08 Noyabr 2025 13:03
518
DÜNYA
A- A+
Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  


Bu hadisələrdə Britaniya və ya İngiltərə bayrağı, eləcə də xristian simvollarından istifadə edilib


Böyük Britaniyada son üç ayda - avqust, sentyabr və oktyabr aylarında 25 məscidə 27 hücum olub. Bu hadisələrin 41 faizində Britaniya və ya İngiltərə bayrağı, eləcə də xristian simvollarından istifadə edilib. Britaniya Müsəlman Fondunun (BMF) hesabatına görə, iyul ayında bir, avqustda yeddi, sentyabr və oktyabr aylarında isə 18 hücum olub. Bəzi məscidlərə dəfələrlə hücum edilib və bununla da 23 fərqli yerdə 25 məscidə edilən hücumların ümumi sayı 27-yə çatıb. 

Hücumlar arasında simvolların asılması, divarlara qraffiti və rəsmlər çəkilməsi, əmlaka ziyan vurulması və yanğın cəhdləri yer alıb. 

Hesabatda qeyd olunur ki, bu ilin fevral-iyul ayları arasında məscidlərə yalnız dörd hücum qeydə alınıb, son üç ayda isə bu rəqəm 27 olub ki, bu da xüsusilə narahatedicidir. Həmçinin bayraqların və dini simvolların istifadəsinin artdığı vurğulanır. Hücumların təxminən yarısında Birləşmiş Krallıq və ya İngiltərənin (müqəddəs Georgi xaçı) bayrağı, eləcə də xristian simvolları və şüarları istifadə olunub. 11 faizdə məscid divarlarında təhqiramiz və nifrət dolu qraffiti və şəkillər peyda olub.

Hesabatda bəzi hadisələrin vandalizm aktları, digərlərinin isə zərər vurmağa yönəlmiş koordinasiyalı hücumlar olduğu vurğulanır. Müsəlman icması bu hadisələri dinlərinə görə cəmiyyətdə xoş qarşılanmadıqlarına işarə kimi qəbul edir. Həmçinin, polisin qurbanlara məhdud diqqətinin ölkədə islamofobiyanın tolerantlıqla qarşılandığı fikrini gücləndirdiyi qənaətinə gəlinir.

 BMF-nin baş direktoru Akila Əhməd hesabatı şərh edərkən bildirib ki, islamofobiya Böyük Britaniyada getdikcə daha çox görünən və zorakı hal alan prosesə çevrilir və məscidlərə heyrətamiz dərəcədə tez-tez hücumlar edilir. Hazırkı böhran qəbuledilməzdir və təcili tədbirlər görülməlidir. Əhməd qeyd edib ki, təxminən 4 milyon müsəlman ölkədə özlərini hər kəs qədər təhlükəsiz hiss etməlidir. "Bu hesabat hər kəs üçün həyəcan siqnalı olmalıdır. Vəziyyət daha da pisləşib və biz bir ölkə olaraq vəziyyəti normal məcraya qaytarmalıyıq". 

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni amfibiya növü kəşf edilib  

16:56
12 Dekabr

Tailandın Baş naziri Kamboca ilə qarşıdurma fonunda parlamenti buraxıb   

16:54
12 Dekabr

Baş nazir: Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır  

16:49
12 Dekabr

Anım gününə həsr olunmuş tədbirdə Ulu Öndərin sosial sahəyə göstərdiyi böyük diqqətdən bəhs edilib

16:47
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib  

16:45
12 Dekabr

Ağdərə sakini: Yurdumuza qayıtmaq mənim üçün ikinci dəfə doğulmaq kimidir  

16:44
12 Dekabr

Ombudsman Aparatının kollektivi Ümummilli Liderin xatirəsini yad edib

16:43
12 Dekabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib  

16:42
12 Dekabr

Ağdərənin Həsənriz kəndinə köçən daha 16 ailəyə evlərin açarları təqdim edilib YENİLƏNİB 

16:41
12 Dekabr

Maliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib  

16:40
12 Dekabr

Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, ailələrə açarlar təqdim olunub YENİLƏNİB  

16:38
12 Dekabr

Naxçıvanda Ümummilli Liderin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib  

16:02
12 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

15:52
12 Dekabr

Psixologiya Elmi- Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib  

15:16
12 Dekabr

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

14:34
12 Dekabr

Baş nazir Əli Əsədov Türkmənistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib  

14:20
12 Dekabr

Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib  

14:00
12 Dekabr

Prokurorluq əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər  

13:59
12 Dekabr

On bir ayda müavinətlər üzrə 1 milyard 66 milyon, Prezident təqaüdləri üzrə 685 milyon manat ödənilib  

13:58
12 Dekabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

13:51
12 Dekabr

Azərbaycan əhalisinin gəlirləri açıqlanıb  

13:50
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!