04 Sentyabr 2026 08:50
102
SİYASƏT
A- A+
Minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli

Minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli


Otuz ilə yaxın davam edən işğal dövrü Azərbaycanın təkcə şəhər və kəndlərinin dağıdılması ilə nəticələnməyib, eyni zamanda torpaqlarımızı real mina tarlasına çevirib. İlkin hesablamalara görə, Azərbaycanın ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb.

İkinci Qarabağ müharibəsindən sonra - 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub. Nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri arasında uşaqların, qadınların və digər mülki şəxslərin olduğu 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib.

 Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin, Böyük qayıdışın önündə duran ən böyük maneə məhz Ermənistanın həyata keçirdiyi mina terrorudur.

 

Humanitar minatəmizləmə vacib öhdəlikdir

 

Ermənistanın təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiq və natamam olması vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki mina və mina-tələlər yalnız keçmiş təmas xəttində deyil, yollarda, yaşayış massivlərində, qəbiristanlıqlarda, əkin sahələrində, meşələrdə və çay sahillərində basdırılıb.

Bu faciəvi reallıq postmünaqişə dövründə humanitar minatəmizləmənin nəinki milli, həm də qlobal miqyasda mühüm prioritetə çevrilməsini şərtləndirir.

"Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində Prezident İlham Əliyev problemin miqyası və həlli yolları ilə bağlı deyib: "...Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənləri üçün vacib bir öhdəlikdir.  Münaqişədən sonra ərazilərdə şəhərlərin bərpası binaların, yolların və ictimai infrastrukturun yenidən qurulması ilə yanaşı, təhlükəsizliyin və inamın bərqərar olmasını tələb edir. Torpaqlar minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməyincə heç bir şəhər, kənd və ya qəsəbə tam şəkildə yenidən qurula, heç bir məktəb və ya xəstəxana təhlükəsiz fəaliyyət göstərə, heç bir ailə öz yurduna ləyaqətlə geri qayıda və heç bir iqtisadi fəaliyyət davamlı inkişaf edə bilməz".

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində bu günədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan minatəmizləmənin sürətini, təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyalar, innovativ yanaşmaları və müasir idarəetmə sistemləri tətbiq edir.

Mina təmizlənməsi prosesi beynəlxalq tərəfdaşlarla, xüsusən Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə sıx əməkdaşlıq şəraitində aparılır. Prezident İlham Əliyevin BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisi Dmitro Şlapaçenkonun etimadnaməsini qəbul edərkən keçirilən görüşdə bu məsələ bir daha diqqət mərkəzində olub.

Görüş zamanı minalar problemini qeyd edən Dmitro Şlapaçenko BMT-nin bu məsələdə Azərbaycana dəstək verməyə və təcrübəsini bölüşməyə hazır olduğunu dedi.

Dövlətimizin başçısı da işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışdı, ölkəmizin üzləşdiyi mina probleminin miqyasını qeyd etdi. Prezident İlham Əliyev bunun bərpa-quruculuq işlərinə mane olmasına baxmayaraq, Azərbaycanın minatəmizləmə sahəsində də ardıcıl fəaliyyətini davam etdirdiyini vurğuladı.

 

18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi

 

Mina təhlükəsinə qarşı aparılan fəaliyyət ölkəmizdə dövlət siyasətinin prioritetidir. Azərbaycan bu humanitar fəaliyyəti rəsmi şəkildə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib. Azad edilmiş torpaqlarda həyata keçirilən minatəmizləmə prosesi şəhərlərin bərpasını, kənd təsərrüfatının dirçəldilməsini və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz ata-baba yurdlarına qaytarılmasını təmin edən təməl faktordur.

Bu siyasətin real nəticələri artıq Böyük qayıdış proqramının uğurlu icrasında öz əksini tapır. Görülən ardıcıl tədbirlər sayəsində hazırda Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhalinin sayı 90 mini keçib, 40 minə yaxın keçmiş məcburi köçkün isə artıq doğma evlərinə qayıdıb.

Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində vurğulayıb ki, Azərbaycan bu təcrübəni münaqişənin bənzər fəsadları ilə üzləşən ölkələr və regionlarla bölüşməyə hazırdır: "Çünki inanırıq ki, minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli dünyada bir çox tərəfdaşlar üçün praktik maraq kəsb edə bilər".

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı minatəmizləmə əməliyyatları münaqişədən sonrakı bərpa və idarəetmə sahəsində dünyada analoqu az olan unikal model formalaşdırır. Ermənistanın yaratdığı mina maneələrinə və beynəlxalq dəstəyin yetərsizliyinə baxmayaraq, Böyük qayıdış prosesi dayanmadan irəliləyir.

Mina terroru insanlığa qarşı işlənmiş cinayətdir və bu təhlükəyə son qoyulması beynəlxalq həmrəylik tələb edir. Azərbaycan öz torpaqlarını bu təhlükədən təmizləyərək həyatı yenidən öz axarına qaytarır. Bərpaolunan hər bir kənd və şəhər ölkəmizin sarsılmaz iradəsinin, sülhə və quruculuğa olan sadiqliyinin əyani sübutudur.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

7 ayda 2,5 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunub

09:00
04 Sentyabr

Minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli

08:50
04 Sentyabr

Cənubi Qafqazdakı yeni geosiyasi reallıq

08:40
04 Sentyabr

Azərbaycan-ŞƏT əlaqələri yeni iqtisadi imkan və perspektivlərə yol açır

08:20
04 Sentyabr

Parlament diplomatiyasının perspektivləri müzakirə olunub

08:10
04 Sentyabr

Azərbaycan-Çin münasibətləri: strateji tərəfdaşlığın və çoxşaxəli əməkdaşlığın yüksəliş mərhələsi

08:00
04 Sentyabr

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

19:45
03 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

19:35
03 Sentyabr

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb

19:30
03 Sentyabr

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

19:29
03 Sentyabr

“Zirə” afrikalı futbolçu transfer edib

19:22
03 Sentyabr

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

19:20
03 Sentyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

19:15
03 Sentyabr

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

19:08
03 Sentyabr

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

19:01
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

18:54
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!