21 İyul 2026 09:10
218
İQTİSADİYYAT
A- A+
Neftçalada aqrar sahənin inkişafına dair dövlət proqramının icrası müzakirə edilib

Neftçalada aqrar sahənin inkişafına dair dövlət proqramının icrası müzakirə edilib


Neftçala Rayon İcra Hakimiyyətində Prezidentin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov, dövlət proqramının icrası ilə əlaqədar RİH başçısı yanında yaradılmış Əlaqələndirmə Qərargahının üzvləri, "Prime-Cotton", "P-Agro", "Azərpambıq", "Sr-Dalğa", "Azerbaijan Fish Farm", "Xıllı Balıqartrırma" MMC-lər və aqrar sahədə fəaliyyət göstərən digər müəssisələrin əməkdaşları, eləcə də inzibati ərazi dairələr üzrə nümayəndələr və bələdiyyələr, iri fermer təsərrüfatlarının rəhbərləri, sahibkarlar və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan M.Seyidov bildirdi ki, dövlət proqramının icrası və 5 il ərzində  rayonun sosial-iqtisadi inkişafı  ilə bağlı Neftçala rayonu üzrə  2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair iş planı hazırlanmalı, rayonda aqrar sahədə mövcud vəziyyət geniş təhlil olunmalı, torpaq resurslarının qorunması və ondan səmərəli istifadə edilməsi məqsədilə əkinəyararlı bütün torpaq sahələri dəqiqləşdirilməli, istifadə olunmayan kənd təsərrüfatına yararlı torpaq sahələrində, o cümlədən iri fermer təsərrüfatlarında müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması, su resurslarından səmərəli istifadə mexanizmlərinin, o sıradan müasir suvarma və pivot sistemlərinin tətbiqi, buğda, pambıq, intensiv bağçılıq, akvakultura və balıqçılıq üzrə tətbiq edilən dövlət güzəştləri barədə sahibkarlar arasında maarifləndirilmə işinin aparılması əsas hədəflərdən biri kimi müəyyən olunmalıdır. RİH başçısı, eyni zamanda fermerlərə dövlət dəstəyi mexanizmlərindən daha geniş yararlanmaları istiqamətində dəstək göstərilməsi, statistik məlumatların dəqiqləşdirilməsi, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri üzrə aidiyyəti qurumlar arasında əlaqələndirmənin və koordinasiyanın daha da təkmilləşdirilməsinin vacibliyini  vurğuladı.

Çıxış edən RİH başçısının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən, dövlət proqramının mahiyyətindən, əsas məqsədlərindən və kənd təsərrüfatı istehsalatının hədəf göstəricilərindən ətraflı məlumat verdi. Digər çıxış edənlər - Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin  direktor müavini Elsevər Əsədov, Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Təbriz Eyyubov, Elektrik Şəbəkəsinin rəisi Ağababa Babayev dövlət proqramının aqrar sektorun inkişafına mühüm töhfə verəcəyini qeyd edərək yüksək reproduksiyalı toxumçuluğun genişləndirilməsi, müasir əkinçilik texnologiyalarının tətbiqi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, fermerlərlə dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, fasiləsiz su təminatı ilə bağlı texniki avadanlıqların dayanıqlı elektrik enerjisi ilə təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsal və emal zəncirinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşdülər.

Tədbirdə "Caspian İrrigation" MMC əkin sahələrinin suvarma sistemləri ilə təmin olunması, su ehtiyatlarından səmərli istifadə edilməsi  ilə əlaqədar  müasir suvarma avadanlıqlarının əkin sahələrində tətbiqi barədə fermerlərə maarifləndirici məlumat verildi.

İclasın sonunda Əlaqələndirmə Qərargahının fəaliyyətinin səmərəli təşkili, iş planının vaxtında və hərtərəfli hazırlanması, aidiyyəti məlumatların operativ toplanması və ümumiləşdirilməsi, habelə əlaqələndirmə işlərinin çevik və effektiv həyata keçirilməsi ilə bağlı iştirakçılara müvafiq tapşırıqlar verildi.


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcərdə sursat partlayıb, 1 nəfər xəsarət alıb

15:09
21 İyul

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib YENİLƏNİB  

15:01
21 İyul

Operativ məlumat: Azərbaycanda taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb  

14:51
21 İyul

Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib  

14:23
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB  

14:12
21 İyul

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  

14:05
21 İyul

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb  

13:56
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

13:05
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib 

12:41
21 İyul

Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub  

12:37
21 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

12:33
21 İyul

Sabah hava necə olacaq?

12:16
21 İyul

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34 faiz artıb

12:03
21 İyul

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

11:59
21 İyul

Azərbaycan Hava Yolları donanmasına bu il dördüncü təyyarəsini əlavə edib  

11:48
21 İyul

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb  

11:27
21 İyul

Belçikalıların Kralı Əlahəzrət Filipə

11:07
21 İyul

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə tədbirlər müzakirə edilib  

11:01
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!