09 İyul 2016 08:07
156
Mədəniyyət
A- A+
Bir neçə saatdan sonra yay mövsümünün ən hərarətli hadisəsi - “JARA” Festivalı başlayır

Bir neçə saatdan sonra yay mövsümünün ən hərarətli hadisəsi - “JARA” Festivalı başlayır

 

Bu gün yay mövsümünün ən hərarətli hadisəsi - “JARA” Beynəlxalq Musiqi Festivalı başlayır.

İyulun 9-10-da Bakının “Sea Breeze” istirahət zonasında təşkil olunacaq festivalın iştirakçıları artıq paytaxtımızdadırlar.

Bir neçə saatdan sonra start veriləcək Festival tamaşaçıları məşhur sənətçilərin sayı ilə heyrətləndirəcək. İştirakçılar arasında Rusiya estradasının kralı adına layiq görülən xalq artisti Filip Kirkorov da var. O, Bakıda olmaqdan məmnunluğunu ifadə edərək deyib: “Mən xoşbəxtəm ki, növbəti dəfə qonaqpərvər Azərbaycan tamaşaçısı üçün ifa etmək imkanım olacaq. Bilirəm ki, burada çox pərəstişkarım var. Mənim ən böyük arzum Bakıda solo konsertlə çıxış etməkdir. Ümid edirəm ki, qonaq olduğum “JARA” festivalı düşərli olacaq və bu arzum reallaşacaq. Festivala Rusiyanın, Azərbaycanın, Ukraynanın və Qazaxıstanın ən yaxşı artistləri toplaşırlar. Biz musiqiçilər ümumi bir dildə danışırıq. Bu iki gün ərzində biz gözəl səhnəyə çıxaraq sevgi dilində danışacağıq, məhəbbət haqqında mahnılar ifa edəcəyik. Bütün ifalar ancaq xoş əhval-ruhiyyəyə, sevgiyə, dostluğa köklənəcək. Mən Bakıdakı səhnəyə çıxmağıma qalan saatları sayıram, bu səhnədə Azərbaycan dilində nələrsə deyəcəyimi gözləyirəm. Çünki mənim üçün hər dəfə bu dildə danışmaq hədiyyədir. Ümid edirəm ki, konsertlər və təşkil olunan axşamlar həm mənə, həm də tamaşaçılara böyük zövq bəxş edəcək.

Müğənni və bəstəkar Emin Filip Kirkorovun çıxışının sürprizlərlə dolu olacağını bildirdi.

Festivalda iştirak edən Rusiyanın digər məşhur ulduzları da artıq Bakıdadırlar. Onlar Azərbaycana sevgilərini elə ölkəmizə qədəm qoyduqları ilk andan hiss etdirdilər:

Leonid Aqutin: Mən Azərbaycanı çox sevirəm.

Vladimir Presnyakov: Festivaldan xoş, mehriban emosiyalar və təbii ki, peşəkar musiqi gözləyirəm.

Katya Lel: Mən Bakı Festivalından hədsiz emosiya, möhtəşəm sənət, dostlarımın sayəsində qeyri-adi ab-hava gözləyirəm. Mən Azərbaycan tamaşaçısını çox sevirəm. Çünki onlardan həmişə inanılmaz isti münasibət görmüşəm.

Dmitri Fomin: Mən möhtəşəm musiqi və tamaşaçıların yüksək əhval-ruhiyyəsini gözləyirəm. Azərbaycanlıları görmək istəyirəm, çoxdandır Bakıda olmamışdım.

Sati Kazanova: Mən artıq heyranam. Festivalda da belə ab-hava gözləyirəm.

Denis Klyaver: Festivaldan xoş əhval-ruhiyyə, sevinc və əlbəttə ki, ancaq pozitiv enerji gözləyirəm.

Emin: Təşkilatçılığa dəstəyə görə Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Leyla Əliyevaya səmimi qəlbdən təşəkkür edirəm.

Beləliklə, festivalda Filip Kirkorov, Qriqori Leps, Leonid Aqutin, Emın, Vladimir Presnyakov, Katya Lel, Nargiz Zakirova, Timati, Sergey Lazarev, Anita Tsoy, Svetlana Loboda, Vlad Sokolovski, “Banderos”, Polad Bülbüloğlu, Stas Mixaylov, Polina Qaqarina, Nyuşa, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, Potap və Nastya, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli və bir çox digər sənətçilər iştirak edəcəklər. Festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, möhtəşəm qırmızı xalı, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayırlar.

“JARA” festivalı elə planlaşdırılıb ki, aparıcılar həm səhnədə, həm də zalda işləyəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar.

Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

“JARA” Beynəlxalq Musiqi Festivalı hər il keçiriləcək. Əgər builki proqram 2 gün üçün nəzərdə tutulubsa, gələn il artıq 3-4 gün çəkəcək, artistlərin və çıxışların sayı da artacaq. Təşkilatçılar əmin edirlər ki, festival ən yüksək standartlara uyğun təşkil olunaraq Rusiyanın və Azərbaycanın mədəni həyatında möhtəşəm və əlamətdar hadisəyə çevriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Avropada təbii qaz qiymətləri kəskin artıb

16:37
02 Aprel

BMT: Yaxın Şərq müharibəsi bərpaolunan enerji mənbələrinə sürətli keçidin əhəmiyyətini artırır  

16:21
02 Aprel

Kəlbəcərə növbəti köç: Daha 27 ailə doğma yurduna qovuşub YENİLƏNİB 2

16:18
02 Aprel

Avstraliya qumar reklamlarına qarşı sərt məhdudiyyətlər tətbiq edir

16:17
02 Aprel

İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verəcək  

16:12
02 Aprel

Marsda mümkün həyat izləri ilə bağlı araşdırma aparılıb  

16:11
02 Aprel

“AirPods Max 2” təqdim edilib  

16:01
02 Aprel

Böyük Britaniya Aİ ilə əlaqələri gücləndirəcək

15:56
02 Aprel

Cənubi Koreya enerji böhranına qarşı 17,3 milyard dollar ayırır

15:53
02 Aprel

Qızılın qiyməti müharibə bəyanatlarından sonra azalıb  

15:45
02 Aprel

Bu kiçik şəhər dünyanın ən pis havasına malikdir

15:41
02 Aprel

Hacıqabul Sənaye Parkında yeni investisiya layihəsi: 50 iş yeri yaradılacaq   

15:36
02 Aprel

Türkiyə 224 kilometrlik yolun təmirinə başlayıb 

15:31
02 Aprel

Ay ətrafında səyahətə start verilib  

15:30
02 Aprel

Bakı-Supsa neft kəməri: xərclər və müqavilə şərtləri təsdiqləndi 

15:21
02 Aprel

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!