26 İyun 2025 13:47
902
İQTİSADİYYAT
A- A+
Çinin “Datang” şirkəti ilə “yaşıl enerji” dəhlizinin inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb  

Çinin “Datang” şirkəti ilə “yaşıl enerji” dəhlizinin inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb  

Çinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “China Datang Korporasiyası”nın sədri Lyu Junla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Çin şirkətlərinin Azərbaycanın “yaşıl enerji” kursunun əsas tərəfdaşlarından olduğu və bu əməkdaşlığın daha da genişləndirilməsinə maraq ifadə edilib. Bu ilin aprelində Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı imzalanmış Birgə Bəyanatın bərpaolunan enerji mənbələri sahəsində fəal əməkdaşlığı və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəli aparmağı təşviq etdiyi vurğulanıb. Bu xüsusda Çin şirkətləri, o cümlədən “China Datang Overseas Investment Co. Ltd” ilə bərpaolunan enerji sahəsində imzalanmış müqavilələrin əhəmiyyətindən bəhs edilib.

Söhbət zamanı Azərbaycanın “yaşıl enerji” layihələri, şirkətlə əməkdaşlıq çərçivəsində dənizdə külək enerjisinin inkişafı və Günəş elektrik stansiyası layihələrinin icrası, həmçinin potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Görüş çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “China Datang Overseas Investment Co. Ltd” arasında “yaşıl enerji” dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum Azərbaycanın bərpaolunan enerji mənbələri hesabına yaradılan elektrik enerjisi istehsalı güclərinin elektrik şəbəkəsinə təhlükəsiz qoşulmasını təmin etmək və bu enerjinin etibarlı və sabit şəkildə ötürülməsini həyata keçirmək məqsədilə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, “China Datang Overseas Investment Co. Ltd” ilə şirkətin texniki imkanlarının və elektrik şəbəkəsinin inkişafı üzrə sistem tədqiqatlarının tətbiqi, eləcə də HVDC layihələrinin dizaynı, mühəndislik və tikinti idarəçiliyi sahəsində zəngin təcrübəyə malik Çin şirkətlərinin cəlb olunması üçün texniki və maliyyə dəstəyi sahəsində əməkdaşlıq ediləcək.

Görüşdə Azərbaycanın energetika sektoru üzrə mütəxəssisləri üçün təlim proqramına da start verilib.

Proqramın məqsədi şəbəkə idarəçiliyi, sualtı kabel layihələri, üzən günəş texnologiyaları və batareya enerji sistemləri sahələrində qabaqcıl təcrübə ilə tanışlıqdır. Təlim çərçivəsində praktiki ekskursiyalar və müxtəlif enerji obyektlərinə səfərlərin təşkili də nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!