21 İyul 2026 09:15
222
CƏMİYYƏT
A- A+
Ağsaqqallar şuraları hesabat verirlər

Ağsaqqallar şuraları hesabat verirlər


Yardımlı Rayon Ağsaqqallar Şurasının hesabat konfransında RİH-in başçısı Ayaz Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, ziyalılar, şəhid valideynləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. RİH-in inzibati binasında davam edən  tədbirdə giriş sözü ilə çıxış edən Ayaz Əsgərov Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşən ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolundan və xidmətlərindən bəhs edib. Vurğulanıb ki, Ulu Öndərin ideyalarına sadiq olan ağsaqqallarımız dövlətçiliyin qorunmasında, gənclərin maarifləndirilməsində, vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində xüsusi rol oynayırlar. 

Sonra Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri Etibar Əməşovun hesabat dövrü ərzində təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələr barəsində məruzəsi dinlənilib. Təşkilatın fəaliyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. 

Söz alan akademik Abel Məhərrəmov rayonda növbəti dəfə ağsaqqallarla görüşməkdən məmnun olduğunu bildirib. Ağsaqqal sözünün xüsusi məna kəsb etdiyini vurğulayaraq qeyd edib ki, ağsaqqal bütün parametrlər üzrə mükəmməl, nüfuzlu, hörmətli, dünyagörüşlü, xeyirxah, təəssübkeş olmalı və bir çox digər müsbət keyfiyyəti özündə birləşdirməlidir. O, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan üçün ximətlərindən də ətraflı bəhs edib. 

Konfransda çıxış edən digər natiqlər də Yardımlı Rayon Ağsaqqallar Şurası tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar. Qeyd ediblər ki, cəmiyyətimizdə yüksək nüfuza malik olan ağsaqqallarımızın bilik və təcrübəsindən hərtərəfli və səmərəli istifadə olunmalıdır. 

***

Şuranın Astara rayon təşkilatının konfransı da Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Çıxış edən RİH-in başçısı Qəzənfər Ağayev fəaliyyəti dövründə ağsaqqalların dəyərli məsləhətlərinə həmişə xüsusi önəm verdiyini qeyd etdi, yaşayış məntəqələrində mütəmadi olaraq keçirilən səyyar qəbullarda ağsaqqalların verdiyi təkliflərə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığını vurğuladı. Ölkənin, o cümlədən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının rayonda icra edilməsində cəmiyyətin digər təbəqələri ilə yanaşı, ağsaqqalların da aparıcı rolu olduğundan danışan natiq xatırlatdı ki, 2017-ci ildə Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmiş və dövlət proqramları təsdiq edilmişdir. Həmin ildən başlayaraq rayona xarici ölkələrdən yeni məhsuldar sitrus tingləri gətirilərək intensiv sitrus bağlarının salınmasının əsası qoyulmuş, nəticədə sitrus meyvə bağlarının sahəsi 2 min hektardan 4 min 500 hektara çatdırılmışdır.

RİH başçısı Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən qlobal layihələrdən də danışdı, bu yeni dövrdə yaşlı nəslin nümayəndələrinin ön sırada olmasını yüksək dəyərləndirdi. 

Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov hesabat məruzəsi ilə çıxış etdikdən sonra İdarə Heyətinin yeni tərkibi, şuranın və təftiş komissiyasının sədrləri seçildi.

Respublika Ağsaqqallar Şurası sədrinin müavini akademik Abel Məhərrəmov çıxışında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycanı inkişaf etdirərək müasir, hüquqi, demokratik, dünyəvi bir dövlətə çevirməsindən danışdı, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişafı, tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolundan bəhs etdi.


S.QUBADOÜLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB  

14:12
21 İyul

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  

14:05
21 İyul

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb  

13:56
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

13:05
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib 

12:41
21 İyul

Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub  

12:37
21 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

12:33
21 İyul

Sabah hava necə olacaq?

12:16
21 İyul

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34 faiz artıb

12:03
21 İyul

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

11:59
21 İyul

Azərbaycan Hava Yolları donanmasına bu il dördüncü təyyarəsini əlavə edib  

11:48
21 İyul

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb  

11:27
21 İyul

Belçikalıların Kralı Əlahəzrət Filipə

11:07
21 İyul

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə tədbirlər müzakirə edilib  

11:01
21 İyul

Bu ilin beş ayında doğulanların və ölənlərin sayı məlum olub  

10:57
21 İyul

Azərbaycan əhalisinin sayı açıqlanıb 

10:48
21 İyul

Dünya çempionatının rəmzi komandası açıqlanıb

10:46
21 İyul

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!