03 Sentyabr 2026 19:20
83
CƏMİYYƏT
A- A+
Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb


Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, tədbirin ikinci günündə çıxış edən Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, ölkəmiz üçün atəş səsləri kəsilsə də, minalar hələ də susmayıb. Məhz buna görə humanitar minatəmizləmə artıq, sadəcə, humanitar vəzifə deyil. O, sülh quruculuğu vəzifəsinə çevrilib. BMT-nin Sülh Quruculuğu Komissiyası da iki ay əvvəl mina təhlükəsi ilə mübarizəyə dair müzakirələr zamanı minatəmizləmənin sülh quruculuğu, barışıq və bərpa prosesinə imkan yaradan mühüm amil olduğunu qəbul edib: “Məntiq çox aydındır: Təhlükəsizliyi təmin olunmayan torpaq üzərində sülh qurmaq mümkün deyil. Bir ildən bir qədər əvvəl, 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi addım atdı. Sülh sazişinin razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən paraflandı, liderlər isə Vaşinqton Birgə Bəyannaməsini imzaladılar. Bu sənəd keçmiş münaqişənin məngənəsindən artıq azad olan gələcəyə dair bir baxış ortaya qoydu”.

Elçin Əmirbəyov vurğulayıb ki, Vaşinqton görüşündən sonra faktiki sülh şəraiti mövcuddur, ölkələr arasında hərbi eskalasiya baş verməyib. Hökumətlər və vətəndaş cəmiyyətləri arasında dialoq davam edib. Ticarət və iqtisadi əlaqələr qurulmağa başlayıb. Bağlantı və nəqliyyat layihələri üzrə işlər irəliləyir: “Cəmiyyətlər tədricən baxışlarını fərqli gələcəyə yönəltməyə başlayır. Bu, həqiqətən də, tarixi fürsətdir. Lakin sülh yalnız siyasi sazişlərlə yaranmır. Sülh yer üzündə özünü göstərməlidir. Azərbaycanda isə sülhün yer üzündə görünən reallığa çevrilməsinin qarşısındakı ən böyük maneələrdən biri məhz yerin altındadır”.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçin sözlərinə görə, təcrübə göstərir ki, mina fəaliyyəti ilə yenidənqurma prosesi paralel aparılmalıdır. Bərpa prosesi uzunmüddətli planlaşdırma, güclü institutlar və hər şeydən əvvəl, zərər çəkmiş icmaların ehtiyacları nəzərə alınmaqla həyata keçirildikdə daha səmərəli olur.

O bildirib ki, Azərbaycanda bu reallıq, xüsusilə aydın görünür. Aİ Azərbaycanın bu sahədə həyata keçirdiyi genişmiqyaslı səyləri, xüsusilə ANAMA-nın, eləcə də ərazilərin tədqiqi və xəritələndirilməsi, təmizlənməsi, maarifləndirmə və zərər çəkmiş icmalara yardım proseslərində iştirak edən bütün əməliyyat subyektlərinin fəaliyyətini yüksək qiymətləndirir və təqdir edir: “Biz bu səylərdə Azərbaycanın yanında olmaqdan qürur duyuruq. Hazırda Aİ-nin Azərbaycana münasibətdə bu kollektiv öhdəliyin həcmi 22 milyon avroya çatıb. Aİ mina fəaliyyəti sahəsində Azərbaycan üçün etibarlı və uzunmüddətli tərəfdaş olaraq qalır. Humanitar minatəmizləməni təhlükəsiz yaşayış məntəqələrinin yaradılması və bərpa prosesinin mərkəzinə qoyan səyləri dəstəkləməyə sadiqik".

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali çıxışı zamanı UN-Habitat üçün humanitar minatəmizləmənin şəhər siyasətinin, planlaşdırmanın və maliyyələşdirmənin fundamental tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, təmizlənmiş ərazilər olmadan səmərəli şəhər planlarının hazırlanması, təhlükəsiz mülkiyyət hüquqlarının təmin edilməsi, infrastruktur şəbəkələrinin fəaliyyəti, eləcə də məcburi köçkünlərin və qaçqınların ləyaqətlə öz evlərinə qayıtması üçün etibarlı imkanların yaradılması mümkün deyil: "Azərbaycan bu istiqamətdə mühüm addım ataraq “Mina təhlükəsi ilə mübarizə tədbirləri” adlı 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədini qəbul edib. Bu məqsəd mina çirklənməsini təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh qarşısında kompleks və çoxşaxəli maneə kimi tanıyır. Bundan əlavə, Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş “Böyük Qayıdış” Proqramına, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında davam etdirilən bərpa və yenidənqurma prosesinə sıx şəkildə inteqrasiya olunub".

Çinin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin müşaviri Şen Çjan ölkəsinin humanitar minatəmizləmə sahəsində Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcəyini bildirib. O xatırladıb ki, ötən il Çin və Azərbaycan hökumətləri ikitərəfli humanitar əməkdaşlığın gücləndirilməsinə dair qarşılıqlı Anlaşma Memorandumu imzalayıb. Həmin memorandum çərçivəsində Çin Azərbaycana 2 milyon yuan məbləğində yardım göstərib.

Sonra tədbir panel müzakirələrlə və ölkə nümunələri üzrə təqdimatlarla davam edib.

Konfransın sonunda bəyanat qəbul edilib.

Qeyd edək ki, Bakının ev sahibliyi etdiyi ikigünlük IV Beynəlxalq Minatəmizləmə Konfransında ümumilikdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edib. İştirakçılar arasında bir sıra ölkələrin yüksəkvəzifəli şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin nümayəndələri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunublar.

Konfrans Azərbaycanın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina təhlükəsinin aradan qaldırılmasının təhlükəsiz və dayanıqlı bərpa prosesində rolu, innovativ yanaşma və qabaqcıl təcrübə mübadiləsi, həmçinin mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

19:35
03 Sentyabr

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb

19:30
03 Sentyabr

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

19:29
03 Sentyabr

“Zirə” afrikalı futbolçu transfer edib

19:22
03 Sentyabr

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

19:20
03 Sentyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

19:15
03 Sentyabr

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

19:08
03 Sentyabr

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

19:01
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

18:54
03 Sentyabr

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

18:47
03 Sentyabr

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

18:40
03 Sentyabr

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

18:33
03 Sentyabr

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

18:26
03 Sentyabr

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

18:19
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

18:12
03 Sentyabr

Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında

18:05
03 Sentyabr

AFFA Premyer Liqanın 4 klubunu cərimələyib

17:58
03 Sentyabr

Azərbaycanın 6 basketbolçusu karyerasını ABŞ-də davam etdirəcək

17:51
03 Sentyabr

Avropada quraşdırılmış külək enerjisi gücü 311 giqavatı ötüb

17:44
03 Sentyabr

İctimai Şura üzvləri ilə dövlət borcunun idarə edilməsi istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb

17:37
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!