21 İyul 2026 08:30
280
SİYASƏT
A- A+
Azərbaycan-Mərkəzi Asiya formatı regionlar arasında geosiyasi və geoiqtisadi əlaqələrin inkişafına yeni imkanlar yaradır 

Azərbaycan-Mərkəzi Asiya formatı regionlar arasında geosiyasi və geoiqtisadi əlaqələrin inkişafına yeni imkanlar yaradır 


"Müasir dövrdə geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi bir şəraitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Tarixi, mədəni və mənəvi yaxınlıq üzərində qurulan bu münasibətlər artıq strateji tərəfdaşlıq müstəvisinə yüksələrək regionlararası əlaqələrin mühüm istiqamətlərindən birinə çevrilib".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Cafer Dal bildirib. C.Dal qeyd edib ki, Azərbaycan-Mərkəzi Asiya formatı yalnız regional əməkdaşlıq mexanizmi deyil, eyni zamanda Avrasiya məkanında yeni geosiyasi reallıqların formalaşmasına təsir edən mühüm platformadır.

Ekspertin sözlərinə görə, Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət, xüsusilə nəqliyyat, enerji və logistika sahələrində əldə etdiyi nailiyyətlər Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradıb: "Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin inkişafı ortaq maraqlara əsaslanır. Bu ölkələr bir-birini tamamlayan iqtisadi potensiala malikdir. Azərbaycan Xəzər regionunda mühüm nəqliyyat və enerji qovşağı kimi çıxış edir. Mərkəzi Asiya ölkələri üçün isə Azərbaycan üzərindən dünya bazarlarına çıxış imkanlarının genişlənməsi xüsusi əhəmiyyət daşıyır".

Onun fikrincə, xüsusilə Orta dəhlizin inkişafı Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının əsas istiqamətlərindən biridir. Bu nəqliyyat marşrutu Asiya ilə Avropa arasında alternativ və etibarlı bağlantı yaradaraq region ölkələrinin tranzit imkanlarını artırır.

"Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirib. Bu imkanlar Mərkəzi Asiya ölkələri üçün də böyük iqtisadi perspektivlər açır", - deyə türk ekspert vurğulayıb.

Cafer Dal bildirib ki, enerji sahəsində əməkdaşlıq da Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin mühüm istiqamətlərindəndir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, "yaşıl enerji" layihələri və bərpaolunan enerji sahəsində təşəbbüsləri region ölkələri arasında yeni əməkdaşlıq imkanları formalaşdırır.

Ekspert qeyd edib ki, Azərbaycan-Mərkəzi Asiya formatı türk dünyasında inteqrasiya proseslərinə də mühüm təsir göstərir. Ölkələr arasında siyasi dialoqun güclənməsi, iqtisadi əlaqələrin genişlənməsi və humanitar münasibətlərin inkişafı daha sıx regional əməkdaşlıq üçün möhkəm baza yaradır.

"Bu format həm regional sabitliyə, həm də davamlı iqtisadi inkişafa xidmət edir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın dərinləşməsi gələcəkdə yeni investisiya layihələrinin, ticarət əlaqələrinin və birgə təşəbbüslərin həyata keçirilməsinə imkan verəcək", - deyə Cafer Dal əlavə edib.

Onun sözlərinə görə, qlobal iqtisadi çağırışlar fonunda regional əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır. Azərbaycan-Mərkəzi Asiya formatı qarşılıqlı etimad, strateji maraqlar və ortaq inkişaf hədəfləri əsasında formalaşan mühüm əməkdaşlıq modeli kimi çıxış edir: "Qarşıdakı illərdə bu əməkdaşlıq enerji, nəqliyyat və ticarətlə yanaşı, rəqəmsal iqtisadiyyat, innovasiya, kənd təsərrüfatı və "yaşıl texnologiya"lar sahələrini də əhatə etməklə daha geniş məzmun qazanacaq. Azərbaycanın təşəbbüsləri və Mərkəzi Asiya ölkələri ilə qurduğu strateji tərəfdaşlıq əlaqələri regionlar arasında geosiyasi və geoiqtisadi bağların möhkəmlənməsinə, Avrasiyada yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Azərbaycan əhalisinin sayı açıqlanıb 

10:48
21 İyul

Dünya çempionatının rəmzi komandası açıqlanıb

10:46
21 İyul

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

Qızılın qiyməti 4070 dollardır

10:23
21 İyul

Azərbaycan nefti 93 dollara satılır

10:23
21 İyul

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Endi Börnhemə  

10:18
21 İyul

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb  

10:03
21 İyul

Yayda qida zəhərlənməsindən necə qorunaq?

09:45
21 İyul

Yaxın Şərq böhranı tezliklə həll olunmasa...  

09:40
21 İyul

Heykəltaraşlığın Tokay səhifəsi

09:35
21 İyul

Zamanı və sərhədləri aşan söz ustadı

09:30
21 İyul

Qusarda keçirilən konfrans mediada dini mövzuların təqdimatına həsr olunmuşdu 

09:25
21 İyul

Daşkəsəndə Aqroturizm Festivalı keçirilib

09:20
21 İyul

Ağsaqqallar şuraları hesabat verirlər

09:15
21 İyul

Neftçalada aqrar sahənin inkişafına dair dövlət proqramının icrası müzakirə edilib

09:10
21 İyul

Azərbaycanın "yaşıl enerji"si sərhədləri aşacaq

09:05
21 İyul

Anastasiya LAVRİNA: "Azərbaycan yeni dünya nizamında mövqeyini daha da möhkəmləndirir"

09:00
21 İyul

Azərbaycan-Çin əlaqələri Orta dəhlizin inkişafına mühüm töhfələr verir

08:55
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!