28 Sentyabr 2025 08:20
1320
İQTİSADİYYAT
A- A+
"Blackstone" ilə əməkdaşlıq təkcə sərmayə gəlirləri deyil, həm də strateji inkişafdır

"Blackstone" ilə əməkdaşlıq təkcə sərmayə gəlirləri deyil, həm də strateji inkişafdır


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və "Blackstone" şirkətinin strateji tərəfdaşlığa başladıqları vaxtdan 10 il keçir. Bu dövr ərzində ARDNF "Blackstone" tərəfindən idarə olunan müxtəlif daşınmaz əmlak və özəl səhm fondlarına ümumilikdə 1 milyard dollardan çox sərmayə yatırıb. 

Prezident İlham Əliyev ABŞ-yə işgüzar səfəri çərçivəsində Nyu York şəhərində "Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb. Qeyd edək ki, dövlətimizin başçısının ABŞ-də keçirdiyi görüşlərin hər biri qarşı tərəfin müraciəti əsasında baş tutub. Bu da təbii ki, ölkəmizə böyük maraqdan və Prezidentimizə dərin hörmət hissindən irəli gəlir. Sözügedən görüş də məhz bunu göstərdi. Belə ki, Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də ARDNF ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd edib, ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında aparıcı maliyyə institutları ilə əməkdaşlığa böyük önəm verdiyini, ölkəmizdə sabitlik, şəffaflıq və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğulayıb.

Xatırladaq ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan "Blackstone" 1985-ci ildə Nyu Yorkda təsis olunub. Şirkət özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları üzrə investisiya portfellərini idarə edir. Hazırda "Blackstone"nin idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon dollardan çoxdur. Baş ofisi Nyu Yorkda yerləşən şirkət London, Honkonq, Dubay, Sinqapur və Tokio da daxil olmaqla, dünyanın 27 şəhərində fəaliyyət göstərir.

"Blackstone" minlərlə institusional müştərinin - pensiya fondlarının, suveren fondların, sığorta şirkətlərinin və nüfüzlu universitetlərin nəzdində yaradılmış fondların, eləcə də milyonlarla  fiziki şəxslərin vəsaitlərini idarə edir. Ümumilikdə yüz milyonlarla insan tərəfindən uzunmüddətli yığımlarının idarə edilməsi bu şirkətə həvalə olunub.

Hazırda "Blackstone" dünyada 12 mindən çox daşınmaz əmlaka sahibdir. Daşınmaz əmlak investisiyası üzrə dünyada əldə edilmiş bir çox rekord göstərici bu şirkətə məxsusdur. İki il əvvəl "Blackstone Real Estate Partners X" Fondu investorlardan 30,4 milyard dollar vəsait toplayaraq tarixdə ən böyük özəl daşınmaz əmlak fondu kimi qeydə alınıb. Bundan əlavə, "Blackstone" 2007-ci ildə "Hilton" hotellər şəbəkəsini 26 milyard dollara əldə edib və bu, hotel sahəsində həmin tarixdəki ən böyük əməliyyatlardan biri olub. 

"Blackstone" şirkətinin yaşayış sektoru üzrə sərmayələri yüz minlərlə mənzili, milyonlarla insanı əhatə edir. Məsələn, "American Campus Communities" platforması vasitəsilə şirkət tərəfindən 140 mindən çox tələbə yataq yeri ilə təmin olunur. Bu isə ABŞ-nin ən böyük 10 universitetinin tələbə qəbulunun cəminə bərabərdir.

"Blackstone"nin idarə etdiyi Link Logistics 46 milyon kvadratmetr anbar və logistika mərkəzinə sahibdir. Müqayisə üçün deyək ki, bu, Polşa Respublikasının ümumi logistika mərkəzlərinin cəmi qədərdir. Bundan başqa, "Blackstone" şirkəti 2022-ci ildə Avropanın ən böyük şəhərdaxili logistika platforması olan "Mileway" şirkətinin 21 milyard avro dəyərində rekapitalizasiya prosesini tamamlayıb və bununla da indiyə qədər qeydə alınmış ən böyük özəl daşınmaz əmlak əməliyyatını həyata keçirib.

Dünyanın ən böyük data mərkəzi şirkətlərindən birinin sahibi olan "Blackstone" süni intellekt, bulud texnologiyaları, rəqəmsal xidmətlər və infrastrukturun qurulmasında lider rolunu oynayır. Yaratdığı və investisiya etdiyi şirkətlər vasitəsilə dünyada texnologiya, səhiyyə, çatdırılma kimi meqatrendlərin genişlənməsində rol oynayır. QTS Data Centers platforması 2 qiqavatdan çox elektrik tutumuna malikdir. Bu güc isə San Fransisko kimi böyük şəhərin ev təsərrüfatının enerji istehlakına bərabərdir. 

2018-ci ildə "Blackstone"nin rəhbərlik etdiyi konsorsium 20 milyard dollar dəyərində "Thomson Reuters"in "Maliyyə və Risk" biznesində tərəfdaşlıq sazişi bağlayıb. "Refinitiv" adı ilə fəaliyyət göstərməyə başlayan bu bölmə hazırda dünyada ən geniş istifadə olunan maliyyə məlumat platformalarından biridir.

Bundan başqa, 2016-cı ildə "BioMed Realty" şirkətini 8 milyard dollara əldə edən "Blackstone" tibb və texnologiya sahələrini özündə birləşdirən həyat elmləri (life sciences) sektoru üzrə aparıcı şirkətlərdən birinə çevrilib. Onun sahib olduğu binalarda dünyanın aparıcı biotexnologiya şirkətləri, həmçinin Harvard, MIT, Cambridge kimi nüfuzlu universitetləri elm və tibbin gələcəyini formalaşdıran araşdırmalar həyata keçirir.   

ARDNF-nin indiyədək "Blackstone" tərəfindən idarə olunan müxtəlif daşınmaz əmlak və özəl səhm fondlarına yatırdığı 1 milyard dollardan çox sərmayə Şimali Amerika, Avropa və Asiya regionlarını əhatə edir.  ARDNF üçün "Blackstone" ilə tərəfdaşlıq süni intellekt, rəqəmsal infrastruktur, bərpaolunan enerji, səhiyyə, logistika, yaşayış tipli gələcəyin qlobal iqtisadiyyatını formalaşdıran sektorlara yatırım etmək deməkdir.

Lakin ARDNF-nin "Blackstone" kimi nəhəng bir investisiya şirkəti ilə əməkdaşlığı yalnız sərmayə gəlirləri deyil, həm də strateji inkişaf imkanları yaradır. Bu əməkdaşlıq əsasında ölkəmizdə logistika mərkəzlərinin inkişafı, rəqəmsal infrastrukturun gücləndirilməsi, "yaşıl enerji" layihələrinin reallaşdırılması və tibbi-tədqiqat parklarının qurulması mümkündür. Prezident İlham Əliyevin bu şirkətin rəhbəri ilə görüşü deyilənlərin reallaşacağına böyük inam yaradır.


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keniya Prezidentinə SOCAR-ın Azərbaycandan kənarda həyata keçirdiyi enerji layihələri barədə məlumat verilib  

13:01
18 May

ABŞ-də keçirilən avia şousunda iki hərbi təyyarə toqquşub   

13:00
18 May

Pakistanda bazarda partlayış: 3 ölü, 4 yaralı

12:51
18 May

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edir YENİLƏNƏCƏK

12:47
18 May

“Baraka” AES-də dron hücumundan sonra radiasiya sızması aşkar edilməyib  

12:39
18 May

Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

11:21
18 May

Azərbaycan şəhərsalma modelini dünyaya təqdim edir 

10:49
18 May

WUF13 “Urban Expo” sərgisinin açılışı olub 

10:47
18 May

Ombudsman “İnsan Hüquqları Aylığı”nı elan edib

10:43
18 May

WUF13 çərçivəsində assambleyaların birgə bağlanış sessiyası keçirilib – YENİLƏNİB

10:06
18 May

18 May - Beynəlxalq Muzeylər Günüdür

10:02
18 May

İcraçı direktor: WUF13 BMT-nin Məskunlaşma Proqramının indiyədək təşkil etdiyi ən böyük sessiyasıdır

09:59
18 May

Anar Quliyev: WUF13 şəhərlərin gələcəyinə dair qlobal baxışın formalaşmasına töhfə verir 

09:53
18 May

UN-Habitat: Mənzil böhranı artıq qlobal və sistemli çağırışa çevrilib

09:46
18 May

Türkiyə mediası: Bakıda şəhərlərin gələcəyi formalaşır

09:23
18 May

Media: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb

09:19
18 May

WUF13-ün ilk günü nazirlər görüşü, bayraq qaldırma mərasimi və Assambleya sessiyaları ilə yadda qalıb VİDEO  

09:13
18 May

Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

09:13
18 May

Səudiyyə Ərəbistanı hava məkanına daxil olan üç dronu ələ keçirib

08:57
18 May

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

08:46
18 May

Tramp: Vaxt İranın əleyhinə işləyir

08:40
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!