07 Avqust 2026 08:20
244
SİYASƏT
A- A+
Azərbaycan Avrasiyanın yeni geosiyasi xəritəsinin memarlarından biridir

Azərbaycan Avrasiyanın yeni geosiyasi xəritəsinin memarlarından biridir


"XXI əsrdə enerji bağlantısı nəqliyyatdan heç də az əhəmiyyət kəsb etmir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Eyni zamanda Qazaxıstan, Özbəkistan və Mərkəzi Asiyanın digər dövlətləri əhəmiyyətli enerji potensialına malikdir. Gələcəkdə Xəzər hövzəsi ölkələri arasında əməkdaşlıq ənənəvi neft və qazdan daha geniş sahəni əhatə edə, bərpaolunan enerji, elektrik enerjisi və "yaşıl texnologiya"lar da daxil olmaqla, geniş miqyasda inkişaf edə bilər. Bu o deməkdir ki, gələcəkdə biz yalnız Orta dəhlizdən deyil, həm də daha geniş enerji bağlantısı sahəsindən danışa biləcəyik".

Bu fikirləri AZƏRTAC ilə beynəlxalq münasibətlər və beynəlxalq hüquq üzrə ekspert, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl bölüşüb.

Bununla belə, ekspert yaranmaqda olan Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz regionuna yeni siyasi və ya hərbi-siyasi blok kimi baxmağı düzgün hesab etmir. O əlavə edib: "Bunun üçün nə zərurət, nə də obyektiv əsas var. Region dövlətləri çoxvektorlu xarici siyasət yürüdür. Onlar, həmçinin Çin, Rusiya, Türkiyə, Avropa İttifaqı, Körfəz ölkələri və digər güc mərkəzləri ilə münasibətləri inkişaf etdirir. Məhz buna görə də mövcud inteqrasiya fərqli xarakter daşıyır. O, heç kimə qarşı yönəlməyib və əsas məqsədi regiondakı dövlətlərin sabitliyini və təsirini artırmaqdır".

Toğrul İsmayılın sözlərinə görə, ölkələr arasında nəqliyyat, enerji, ticarət və investisiya əlaqələri nə qədər möhkəm olarsa, müstəqil xarici siyasət manevrləri üçün imkanlar da bir o qədər çox olar. Bu mənada geoiqtisadi əlaqə strateji muxtariyyət vasitəsinə çevrilir.

Professor əlavə edib: "Bu, əsas sualı doğurur: Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid geosiyasi və geoiqtisadi məkandan danışa bilərikmi? Mən bu suala belə cavab verərdim: onun əsas konturları artıq formalaşıb, lakin proses hələ tam başa çatmayıb. Siyasi çərçivə mövcuddur. İnstitusional mexanizmlər genişlənir. Müqavilə münasibətləri dərinləşir. Nəqliyyat layihələri reallığa çevrilir. Enerji əməkdaşlığı inkişaf edir. Ticarət və investisiya əlaqələri artır. Mədəni və humanitar qarşılıqlı əlaqə güclənir. Lakin vahid regional kompleksin tam şəkildə ortaya çıxması üçün növbəti mərhələ - infrastrukturun, gömrük prosedurlarının, rəqəmsal sistemlərin, enerji şəbəkələrinin və investisiya mexanizmlərinin sinxronlaşdırılması zəruridir. Gələcəyin müəyyən olunacağı amillər bunlardır".

Onun sözlərinə görə, biz ənənəvi regional əməkdaşlıqdan yeni bir geosiyasət növünə - bağlantı geosiyasətinə keçidin şahidi oluruq. Onun təməli artıq ərazilər deyil, dəhlizlər, limanlar, dəmir yolları, enerji şəbəkələri, rəqəmsal rabitə, investisiyalar və insanlar arasında əlaqələrdir. "Bu yeni məkanda Azərbaycan unikal mövqe tutur. Bakı artıq Mərkəzi Asiyaya sadəcə Xəzər dənizi vasitəsilə baxmır. Azərbaycan Mərkəzi Asiyanın siyasi arxitekturasının bir hissəsinə və Mərkəzi Asiya ilə xarici bazarlar arasında əsas əlaqələrdən birinə çevrilir. Məhz buna görə də Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində iştirakı tarixi əhəmiyyətə malikdir. Bu, sadəcə formatın genişləndirilməsi deyil. Bu, artıq müəyyən edilmiş reallığın əksidir", - deyə T. İsmayıl vurğulayıb.

Ekspert, həmçinin Avrasiyada yeni geosiyasi vektorun tədricən yarandığını qeyd edərək bildirib: "Hesab edirəm ki, mövcud prosesi təkcə Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin möhkəmlənməsi kimi qiymətləndirmək olmaz. Söhbət daha böyük fenomendən gedir. Avrasiyanın coğrafiyası dəyişir. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasındakı sərhədlər daha az əhəmiyyət kəsb edir. Xəzər bölücü dəniz olmaqdan çıxır və birləşdirici məkana çevrilir. Orta dəhliz tədricən yeni Avrasiya infrastrukturunun əsas elementlərindən biri olur. Azərbaycan isə regionların kəsişməsində yerləşən dövlətdən onların qarşılıqlı əlaqəsinin memarlarından birinə çevrilir. Bu səbəbdən hazırda Azərbaycanın Mərkəzi Asiyanın bir hissəsi olub-olmadığını müzakirə etmək yersizdir. Azərbaycan inkişaf etməkdə olan məkanın bir hissəsinə artıq çevrilib. Son hadisələrin əsas geosiyasi əhəmiyyəti məhz bundan ibarətdir".

Professor hesab edir ki, Çin və Mərkəzi Asiyadan Xəzər dənizi və Azərbaycan vasitəsilə Cənubi Qafqaza, Türkiyəyə və Avropaya doğru yeni məkan yaranır.

"Əgər region dövlətləri siyasi iradəni effektiv infrastruktura, razılaşdırılmış qaydalara və davamlı iqtisadi əlaqələrə çevirə bilsələr, bu məkan yaxın illərdə Avrasiyanın geosiyasi və geoiqtisadi dinamikasının yeni mərkəzlərindən birinə çevrilə bilər. Azərbaycan bu prosesin kənarında olmayacaq. O, əsas halqa və daha da əhəmiyyətlisi, Avrasiyanın yeni geosiyasi xəritəsinin memarlarından biri olacaq, - deyə professor sözlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kürün kürlüyünü buraxdığı Kür qəsəbəsi

09:30
07 Avqust

Odlar yurdunun "Alov qüllələri" 

09:20
07 Avqust

Rəqəmsal gələcəyin təməli təhsildən başlayır

09:10
07 Avqust

Rəqəmsal dövrdə uşaqlarımızı necə qorumalıyıq?

09:00
07 Avqust

Ölkəmizin öndərliyi ilə türk dövlətləri vahid güc mərkəzi kimi çıxış edir

08:50
07 Avqust

Xarici siyasətimizin dəyişməz prinsipi

08:40
07 Avqust

Azərbaycan Cənubi Qafqazda İsveçrənin mühüm tərəfdaşıdır

08:30
07 Avqust

Azərbaycan Avrasiyanın yeni geosiyasi xəritəsinin memarlarından biridir

08:20
07 Avqust

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının yeni strateji mərhələsi

08:10
07 Avqust

Unikal inkişaf və tərəfdaşlıq modeli 

08:00
07 Avqust

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 

00:55
07 Avqust

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə 

00:54
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 382 nömrəli, "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 383 nömrəli, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2012-ci il 6 iyun tarixli 648 nömrəli, "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası"nın təsdiqi haqqında" 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2018-ci il 18 dekabr tarixli 410 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:53
07 Avqust

B.Ə.Aslanbəylinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

00:52
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

00:52
07 Avqust

E.T.Abdullayevin Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

00:51
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

00:50
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" 2021-ci il 27 aprel tarixli 1326 nömrəli, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 2025-ci il 15 yanvar tarixli 286 nömrəli fərmanlarında və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2008-ci il 16 aprel tarixli 2761 nömrəli, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" 2014-cü il 10 yanvar tarixli 213 nömrəli və"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

00:48
07 Avqust

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

22:43
06 Avqust

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

22:36
06 Avqust

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

22:29
06 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!