21 İyul 2026 08:20
195
SİYASƏT
A- A+
"Bəzi avropalı siyasətçilər Prezident İlham Əliyevin lider kimi rolunu başa düşmürlər"

"Bəzi avropalı siyasətçilər Prezident İlham Əliyevin lider kimi rolunu başa düşmürlər"


"Avropa İttifaqının bəzi siyasətçiləri, Avropa Parlamenti və Avropa Şurası strukturlarında olan şəxslər elə bəyanatlar verirlər ki, onların Cənubi Qafqaz regionunda sülhün inkişafında maraqlı olub-olmadığı sual doğurur".

Bu sözləri AZƏRTAC-a müsahibəsində "Vahid Neytral Gürcüstan" partiyasının regional katibi, politoloq Levan Nikoleişvili bildirib. "Bu gün biz bunu Azərbaycan, Gürcüstan və Ermənistanın nümunəsində də görürük. Gürcüstan rəsmi olaraq Avropa İttifaqına namizəd ölkə statusuna malikdir. Lakin eyni zamanda müxtəlif sanksiya mexanizmləri ilə üzləşir. Bu addımlar maneə yaradır və əslində Gürcüstanın inkişafına təsir edir. Bu isə bir daha belə şübhələr yaradır ki, onların məqsədi Gürcüstana xidmət etmək və onu qorumaq deyil, əksinə, ölkəni öz təsirləri altında saxlamaqdır", - deyə o qeyd edib.

Politoloq bildirib ki, oxşar siyasət Cənubi Qafqazın digər istiqamətlərində də müşahidə olunur: "Azərbaycana qarşı siyasətə fikir verək. Azərbaycan ilə dost görüntüsü yaradanlar, əslində, dost olmayan siyasət yürüdürlər. Bunu anlamayan insanlar ən azı müəyyən düşüncə və analiz qabiliyyətinə malik olmalıdırlar. Onlar Azərbaycanın harada yerləşdiyini, hansı resurslara malik olduğunu, enerji imkanlarını və iqtisadi inkişafını düzgün qiymətləndirə bilmirlər. Unudurlar ki, Azərbaycana öz siyasətlərini qəbul etdirməyə çalışmaq, onun milli maraqlarına zidd addımlar atmaq cəhdləri çox sadə cavabla qarşılaşacaq".

L.Nikoleişvili deyib: "Onlar ya Prezident İlham Əliyevin lider kimi rolunu və onun həm Azərbaycan, həm də Cənubi Qafqaz üçün əhəmiyyətini başa düşmürlər, ya da Azərbaycan xalqının mentalitetini, tarixini və mədəniyyətini anlamırlar. Ona görə ki, Azərbaycan imkanlarına və resurslarına sahib olan bir dövlət kimi öz suverenliyini heç vaxt güzəştə getməyəcək və heç bir ölkənin diktəsi ilə hərəkət etməyəcək".

Onun sözlərinə görə, Ermənistan məsələsində bəzi qüvvələr bu dövləti müəyyən istiqamətlərə yönəltməyə çalışırlar və nəticədə Ermənistan müəyyən problemlərlə qarşılaşa bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə tədbirlər müzakirə edilib  

11:01
21 İyul

Bu ilin beş ayında doğulanların və ölənlərin sayı məlum olub  

10:57
21 İyul

Azərbaycan əhalisinin sayı açıqlanıb 

10:48
21 İyul

Dünya çempionatının rəmzi komandası açıqlanıb

10:46
21 İyul

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

Qızılın qiyməti 4070 dollardır

10:23
21 İyul

Azərbaycan nefti 93 dollara satılır

10:23
21 İyul

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Endi Börnhemə  

10:18
21 İyul

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb  

10:03
21 İyul

Yayda qida zəhərlənməsindən necə qorunaq?

09:45
21 İyul

Yaxın Şərq böhranı tezliklə həll olunmasa...  

09:40
21 İyul

Heykəltaraşlığın Tokay səhifəsi

09:35
21 İyul

Zamanı və sərhədləri aşan söz ustadı

09:30
21 İyul

Qusarda keçirilən konfrans mediada dini mövzuların təqdimatına həsr olunmuşdu 

09:25
21 İyul

Daşkəsəndə Aqroturizm Festivalı keçirilib

09:20
21 İyul

Ağsaqqallar şuraları hesabat verirlər

09:15
21 İyul

Neftçalada aqrar sahənin inkişafına dair dövlət proqramının icrası müzakirə edilib

09:10
21 İyul

Azərbaycanın "yaşıl enerji"si sərhədləri aşacaq

09:05
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!