21 İyul 2026 09:00
213
SİYASƏT
A- A+
Anastasiya LAVRİNA: "Azərbaycan yeni dünya nizamında mövqeyini daha da möhkəmləndirir"

Anastasiya LAVRİNA: "Azərbaycan yeni dünya nizamında mövqeyini daha da möhkəmləndirir"


"Bu gün Azərbaycan öz inkişafının yeni mərhələsindədir. Ərazi bütövlüyünün və tam suverenliyinin bərpasından sonra ölkəmizin qarşısında yeni strateji vəzifə dayanır - tarixi Zəfəri uzunmüddətli iqtisadi, texnoloji və geosiyasi inkişafın möhkəm təməlinə çevirmək. Qarabağın və Şərqi Zəngəzurun bərpasına, Orta dəhlizin inkişafına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və rəqəmsal transformasiyaya məhz bu kontekstdə yanaşmaq lazımdır. Bunlar ayrı-ayrı istiqamətlər deyil, Azərbaycanın gələcək inkişaf modelinin bir-biri ilə sıx bağlı elementləridir".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun elmi tədqiqatçısı Anastasiya LAVRİNA deyib.

O bildirib ki, azad edilmiş ərazilərin dirçəldilməsi bu prosesdə xüsusi əhəmiyyət daşıyır.

"Qarabağ və Şərqi Zəngəzur bu gün müasir infrastrukturun yaradıldığı, "yaşıl enerji"nin inkişaf etdirildiyi, rəqəmsal texnologiyaların tətbiq olunduğu və yeni iqtisadi mərkəzlərin formalaşdığı bir məkana çevrilir. Azərbaycan dünyaya suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq prinsiplərinə əsaslanan öz postmünaqişə bərpa modelini nümayiş etdirir. Eyni zamanda Azərbaycanın geoiqtisadi rolu da dəyişir. Qlobal logistika zəncirlərinin yenidən formalaşdığı bir dövrdə Orta dəhliz Azərbaycanı Şərqlə Qərb arasında mühüm bağlantı mərkəzlərindən birinə çevirir. Enerji sahəsində ölkəmiz artıq özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və bu gün bərpaolunan enerji mənbələrinin inkişafı hesabına bu rolunu daha da genişləndirir. Rəqəmsal transformasiya və süni intellekt isə dövlətin gələcək rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən birinə çevrilir", - deyə o bildirib.

Anastasiya Lavrinanın sözlərinə görə, Azərbaycanın beynəlxalq nüfuzu bu gün yalnız onun iqtisadi və coğrafi potensialı ilə müəyyən edilmir. Prezident İlham Əliyevin - ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib Liderin şəxsi siyasi nüfuzu və beynəlxalq hüquq prinsiplərinə əsaslanan ardıcıl mövqeyi də burada xüsusi əhəmiyyət daşıyır.

Ekspert bildirib ki, iştirak etdiyi IV Şuşa Qlobal Media Forumu bu reallığın beynəlxalq səviyyədə necə qəbul olunduğunu aydın şəkildə nümayiş etdirib. "Beynəlxalq media və ekspert ictimaiyyətinin nümayəndələri Prezidentimizin fikrini yalnız Cənubi Qafqazla bağlı deyil, regionun hüdudlarından çox-çox kənarda baş verən proseslər barədə də öyrənməyə çalışırdılar. Azərbaycanın xarici siyasəti ardıcıl, balanslaşdırılmış və müstəqil xarakter daşıyır. Biz dəfələrlə bəyan etdiyimiz kimi, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda Rusiya ilə münasibətlərimizi inkişaf etdiririk. Azərbaycan İsraillə sıx əməkdaşlıq edir və İranla da qarşılıqlı fəaliyyət göstərir, bütün bu münasibətlərdə öz milli maraqlarını əsas tutur. Vaşinqtonla münasibətlər də yeni mərhələyə qədəm qoyub. Azərbaycan və ABŞ rəhbərliyi arasında formalaşmış birbaşa siyasi dialoq ölkəmizin və onun Liderinin artan beynəlxalq nüfuzunun daha bir göstəricisidir", - deyə ekspert bildirib.

Anastasiya Lavrina vurğulayıb ki, Azərbaycanın gələcək inkişaf modeli müstəqil dövlətçilik prinsiplərinə əsaslanır. "Mən Azərbaycanın gələcək inkişaf modelini öz daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən edən, Qarabağı bərpa edən, yeni nəqliyyat və enerji marşrutlarını inkişaf etdirən, müasir texnologiyalara sərmayə qoyan və təhlükəsizliyini gücləndirən qüdrətli və suveren dövlət kimi görürəm. Azərbaycan artıq qlobal transformasiya şəraitində passiv müşahidəçi deyil, yeni geosiyasi reallıqların formalaşmasında söz sahibi olan dövlətlər sırasındadır. Azərbaycan artıq, sadəcə, dəyişən dünya nizamına uyğunlaşmır. Ardıcıl dövlət siyasəti və güclü Liderlik sayəsində ölkəmiz bu yeni sistemdə öz yerini daha da möhkəmləndirir və mövqeyi getdikcə daha çox eşidilmək istənilən dövlətə çevrilir", - deyə Anastasiya Lavrina fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  

14:05
21 İyul

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb  

13:56
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

13:05
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib 

12:41
21 İyul

Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub  

12:37
21 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

12:33
21 İyul

Sabah hava necə olacaq?

12:16
21 İyul

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34 faiz artıb

12:03
21 İyul

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

11:59
21 İyul

Azərbaycan Hava Yolları donanmasına bu il dördüncü təyyarəsini əlavə edib  

11:48
21 İyul

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb  

11:27
21 İyul

Belçikalıların Kralı Əlahəzrət Filipə

11:07
21 İyul

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə tədbirlər müzakirə edilib  

11:01
21 İyul

Bu ilin beş ayında doğulanların və ölənlərin sayı məlum olub  

10:57
21 İyul

Azərbaycan əhalisinin sayı açıqlanıb 

10:48
21 İyul

Dünya çempionatının rəmzi komandası açıqlanıb

10:46
21 İyul

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

Qızılın qiyməti 4070 dollardır

10:23
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!