04 Sentyabr 2026 09:10
93
İQTİSADİYYAT
A- A+
Çin enerji sahəsində Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür

Çin enerji sahəsində Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür


Çinin Milli Dəniz Neft Korporasiyası CNOOC-un ("China National Offshore Oil Corporation") sədri Canq Şanczyanın Bakıya səfəri ölkəmizlə enerji sahəsində əməkdaşlığı möhkəmləndirmək və birgə görüləcək işləri müəyyənləşdirməkdir. Energetika Nazirliyində və SOCAR-da (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) keçirilən görüşlər, imzalanan mühüm sənəd də bunu təsdiqləyir.

Bir neçə gün əvvəl SOCAR ilə CNOOC arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd Azərbaycanda və digər ölkələrdə birgə "upstream" (xam neftin və təbii qazın axtarışı, kəşfiyyatı və çıxarılması mərhələsi) layihələrinin həyata keçirilməsini, habelə neft-qaz sektorunda texniki xidmətlər, avadanlıq və texnologiyaların təchizatı, mühəndislik, əməliyyat və texniki dəstək sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdə tutur.

SOCAR-ın prezidenti Rövşən Nəcəf və CNOOC-un sədri Canq Şanczyanın görüşü çərçivəsində aparılan söhbət zamanı tərəflər dənizdə neft və qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi, hasilatı, neft emalı, neft-kimya sahələrində investisiya imkanları barədə danışıblar. Eləcə də beynəlxalq ticarət üzrə əməkdaşlıq fürsətləri, yeni texnologiyaların tətbiqi və əməliyyat səmərəliliyinin artırılması istiqamətlərində tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.

CNOOC-un sədri Canq Şanczyan Energetika Nazirliyində də olub və orada  nazir Pərviz Şahbazovla görüşüb. Görüşdə Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında müxtəlif sahələrdə uğurla davam edən əməkdaşlığın enerji sektorunda da geniş imkanlar yaratdığı vurğulanıb. Azərbaycan-Çin strateji əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edən sənədlərin əhəmiyyəti qeyd olunub.

Məlumdur ki, Azərbaycan və Çin şirkətləri arasında enerji sahəsində yaxın əməkdaşlıq əlaqələri formalaşıb. Mövcud tərəfdaşlığın inkişaf etdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi üçün imkanlar isə daha böyükdür. Odur ki, CNOOC şirkətinin nümayəndələri Azərbaycanda həyata keçirilən enerji layihələrində iştirak etmək maraqlarını bildiriblər.

 Müzakirələr zamanı neft-qaz sektoru və "yaşıl enerji" sahəsində potensial layihələr, o cümlədən Xəzər dənizində mümkün enerji layihələri barədə müzakirələr aparılıb. Beləliklə, bu il sentyabrın 1-də Azərbaycan ilə CNOOC arasında ən son və ən strateji addım atılıb. 

Rəsmi danışıqlara əsasən, Çin tərəfi Xəzər dənizində bir neçə istiqamətdə layihələrin iştirakçısı olmaqda maraqlıdır. Bunlardan biri dənizdə neft və qaz ehtiyatlarının axtarışı, qiymətləndirilməsi və birgə işlənməsidir. Çin şirkəti özünü Xəzərin külək enerjisi potensialı da daxil olmaqla, "yaşıl enerji" mənbələri üzrə də tərəfdaşımız kimi görür. Eləcə də təkcə Azərbaycanda deyil, həmçinin üçüncü ölkələrdə birgə geoloji-kəşfiyyat və hasilat fəaliyyəti qurmaq istəyir. 

Deyilənlərə əlavə edək ki, CNOOC Çinin üçüncü ən böyük dövlət neft və təbii qaz şirkətidir. Şirkət ölkənin əsasən dənizyanı (offshore) ərazilərində, həmçinin qlobal miqyasda karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı və emalı ilə məşğul olur.

CNOOC 1982-ci ildə Çin Xalq Respublikası Dövlət Şurasının qərarı ilə yaradılıb. Korporasiyanin baş ofisi Pekin şəhərində yerləşir. Statusuna görə, tamamilə Çin dövlətinə məxsusdur. Beynəlxalq birjalarda (Honq-Konq və Şanxay) isə onun əsas törəmə müəssisəsi olan CNOOC Limited iştirak edir. Şirkətə  Müşahidə Şurasının və şirkətin sədri rəhbərlik edir. 

Bir sözlə, CNOOC dünyanın 40-dan çox ölkə və regionunda aktivlərə malik qlobal enerji nəhəngidir. Asiya, Afrika, Şimali və Cənubi Amerika, Yaxın Şərq və Avropada iri layihələrdə iştirak edir.  Şirkətin biznes modeli şaxələnmiş strukturdan ibarətdir və 5 əsas seqmenti əhatə edir. Belə ki, kəşfiyyat və hasilatda Çinin dəniz sahələrində (Bohay dənizi, Cənubi və Şərqi Çin dənizi) ən böyük neft-qaz hasilatçısıdır. Mühəndislik və texniki xidmətlər sahəsində dəniz platformalarının tikintisini və qazma işləri aparır. Emal və marketinqdə isə CNOOC xam neftin neft məhsullarına və neft-kimya maddələrinə çevrilməsi sahəsində çalışır.

CNOOC eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) idxalı və elektrik enerjisi istehsalı ilə məşğuldur. "Yaşıl enerji"yə gəldikdə isə son illərdə şirkət Xəzərdə və digər regionlarda dəniz külək enerjisi layihələrinə də investisiya yatırır.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tibb işçilərinin əməkhaqlarının artırılması əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir 

09:30
04 Sentyabr

Tibb işçilərinin minnətdarlığında dövlət qayğısının əks-sədası

09:20
04 Sentyabr

Çin enerji sahəsində Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür

09:10
04 Sentyabr

7 ayda 2,5 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunub

09:00
04 Sentyabr

Minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli

08:50
04 Sentyabr

Cənubi Qafqazdakı yeni geosiyasi reallıq

08:40
04 Sentyabr

Azərbaycan-ŞƏT əlaqələri yeni iqtisadi imkan və perspektivlərə yol açır

08:20
04 Sentyabr

Parlament diplomatiyasının perspektivləri müzakirə olunub

08:10
04 Sentyabr

Azərbaycan-Çin münasibətləri: strateji tərəfdaşlığın və çoxşaxəli əməkdaşlığın yüksəliş mərhələsi

08:00
04 Sentyabr

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

19:45
03 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

19:35
03 Sentyabr

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb

19:30
03 Sentyabr

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

19:29
03 Sentyabr

“Zirə” afrikalı futbolçu transfer edib

19:22
03 Sentyabr

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

19:20
03 Sentyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

19:15
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!