03 Mart 2022 00:18
1005
İQTİSADİYYAT
A- A+
Bir ildə 623 hektar intensiv meyvə bağları

Bir ildə 623 hektar intensiv meyvə bağları

 

Qusar rayonunda müasir tipli intensiv meyvə bağlarının salınmasına maraq artıb.

AZƏRTAC xəbər verir ki, son illər rayonda superintensiv meyvə bağlarının sahəsi artırılaraq 7 min hektara çatdırılıb. Bu bağların 3500 hektarında alma əkilib.

Rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. Qusarda 30-40 il əvvəl salınan bağlar bioloji inkişaf dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni superintensiv tipli meyvə bağları salmaqda maraqlıdırlar. Təkcə 2021-ci ildə rayonda 623 hektar intensiv meyvə bağları salınıb.

Bağban Elfad Mirzəbəyov rayonun Yuxarı Zeyxur kəndində 6 hektar sahədə müasir tipli bağ salıb. Damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Yeni sistem bütün bağı bir günə suvarmaq imkanı yaradır. Bu isə öz növbəsində həm vaxt itkisinin, həm də su məsrəfinin qarşısını alır.

“İntensiv üsulla müasir bağ salmışıq. Altı hektar alma bağıdır. Bağda Türkiyədən gətirilən xarici alma sortlarının tinglərini əkmişik. Ənənəvi bağlarla müqayisədə superintensiv bağların becərilməsi tam fərqlidir. İntensiv bağçılığın üstün cəhətlərindən biri də meyvə tinginin əkildiyi ilk illərdə məhsula düşməsidir. Artıq ikinci il 1 hektar intensiv alma bağından 15 ton məhsul almaq mümkündür”, - deyə E.Mirzəbəyov bildirib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!