04 Sentyabr 2026 10:00
116
İQTİSADİYYAT
A- A+
Burada çayların suyu enerjiyə çevrilir

Burada çayların suyu enerjiyə çevrilir


Deyirlər ki, su həyat mənbəyidir. Bu, doğrudan da belədir. Amma enerji ehtiyatlarının formalaşmasında da suyun payı var. Bu baxımdan, Azərbaycanın dağlıq relyefi və çay şəbəkəsi ölkədə su-elektrik enerjisinin (SES)  inkişafı üçün əlverişli imkanlar yaradıb. Hazırda ölkənin müxtəlif bölgələrindəki SES-lə həm enerji təminatında, həm də regionların inkişafında böyük rol oynayır.

Axan suyun gücündən elektrik enerjisi istehsal etmək ideyası müasir enerji sistemlərinin əsas istiqamətlərindən biridir. Azərbaycanda suyun enerji mənbəyi kimi istifadəsinin uzun tarixi var. İlk  SES 1883-cü ildə Gədəbəyin Qalakənd kəndində - Şəmkirçayın üzərində tikilib. Stansiya Siemens qardaşlarının Qalakənd misəritmə zavodunun ehtiyacları üçün yaradılmışdı və elektrik enerjisindən misin elektroliz üsulu ilə emalında istifadə olunurdu. Sonrakı illərdə çayların hidroenerji potensialından istifadə imkanlarının genişləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilib və ölkənin ayrı-ayrı bölgələrində yeni  SES-lər inşa edilib. 

Hidroenerji potensialında Kür və Arazla  yanaşı, dağlıq ərazilərdən keçən çayların da mühüm yeri var. Xüsusilə Böyük və Kiçik Qafqazın çayları üzərində yaradılan SES-lər yerli əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsinə və ümumi enerji sisteminin gücləndirilməsinə xidmət edir. Su-elektrik stansiyalarının əsas üstünlüklərindən biri onların bərpa-olunan enerji mənbəyindən istifadə etməsidir. Su dövranı təbii şəkildə yeniləndiyi üçün hidroenerji uzunmüddətli perspektivdə əhəmiyyətli enerji mənbəyi hesab olunur.

Son illər Azərbaycanın hidroenerji siyasətində işğaldan azad edilmiş ərazilər xüsusi yer tutur. Qarabağın və Şərqi Zəngəzurun  dağlıq relyefi və zəngin su ehtiyatları burada SES yaradılması üçün əlverişli şərait formalaşdırır. Yenidən qurulan və istifadəyə verilən hidroenerji obyektləri regionun enerji təminatında xüsusi yer tutur və burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin enerji tələbatının ödənilməsinə xidmət edir. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və digər ərazilərdə SES yaradılması diqqət çəkir. 

Bu istiqamətdə həyata keçirilən layihələrin nəticələri isə artıq real göstəricilərdə özünü göstərir. Kəlbəcərdə istismara verilən yeni su-elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi hidroenerjinin region üçün əhəmiyyətini göstərən nümunələrdəndir. Fakt:  2024-cü il sentyabrın 2-də Kəlbəcərdə 22,5 MVt gücündə "Yuxarı Vəng" və 4,3 MVt gücündə "Zar" kiçik su-elektrik stansiyası istismara verilib. İstismara verildikləri tarixdən 2026-cı il avqustun 1-dək "Yuxarı Vəng" SES-də 60,1 milyon kilovat-saat, "Zar" KSES-də isə 4,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Göygöl rayonunda Kürəkçay üzərində yerləşən "Toğanalı" KSES də bu istiqamətdə həyata keçirilən layihələrdəndir. Ümumi gücü 4,1 MVt olan stansiya 2024-cü il sentyabrın 2-də istismara verilib. İstismara verildiyi tarixdən 2026-cı ilin avqustunadək burada 27,2 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Su-elektrik stansiyalarının əhəmiyyəti sadəcə istehsal olunan elektrik enerjisinin həcmi ilə ölçülmür. Bu stansiyalar bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirir, enerji sisteminin şaxələndirilməsinə və daha ekoloji təmiz enerji istehsalına imkan yaradır. Üstəlik də hidroenerjidən istifadə istixana effekti yaradan qazların emissiyalarının azaldılmasında və ətraf mühitin qorunmasında böyük rol oynayır.

Qeyd edək ki, Azərbaycanın enerji strategiyasında hidroenerji günəş və külək enerjisi ilə birlikdə bərpaolunan enerji mənbələrinin inkişafının əsas istiqamətlərindəndir. Ölkədə həyata keçirilən iri günəş və külək layihələri ilə yanaşı, su-elektrik stansiyalarının potensialından istifadə enerji balansının  şaxələndirilməsinə xidmət edir. Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, həyata keçirilən layihələr nəticəsində 2035-ci ilədək Azərbaycanın enerji balansında bərpaolunan enerji mənbələrinin payının təxminən 43 faizə çatdırılması nəzərdə tutulur. Bu hədəf ölkənin enerji siyasətində bərpaolunan enerjinin çəkisinin getdikcə artdığını göstərir.

Çayların axını ilə hərəkətə gələn turbinlər  elektrik enerjisi istehsal etmir, həmçinin  Azərbaycanın yeni enerji xəritəsinin formalaşmasına, regionların inkişafına və "yaşıl enerji" potensialının genişlənməsinə də öz töhfəsini verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yaradılan hidroenerji obyektləri bu baxımdan həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır.

Beləliklə, su-elektrik stansiyalarının yaradılması yeni infrastrukturun formalaşmasına, regionlarda iqtisadi fəallığın artmasına və enerji təminatının yaxşılaşdırılmasına şərait yaradır. Bəzi hidroenerji layihələri su ehtiyatlarının idarə olunması və digər təsərrüfat sahələrinin inkişafı ilə də əlaqələndirilir. Hazırda  SES-lər Azərbaycanın enerji tarixinin bir hissəsi və gələcək enerji sisteminin vacib elementlərindən biri kimi ön plandadır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məqsədimiz Şabranın yaşıl rayona çevrilməsinə dəstək verməkdir

10:20
04 Sentyabr

Sumqayıtın 237 məzunu qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb

10:10
04 Sentyabr

Burada çayların suyu enerjiyə çevrilir

10:00
04 Sentyabr

Şəmkir: əkinçilikdə də, heyvandarlıqda da göstəricilər müsbətdir

09:50
04 Sentyabr

Goranboyda 1-ci sinfə gedəcək şəhid övladları ilə görüş keçirilib

09:40
04 Sentyabr

Tibb işçilərinin əməkhaqlarının artırılması əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir 

09:30
04 Sentyabr

Tibb işçilərinin minnətdarlığında dövlət qayğısının əks-sədası

09:20
04 Sentyabr

Çin enerji sahəsində Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür

09:10
04 Sentyabr

7 ayda 2,5 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunub

09:00
04 Sentyabr

Minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli

08:50
04 Sentyabr

Cənubi Qafqazdakı yeni geosiyasi reallıq

08:40
04 Sentyabr

Azərbaycan-ŞƏT əlaqələri yeni iqtisadi imkan və perspektivlərə yol açır

08:20
04 Sentyabr

Parlament diplomatiyasının perspektivləri müzakirə olunub

08:10
04 Sentyabr

Azərbaycan-Çin münasibətləri: strateji tərəfdaşlığın və çoxşaxəli əməkdaşlığın yüksəliş mərhələsi

08:00
04 Sentyabr

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

19:45
03 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

19:35
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!