlərinin beynəlxalq iqtisadi inteqrasiyasına, onların ixrac əməliyyatlarının çoxalmasına böyük təkan verib. Respublikamızın təşəbbüsü ilə ərsəyə gələn Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropanı Asiya ilə birləşdirən nəhəng infrastruktur olmaqla bərabər, Mərkəzi Asiya dövlətlərinin ixrac imkanlarının genişlənməsinə də mühüm təsir göstərib. Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun türk dünyasındakı iqtisadi əlaqələrə verdiyi töhfələr nəzərə alınaraq, ötürücülük qabiliyyəti daha da artırılacaq.

Azərbaycanın təşəbbüsləri ilə inşa edilən enerji kəmərləri də türk dövlətlərinin maraqlarına xidmət edir. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və "Cənub qaz dəhlizi" Azərbaycanla yanaşı, Türkmənistanın və Qazaxıstanın da Xəzər dənizindən hasil  etdikləri karbohidrogen ehtiyatlarının ixracını həyata keçirir. Bununla da Orta Asiyanın türk dövlətləri alternativ marşrutlarla beynəlxalq bazarlara çıxış əldə edirlər. Bu kəmərlərin işə düşməsi Türkiyə dövlətinin də enerji təhlükəsizliyini möhkəmləndirib.  Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir. Göründüyü kimi, Azərbaycanın nəqliyyat və enerji dəhlizləri ilə bağlı həyata keçirdiyi layihələr həm də türk dövlətlərinin milli mənafelərinin qorunmasına xidmət edir, regional və qlobal proseslərdə türk dünyasının mövqelərinin güclənməsini şərtləndirir.

 

Yeni əməkdaşlıq formatı hər üç dövlətə böyük dividendlər qazandıracaq

 

Avqustun 22-də Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən mühüm siyasi təşəbbüsdür. Bu görüş  üç türk dövləti arasındakı münasibətlərdə yeni səhifə açır, əlaqələrin gedişini yeni keyfiyyət mərhələsinə yüksəldir.

Azərbaycan Respublikası Özbəkistan və Türkmənistanla strateji tərəfdaşdır və son illər aralarında həm siyasi, həm də iqtisadi sahədə mühüm razılaşmalara imza atıblar. 2017-ci ilin avqustunda Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. 2021-ci ilin yanvar ayında iki dövlət arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Ötən ay Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun respublikamıza səfəri də göstərmişdi ki, dostluq prinsiplərinə söykənən Azərbaycan-Türkmənistan münasibətləri uğurla inkişaf edir.

Eyni zamanda Özbəkistan türk dünyasında Azərbaycanla xüsusi münasibətləri olan qardaş dövlətdir. İki dövlət arasındakı əlaqələrdə Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin dostluq münasibətləri mühüm  rol oynayır.  Ötən ilin avqust ayında imzalanan "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" isə iki dövlətin münasibətlərinin hansı səviyyəyə yüksəldiyini aydın göstərir.

İndi dost və qardaş ölkələr olan Azərbaycan, Türkmənistan və Özbəkistan arasında həm də yeni əməkdaşlıq formatı yaranır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Biz xalqlarımızın mədəni və tarixi yaxınlığına, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açırıq".

Avqustun 22-də Türkmənistanda olduqca məhsuldar keçən yüksəksəviyyəli görüşdə həm siyasi-iqtisadi, həm də mədəni-humanitar sahələrdə əməkdaşlığın müxtəlif aspektləri, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Məlum olduğu kimi Azərbaycan, Türkmənistan və Özbəkistanın əraziləri strateji baxımdan əhəmiyyətli coğrafiyaları əhatə edir. Bu baxımdan danışıqlar zamanı əsas mövzulardan biri nəqliyyat dəhlizlərinin və logistika infrastrukturlarının inkişaf etdirilməsi, milli nəqliyyat sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi olub.

Üç ölkənin energetika sahəsində əməkdaşlığının perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Karbohidrogen yataqlarının işlənməsi və hasil olunan elektrik enerjisinin ixracı üzrə perspektiv layihələrlə bağlı məsələlər nəzərdən keçirilib. O cümlədən liderlər hər üç dövlətin istehsal etdiyi məhsulların qarşılıqlı tədarükünün stimullaşdırılması ilə bağlı razılığa gəliblər. Həmçinin humanitar əlaqələrlə bağlı məsələlər, turizm və mədəni mübadilə sahələrində birgə proqramların qəbul olunması müzakirə edilib.

Bu görüş Azərbaycan, Türkmənistan və Özbəkistanın öz milli mənafeləri naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradə nümayiş etdirdiklərini göstərdi. Görüş həm də verilən mühüm mesajlarla yadda qaldı və türk dövlətləri arasında qardaşlığın sarsılmaz olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev bu görüşü "Bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür", - deyə dəyərləndirdi.

Azərbaycan, Türkmənistan və Özbəkistanın coğrafi mövqeyini və onlar arasındakı iqtisadiyyat və nəqliyyat-kommunikasiya üzrə qarşılıqlı əlaqələri nəzərə alanda görürük ki, belə bir əməkdaşlıq formatının yaradılması bu türk dövlətlərinin hər birinə böyük dividendlər gətirəcək. Eyni zamanda bu əməkdaşlıq bütün türk dünyası üçün çox faydalı olacaq.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

D.Tramp ABŞ-də neft hasilatını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə saldı

14:42
23 Oktyabr

Çində 7 bal gücündə zəlzələ baş verib: 16 nəfər həlak olub

14:35
23 Oktyabr

“Volvo” 2500 nəfəri işdən çıxarır 

14:30
23 Oktyabr

Qocalmaq ləngidilə bilərmi?

14:26
23 Oktyabr

Avropada istilər 50 mindən çox insanın həyatına son qoyub

14:23
23 Oktyabr

Ət iltihabı artıra bilərmi?

14:20
23 Oktyabr

İstanbulda “R4+E3” formatında vasitəçilik üzrə IX konfrans keçirilir

14:16
23 Oktyabr

Qubadlının işğaldan azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

14:12
23 Oktyabr

Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir

14:00
23 Oktyabr

Sülh sazişi tarixi praktiki addımlarla reallaşa bilər  

13:57
23 Oktyabr

İtkin talelər həm də insanlıq sınağıdır

13:50
23 Oktyabr

Xarici işlər naziri: Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır 

13:42
23 Oktyabr

Azərbaycan idmanında növbəti tarixi hadisə: Bakıda FIFA U-15 dünya çempionatı başlayır

13:37
23 Oktyabr

İsmayıllıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası müzakirə olunub

13:33
23 Oktyabr

Nazir: Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük imkanlar var 

13:29
23 Oktyabr

İşğaldan azad edilmiş ərazilərin bərpa və quruculuq layihələrinə 26 milyard manata yaxın vəsait ayrılıb

13:22
23 Oktyabr

Azərbaycanın xarici işlər naziri: Hindistanla münasibətlərin bütün istiqamətləri üzrə müzakirələr faydalıdır 

13:17
23 Oktyabr

Dövlət Xidmətinin rəisi Şuşada vətəndaşların müraciətlərini dinləyib

13:12
23 Oktyabr

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib YENİLƏNİB

13:04
23 Oktyabr

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob təşkil olunub

12:55
23 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:50
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!