04 İyun 2026 11:23
325
CƏMİYYƏT
A- A+
Bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır

Bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır


Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 4-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional bazanın yaradılmasının təmin etdilməsi məqsədilə hazırlanıb və nəqliyyat sahəsinin tənzimlənməsini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın 8.3.8-ci yarımbəndində avtonom nəqliyyat sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin təhlili əsasında bu məsələnin normativ-hüquqi bazasının yaradılması öz əksini tapıb.

Layihə ilə nəzərdə tutulan əsas yeniliklər aşağıdakılardır:

-müvafiq qanunlara dəyişiklik edilməsi ilə qanunvericiliyə avtonom nəqliyyat mühitinin (ticarət gəmiçiliyi, aviasiya, dəmir yolu, metro, tramvay və avtomobil nəqliyyatı sahələrində) hüquqi tənzimlənməsi üçün “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” kimi anlayışlar daxil edilir, eləcə də idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri təsbit olunur. Avtonom nəqliyyat vasitəsinin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin anlayışları, onlara dair tələblər, eləcə də operatorun və nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) vəzifələri müəyyən edilir. Avtonom nəqliyyat vasitəsinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazidə istismar olunması təklif edilir;

-hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə bilər. Operatordan istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək, istismara təhlükə yarandığı hallar baş verdikdə operativ müdaxilə etmək, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmin etmək, həmçinin hadisə, qəza və ya insident baş verdiyi təqdirdə dərhal aidiyyəti dövlət qurumlarına məlumat vermək tələb olunur;

-bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) və ya istismarçısının (sahib qismində çıxış etdikdə) məsuliyyəti qeyd edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

19:50
17 İyun

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

19:49
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

19:47
17 İyun

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

19:45
17 İyun

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

19:43
17 İyun

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb

19:26
17 İyun

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

19:24
17 İyun

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

19:22
17 İyun

ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

19:19
17 İyun

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

19:18
17 İyun

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb

19:16
17 İyun

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

19:15
17 İyun

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

19:14
17 İyun

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir

19:13
17 İyun

“Azərbaycan Dəmir Yolları” ilə Asiya İnfrastruktur İnvestisiya Bankı logistika sahəsində əməkdaşlığı genişləndirir

19:11
17 İyun

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib

19:10
17 İyun

Aİ: Sosial şəbəkələr uşaqları depressiyaya salır

18:27
17 İyun

Azərbaycan GSMA indeksində yüksəlib: mobil qoşulma üzrə mövqe yaxşılaşıb

18:16
17 İyun

G7 Ukraynaya silah təchizatını və Rusiya iqtisadiyyatına təzyiqi artıracaq  

18:09
17 İyun

Keçmiş məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri genişləndirilir

18:01
17 İyun

Vergi Məcəlləsinə dəyişikliklər: təlim xərcləri üzrə güzəştlər və rəqəmsal xidmətlərə vergi azadolmaları genişlənir  

17:57
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!