09 Sentyabr 2026 15:00
1999
Elm və texnika
A- A+
Şəxsiyyətimizi genetika yoxsa ətraf mühit formalaşdırır?

Şəxsiyyətimizi genetika yoxsa ətraf mühit formalaşdırır?


İnsan xarakterinin və şəxsiyyətinin anadangəlmə yoxsa ətraf mühit nəticəsində formalaşdığı hər zaman mübahisə mövzusu olub. Əvvəllər alimlər genlərin insan davranışını güclü şəkildə müəyyən etdiyinə inanırdılar. Hətta 1990-cı illərdən etibarən “döyüşçü geni” adlandırılan “MAOA” geninin mutasiyası məhkəmələrdə cinayətlərə görə bəraət qazandırmaq üçün bəhanə kimi də istifadə olunub.

“BBC”nin məlumatına görə, Amsterdam UMC-nin psixiatriya üzrə professoru Aysu Okbay bildirib ki, əvvəllər insanların davranışlarına böyük təsir göstərən bir neçə genin olduğuna inanılırdı, lakin bu tamamilə təkzib edildi. Artıq elmə məlumdur ki, insan xarakteri poligenikdir, yəni minlərlə müxtəlif gen variantının hərəsi kiçik bir payla xarakterimizi formalaşdırır.

Əkizlər üzərində aparılan uzunmüddətli araşdırmalardan məlum olub ki, “Böyük beşlik” - açıqlıq, məsuliyyətlilik, ünsiyyətcillik, xoşniyyətlilik və narahatlıq kimi əsas şəxsiyyət xüsusiyyətlərinin təxminən 40-50 faizi genetik fərqlərə bağlıdır. Qalan hissə isə ətraf mühit amillərinin payına düşür. Tədqiqatlar göstərir ki, şəxsiyyətimizdə “mühit” rol oynasa da, yetkin yaşda baş verən böyük travmalar və ya həyat dəyişiklikləri gözlənildiyi qədər böyük iz buraxmır. 

İllinoys Universitetinin psixologiya professoru Brent Roberts qeyd edib ki, tez-tez vurğulanan “travmalar bizi biz edir” fikri həqiqəti əks etdirmir. Əgər yetişkinlik dövründə böyük travmatik hadisə yaşasanız, bu, şəxsiyyətinizdə dərin və nəhəng iz qoymur. Xarakterimiz tək bir hadisə ilə yox, həyatımız boyu yaşadığımız saysız-hesabsız kiçik təcrübələrin cəmi ilə formalaşır.

Genetik meyillər müəyyən istiqamətlər versə də, bu o demək deyil ki, insan ömrü boyu eyni cür davranmağa məhkumdur. Elmi tapıntılar insan təbiətinin dəyişkən və elastik olduğunu, genlərin və həyat təcrübələrinin qarşılıqlı şəkildə bizi formalaşdırdığını sübut edir.


Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

19:39
11 Oktyabr

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

19:37
11 Oktyabr

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

18:51
11 Oktyabr

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

18:13
11 Oktyabr

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

17:38
11 Oktyabr

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

16:57
11 Oktyabr

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

16:46
11 Oktyabr

Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırıb

16:30
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb  

15:53
11 Oktyabr

Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək

15:00
11 Oktyabr

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb  

14:54
11 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:07
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

12:05
11 Oktyabr

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

11:33
11 Oktyabr

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub  

09:46
11 Oktyabr

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb  

09:43
11 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib  

09:38
11 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlıqdan ortaq inkişafa doğru  

09:35
11 Oktyabr

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib  

08:42
11 Oktyabr

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

21:12
10 Oktyabr

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

17:01
10 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!