21 İyul 2026 14:04
272
SİYASƏT
A- A+
Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  


“İyulun 22-də milli mətbuatımızın yaradılmasının 151-ci ildönümü tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açıldı. Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan, Azərbaycan milli mətbuatı yarandığı vaxtdan etibarən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi  bir missiyanı da yerinə yetirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan mətbuatı ötən 151 ildə çətin, lakin şərəfli yol keçib. Müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da, öz yolundan dönməyib, həqiqətin carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.  Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığı istiqamətində də çox uğurlu irəliləyişlər göz qabağındadır. Ölkədə söz azadlığı tam təmin olunub, istər yazılı, istərsə də onlayn kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilir. Özünəməxsus inkişaf yolu keçən Azərbaycan mətbuatının, kütləvi informasiya vasitələrinin cəmiyyətə, ictimai fikrə  təsiri bu gün özünü daha qabarıq şəkildə büruzə verir. Belə ki, cəmiyyət inkişaf etdikcə, "dördüncü hakimiyyət" adlandırılan medianın öhdəlikləri də artır.

“Ümummilli Lider Heydər Əliyevin mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafına xidmət edən bir sıra qanun və sərəncamlar imzalayıb, "Media haqqında" qanun isə Azərbaycan mediasında yeni mərhələnin başlanğıcı olub. Bu gün milli mətbuatımız milli maraqlarımızın qorunmasında, informasiya təhlükəsizliyinin təmin olunmasında da prinsipial mövqe nümayiş etdirir. Bu baxımdan, 44 günlük Vətən müharibəsi media üçün bir sınaq dövrü oldu və Azərbaycan mediası informasiya müharibəsində də öz üstünlüyünü qorudu. Bu mənada tarixi zəfərimizdə medianın rolunu xüsusi qeyd etməliyik. Hazırda  dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur. Bu mənada döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, uzun müddət davam edəcək. Ona görə də, Azərbaycan mediası bundan sonra da milli maraqlarımız naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. İnanırıq ki, belə də olacaq. Hazırda bütün dünyada yeniliklər baş verir, rəqəmsallaşma, sosial şəbəkələr, süni intellekt cəmiyyət həyatının ayrılmaz hissəsini təşkil edir. Təbii ki, bu yeniliklər media sahəsində də özünü ciddi şəkildə göstərir. Bu baxımdan, ölkəmizin mediası da bu qlobal çağırışlarla ayaqlaşmalıdır.  Mən media işçilərini peşə bayramları münasibətilə ürəkdən təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram”,-deyə Samir Vəliyev vurğulayıb.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir  

16:39
21 İyul

Ukrayna hərbçiləri Rusiyanın Kursk aerodromunda MiQ-29 qırıcısını məhv ediblər 

16:29
21 İyul

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB  

16:21
21 İyul

Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb  

16:18
21 İyul

Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub  

16:15
21 İyul

Prezident İlham Əliyev: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir  

16:13
21 İyul

Prezident: Bağlantılar və tranzit imkanları ilə bağlı Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var  

16:09
21 İyul

Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir  

16:01
21 İyul

RF Dövlət Duması əcnəbilərin Rusiyadan deportasiyası qaydalarının siyahısını genişləndirib  

15:51
21 İyul

Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

15:47
21 İyul

Trans-Xəzər Parom Sistemi Kurık və Bakı limanlarını birləşdirəcək

15:47
21 İyul

Baş prokuror Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib

15:27
21 İyul

Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir  

15:23
21 İyul

Kəlbəcərdə sursat partlayıb, 1 nəfər xəsarət alıb

15:09
21 İyul

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib YENİLƏNİB  

15:01
21 İyul

Operativ məlumat: Azərbaycanda taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb  

14:51
21 İyul

Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib  

14:23
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB  

14:12
21 İyul

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  

14:05
21 İyul

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb  

13:56
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!