25 İyul 2025 01:46
4484
Sərəncamlar
A- A+
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 419 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2025-ci il sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilsin:

1.1. doktorantura səviyyəsi üzrə:

1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara - 450 (dörd yüz əlli) manat;

1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 300 (üç yüz) manat;

1.2. ali təhsil müəssisələrində:

1.2.1. magistratura səviyyəsi üzrə:

1.2.1.1. akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 240 (iki yüz qırx) manat;

1.2.1.2. akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 180 (yüz səksən) manat;

1.2.1.3. akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 120 (yüz iyirmi) manat;

1.2.2. bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

1.2.2.1. akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 200 (iki yüz) manat;

1.2.2.2. akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 160 (yüz altmış) manat;

1.2.2.3. akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 110 (yüz on) manat;

1.3. orta ixtisas təhsili müəssisələrində:

1.3.1. akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 110 (yüz on) manat;

1.3.2. akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 90 (doxsan) manat;

1.3.3. akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 70 (yetmiş) manat;

1.4. peşə təhsili müəssisələrində:

1.4.1. akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələrə - 110 (yüz on) manat;

1.4.2. akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə - 90 (doxsan) manat;

1.4.3. akademik göstəriciləri "3"-"5" (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələrə - 70 (yetmiş) manat.

2. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291 (Cild I); 2024, № 4, maddə 390) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənd üzrə:

2.1.1. birinci abzasda "pilləsi" sözü "səviyyəsi" sözü ilə əvəz edilsin;

2.1.2. ikinci abzas 1.1.1-ci yarımbənd hesab olunsun və həmin yarımbənddə "400 (dörd yüz)" sözləri "450 (dörd yüz əlli)" sözləri ilə əvəz edilsin; 

2.1.3. üçüncü abzas 1.1.2-ci yarımbənd hesab olunsun və həmin yarımbənddə "240 (iki yüz qırx)" sözləri "300 (üç yüz)" sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bənd üzrə:

2.2.1. ikinci və üçüncü abzaslar müvafiq olaraq 1.2.1-ci və 1.2.2-ci yarımbəndlər hesab edilsin;

2.2.2.  dördüncü abzas 1.2.2.1-ci abzas hesab olunsun və həmin abzasda "195 (yüz doxsan beş)" sözləri "240 (iki yüz qırx)" sözləri ilə əvəz edilsin;

2.2.3.  beşinci abzas 1.2.2.2-ci abzas hesab olunsun və həmin abzasda "160 (yüz altmış)" sözləri "180 (yüz səksən)" sözləri ilə əvəz edilsin;

2.2.4. altıncı abzas 1.2.2.3-cü abzas hesab olunsun və həmin abzasda "110 (yüz on)" sözləri "120 (yüz iyirmi)" sözləri ilə əvəz edilsin;

2.2.5. yeddinci abzas 1.2.3-cü yarımbənd hesab olunsun və həmin yarımbəndə "bakalavriat" sözündən sonra "(əsas (baza ali) tibb təhsili)" sözləri əlavə edilsin;

2.2.6. səkkizinci abzas 1.2.3.1-ci  abzas hesab olunsun və həmin abzasda "175 (yüz yetmiş beş)" sözləri "200 (iki yüz)" sözləri ilə əvəz edilsin;

2.2.7. doqquzuncu abzas 1.2.3.2-ci abzas hesab olunsun və həmin abzasda "145 (yüz qırx beş)" sözləri "160 (yüz altmış)" sözləri ilə əvəz edilsin;

2.2.8. onuncu abzas 1.2.3.3-cü abzas hesab olunsun və həmin abzasda "100 (bir yüz)" sözləri "110 (yüz on)" sözləri ilə əvəz edilsin;

2.3. 1.3-cü bənd üzrə:

2.3.1. ikinci abzas1.3.1-ci yarımbənd hesab olunsun və həmin yarımbənddə "100 (bir yüz)" sözləri "110 (yüz on)" sözləri ilə əvəz edilsin;

2.3.2. üçüncü abzas 1.3.2-ci yarımbənd hesab olunsun və həmin yarımbənddə "80 (səksən)" sözləri "90 (doxsan)" sözləri ilə əvəz edilsin;

2.3.3. dördüncü abzas 1.3.3-cü yarımbənd hesab olunsun və həmin yarımbənddə "66 (altmış altı)" sözləri "70 (yetmiş)" sözləri ilə əvəz edilsin;

2.4. 1.4-cü bənd üzrə:

2.4.1. ikinci abzas 1.4.1-ci yarımbənd hesab olunsun və həmin yarımbənddə "100 (bir yüz)" sözləri "110 (yüz on)" sözləri ilə əvəz edilsin;

2.4.2. üçüncü abzas 1.4.2-ci yarımbənd hesab olunsun və həmin yarımbənddə "80 (səksən)" sözləri "90 (doxsan)" sözləri ilə əvəz edilsin;

2.4.3. dördüncü abzas 1.4.3-cü yarımbənd hesab olunsun və həmin yarımbənddə "66 (altmış altı)" sözləri "70 (yetmiş)" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncamın 2-ci hissəsi 2025-ci il sentyabrın 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri,  24 iyul  2025-ci il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib

19:13
11 Sentyabr

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

19:10
11 Sentyabr

ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur

19:07
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB 

19:00
11 Sentyabr

Azərbaycan komandası çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinə qələbə ilə başlayıb

18:55
11 Sentyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
11 Sentyabr

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

18:30
11 Sentyabr

SOCAR Bakı İqlim Fəaliyyəti Həftəsində metan emissiyalarının azaldılması strategiyasını təqdim edib

18:23
11 Sentyabr

Azərbaycan muzeylərinin nadir eksponatları: Devis kvadrantı – əsrlər əvvəl dənizçilər Günəşə əsasən yolu necə tapırdılar?

18:15
11 Sentyabr

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

“BBC”: Yaxın Şərqdəki gərginlik səbəbindən neft, qaz və borclanma xərcləri artıb

14:30
11 Sentyabr

Almaniyada inflyasiya son 2,5 ilin ən yüksək həddinə çatıb

14:23
11 Sentyabr

Süni intellekt modellərinin bioloji silahlar üçün istifadə olunduğu hallar aşkarlanıb

14:17
11 Sentyabr

Filippində yanğın baş verən gəmidə xilasetmə işləri davam edir

14:13
11 Sentyabr

İqlim dəyişikliyi Afrikada malyariya xəstəliyinin yayılma xəritəsini dəyişir

14:05
11 Sentyabr

“AzərEnerji”: Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb

14:00
11 Sentyabr

Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu imzalanıb

13:55
11 Sentyabr

Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olundu

13:48
11 Sentyabr

BƏƏ Almaniya iqtisadiyyatına 46 milyard dollar investisiya qoyacaq

13:40
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!