09 Avqust 2025 08:00
725
İQTİSADİYYAT
A- A+
BP 6 ayın hesabatını verdi

BP 6 ayın hesabatını verdi


Hasilat sabit, ixrac ahəngdar, proqnozlar nikbindir 


BP şirkətinin cari ilin birinci yarısının göstəricilərinə aid açıqlamasında ilk növbədə "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi haqqında son məlumatlar verilir. 

Operator olaraq BP bildirir ki, 2025-ci ilin yanvar-iyun aylarında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat gündə orta hesabla 327 min barel, yarım ildə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub. "Çıraq"dan gündəlik orta hasilat 21 min, "Mərkəzi Azəri"dən 86 min, "Qərbi Azəri"dən 75 min, "Şərqi Azəri"dən 42 min, "Dərinsulu Günəşli"dən 54 min, "Qərbi Çıraq"dan 24 min və ACE-dən ("Azəri Mərkəzi Şərqi") 25 min barel təşkil edib. 

Fevralın 18-də "Mərkəzi Azəri" platformasından ilk neftin əldə olunmasının 20 illiyi qeyd olundu. İndiyədək bu platformadan ümumilikdə 1,1 milyard barel (154 milyon ton) neft hasil edilib.

İyun ayının sonunda AÇG-də ümumilikdə 143 neft hasilatı, 46 su injektor və 10 qaz injektor quyusu istismarda olub. İlin birinci yarısında bu yataqlar blokunda 3 neft hasilatı, 3 su injektor və 1 qaz injektor quyusunun qazılması tamamlanıb.

İlin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 1,5 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi laylarda təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Xatırladaq ki, AÇG-dəki sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə keçən il sentyabrın 20-də AÇG üzrə mövcud Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) yeni bir əlavə imzalanmışdı. 

Belə ki, AÇG-nin xeyli iri həcmdə - 4 trilyon kub futadək çıxarıla bilən STQ ehtiyatlarının olduğu düşünülür.

Bu ilin birinci yarısında iki prioritet STQ layını hədəfləyən ilkin quyu qazılıb və tamamlanıb. Quyu mövcud "Qərbi Çıraq" platformasından qazılıb. Bu quyu olduqca əhəmiyyətlidir. Çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq. Hazırda həmin quyudan ilk qaz hasilatının əldə olunması istiqamətində bütün lazımi sualtı birləşdirmə işləri aparılır.

BP-nin sözügedən məlumatında bildirilir ki, birinci yarımildə AÇG və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Bu dövrdə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunmuş təqribən 13 milyon ton (təxminən 106 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənib və dünya bazarlarına yola salınıb.

"Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC-yə), Türkiyə (BOTAŞ-a) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edir. İlin ilk altı ayında yataqdan - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və təxminən 2 milyon ton (təqribən 16 milyon barel) kondensat hasil olunub. Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 77,2 milyon (ildə təqribən 28,2 milyard) standart kubmetrdir. 

"Şahdəniz"in yatağının işlənməsinin növbəti mərhələsi olan "Şahdəniz Kompressiya" (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi üzrə ictimaiyyətlə məsləhətləşmələrin müddəti aprel ayında bitib və sənədin yekun versiyası may ayında hökumət tərəfindən təsdiqlənib. İyunun 3-də isə "Şahdəniz" konsorsiumu ŞDK layihəsi üçün yekun investisiya qərarını elan edib. 2,9 milyard dollar dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağıtəzyiqli qaz ehtiyatlarının hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə "Şahdəniz Alfa"dan və 2030-cu ildə "Şahdəniz Bravo"dan çıxarılan qaz həcmlərini kompressiya etmək üçün hazır olacağı planlaşdırılır. 

Xəzərdə geoloji kəşfiyyat işləri də davam edir. "Şəfəq-Asiman"da TPAO-nun qoşulması ilə layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun bundan sonrakı qiymətləndirilməsi sürətləndiriləcək. Bu məqsədlə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün həmçinin HPBS-nin kəşfiyyat dövrü uzadılıb və BP bu dövr üçün operator olaraq qalır.

Bir neçə ay əvvəl BP həmçinin "Qarabağ" neft yatağının işlənməsi üzrə mövcud Risk Xidməti Sazişinə (RXS) və "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) sahəsinə aid HPBS-yə qoşulub. BP bu iki sazişin hər birində SOCAR-dan 35 faizlik iştirak payı alıb.

BP həmçinin bildirir ki, bu ilin ikinci rübünün sonunda şirkətin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2395 nəfər təşkil edib və buraya müddətli müqavilə əsasında işləyənlər də daxildir. 

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizi milli kadrlar, ixtisası olmayan işçilərin isə hamısı yerli vətəndaşlardır. 

BP-də belə hesab edirlər ki, Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. 2025-ci ilin birinci yarısında BP və onun əməliyyatçı olduğu layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 0,7 milyon dollar vəsait xərcləyiblər. Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin birinci yarısında təxminən 0,4 milyon dollar vəsait yönəldib.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!