04 Sentyabr 2026 09:30
82
CƏMİYYƏT
A- A+
Tibb işçilərinin əməkhaqlarının artırılması əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir 

Tibb işçilərinin əməkhaqlarının artırılması əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir 


Ölkəmizdə səhiyyə sisteminin inkişaf etdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, son illərdə səhiyyə işçilərinin əməyinin stimullaşdırılması və sosial təminatının gücləndirilməsi istiqamətində mərhələli tədbirlər həyata keçirilib. 2023-cü il yanvarın 1-dən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə maaşları artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artırılması ilə əlaqədar tarif maaşlarında növbəti artımlar həyata keçirilib. Bununla yanaşı, səhiyyə sistemində ayrı-ayrı kateqoriyalar üzrə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə diferensial yanaşmalar tətbiq olunub. Bu çərçivədə Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evlərinin işçilərinin tarif maaşlarına vəzifələrdən asılı olaraq 1,5-3 dəfə artım əmsalları tətbiq edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri, TƏBİB-in Müşahidə Şurasının üzvü Elnara Muradova səsləndirib.

O bildirib ki, bu ardıcıl sosial siyasətin davamı olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən irəli sürülən tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsünü Prezident İlham Əliyevin müsbət qarşılayaraq icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətimizin tibb işçilərinin əməyinə verdiyi yüksək dəyərin və onların sosial rifahına göstərdiyi davamlı diqqətin növbəti ifadəsidir: "Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunur və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək. Əməkhaqqı artımlarının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla fərdiləşdirilməsi nəzərdə tutulur. Xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün nəzərdə tutulan əlavə stimullaşdırıcı mexanizmlər peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Elnara Muradova həmçinin vurğulayıb ki, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, onların əməyinin layiqincə qiymətləndirilməsinə və rifahının yüksəldilməsinə xidmət edən bu mühüm qərarı yüksək qiymətləndirir: "Ölkə rəhbərliyinə səhiyyə işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, tibb işçilərinin əməyinə verilən dəyər onların sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, səhiyyə sisteminin dayanıqlılığının, tibbi xidmətlərin keyfiyyətinin və bütövlükdə əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Goranboyda 1-ci sinfə gedəcək şəhid övladları ilə görüş keçirilib

09:40
04 Sentyabr

Tibb işçilərinin əməkhaqlarının artırılması əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir 

09:30
04 Sentyabr

Tibb işçilərinin minnətdarlığında dövlət qayğısının əks-sədası

09:20
04 Sentyabr

Çin enerji sahəsində Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür

09:10
04 Sentyabr

7 ayda 2,5 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunub

09:00
04 Sentyabr

Minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli

08:50
04 Sentyabr

Cənubi Qafqazdakı yeni geosiyasi reallıq

08:40
04 Sentyabr

Azərbaycan-ŞƏT əlaqələri yeni iqtisadi imkan və perspektivlərə yol açır

08:20
04 Sentyabr

Parlament diplomatiyasının perspektivləri müzakirə olunub

08:10
04 Sentyabr

Azərbaycan-Çin münasibətləri: strateji tərəfdaşlığın və çoxşaxəli əməkdaşlığın yüksəliş mərhələsi

08:00
04 Sentyabr

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

19:45
03 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

19:35
03 Sentyabr

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb

19:30
03 Sentyabr

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

19:29
03 Sentyabr

“Zirə” afrikalı futbolçu transfer edib

19:22
03 Sentyabr

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

19:20
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!