16 Oktyabr 2026 16:22
136
SİYASƏT
A- A+
Beynəlxalq təsisatların selektiv yanaşması  

Beynəlxalq təsisatların selektiv yanaşması  


Onların nüfuzu nə qədər qətnamə qəbul etmələri ilə  ölçülmür


Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyətə ünvanlanmış növbəti prinsipial mesaj olmaqla yanaşı, müasir dünya siyasətinin ən ciddi problemlərindən birinə – beynəlxalq hüququn siyasi maraqlara uyğun şəkildə təhrif edilməsinə və selektiv tətbiqinə münasibətin ifadəsidir. Dövlət başçısının mövqeyi Azərbaycanın öz milli maraqlarını müdafiə etməklə yanaşı, həm də beynəlxalq münasibətlərdə bərabərhüquqluluq, suverenlik və ədalət prinsiplərinin qorunmasına verdiyi əhəmiyyəti nümayiş etdirir.

Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında dedi ki, bu gün beynəlxalq siyasətdə baş verənlərin mahiyyətini anlamaq üçün mürəkkəb nəzəriyyələrə, müxtəlif siyasi məktəblərin yanaşmalarına müraciət etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, beynəlxalq hüququn norma və prinsiplərinin hansı dövlətə münasibətdə necə tətbiq olunduğuna, beynəlxalq təsisatların hansı məsələlərdə prinsipial, hansı hallarda isə susqun davrandıqlarına nəzər salmaq kifayətdir. Mənzərə göz qabağındadır. “Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu, yüzminlərlə soydaşımız doğma yurdlarından didərgin salındığı, şəhərlərimiz, kəndlərimiz, tarixi və dini abidələrimiz dağıdıldığı zaman beynəlxalq təsisatların böyük əksəriyyəti bu reallığa qarşı nümayiş etdirdikləri riyakar münasibətlə yadda qaldılar. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasının təmin edilməsi üçün tələb olunan siyasi iradə bilərəkdən nümayiş etdirilmədi, beynəlxalq hüququn müdafiəsi ilə bağlı konkret hədəfi olmayan, şablon ifadələrdən ibarət bəyanatlar səsləndirilsə də, işğala son qoyulması və müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsi ilə bağlı heç bir addım atılmadı. İndi isə vəziyyət dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, Ermənistanın işğalına son qoyub və regionda yeni reallıq yaradıb. Məhz bundan sonra Avropanın bəzi siyasi dairələrində və təsisatlarında ölkəmizə qarşı ittihamların, qərəzli qətnamələrin və siyasi təzyiq cəhdlərinin intensivləşməsi müşahidə olunur. Belə olduğu təqdirdə tamamilə haqlı bir sual yaranır: əgər beynəlxalq hüquq həqiqətən də universal dəyərdirsə, nə üçün onun norma və prinsiplərinə münasibət hadisələrin mahiyyətindən daha çox, konkret geosiyasi maraqlara uyğun gələn və ya gəlməyən siyasi nəticələrdən asılıdır? Nə üçün işğalın davam etdiyi dövrdə Azərbaycana qarşı təcavüzün nəticələrini aradan qaldırmaq üçün nümayiş etdirilməyən siyasi fəallıq ölkəmiz öz suverenliyini bərpa etdikdən sonra Azərbaycan əleyhinə qətnamələrin hazırlanmasına sərf olunur?”

Deputat bildirdi ki, bu sualların cavabını axtararkən Avropa Şurasının və Avropa Parlamentinin fəaliyyətindəki ziddiyyətləri görməmək mümkün deyil. Avropa Şurası özünü insan hüquqlarının, demokratiyanın və hüququn aliliyinin keşiyində dayanan beynəlxalq təşkilat kimi təqdim edir. Lakin bu təsisatın Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli, əsassız yanaşmalar həmin prinsiplərin nə dərəcədə ardıcıl müdafiə olunduğu barədə ciddi suallar doğurur. Bu xüsusda Avropa Şurası Parlament Assambleyasının fəaliyyəti diqqəti cəlb edir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra AŞPA-da ölkəmizə qarşı sərt siyasi ritorikanın güclənməsi, Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin təsdiqlənməməsi və reallıqdan uzaq müxtəlif qərarların gündəmə gətirilməsi bu təsisatın siyasi prioritetlərini yenidən nəzərdən keçirməyi zəruri edir. 

Deputat vurğuladı ki, Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyi ayrı-ayrı güc mərkəzlərinin diktəsi ilə deyil, milli maraqlar, qarşılıqlı hörmət və dövlətlərin suveren bərabərliyi prinsipləri əsasında müəyyənləşir. AQEM kimi geniş coğrafiyanı əhatə edən beynəlxalq platformalar isə bu yanaşmanın müdafiəsi və çoxtərəfli əməkdaşlığın inkişafı üçün mühüm imkanlar yaradır. Asiya dövlətlərini bir araya gətirən bu təşkilatın əhəmiyyəti yalnız iqtisadi və siyasi əməkdaşlıqla məhdudlaşmır. AQEM həm də beynəlxalq münasibətlərdə müxtəlif dövlətlərin mövqelərini ifadə edə bildiyi, regional problemlərin müzakirə olunduğu və əməkdaşlıq imkanlarının genişləndirildiyi platformadır. Azərbaycanın təşkilat çərçivəsində fəal iştirakı və sədrliyi ölkəmizin beynəlxalq siyasətdə müstəqil aktor kimi mövqeyinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. “Prezident İlham Əliyevin çıxışının siyasi məzmununda diqqəti cəlb edən əsas xətt də budur: beynəlxalq münasibətlərdə heç bir dövlətin maraqları digər dövlətin suveren hüquqlarından üstün tutula bilməz. Əgər beynəlxalq hüquqdan danışılırsa, bu hüququn bütün dövlətlərə münasibətdə eyni qaydada tətbiqi təmin edilməlidir. Azərbaycanın mövqeyi beynəlxalq əməkdaşlıqdan imtina etmək deyil. Əksinə, ölkəmiz müxtəlif tərəfdaşlarla münasibətlərin inkişafında maraqlıdır. Lakin bu əməkdaşlıq siyasi təzyiq, ikili standartlar və milli maraqlara müdaxilə üzərində qurula bilməz. Bu baxımdan AQEM platforması Azərbaycanın beynəlxalq münasibətlərə yanaşmasının mühüm ifadə vasitələrindən biridir. Ölkəmiz öz mövqeyini açıq şəkildə ortaya qoyur, beynəlxalq hüququn müdafiəsini tələb edir və suverenliyinə hörmət əsasında əməkdaşlığa hazır olduğunu təsdiqləyir”, – deyə o bildirdi.

Elçin Mirzəbəyli qeyd etdi ki, Azərbaycanın təcrübəsi göstərir ki, öz milli maraqlarını qoruya bilməyən dövlətlərin beynəlxalq hüquqa istinad etməsi də çox zaman nəticəsiz qalır. Beynəlxalq hüququn effektiv müdafiəsi hüquqi sənədlərin mövcudluğundan daha çox, həmin sənədlərin icrasını təmin edən siyasi iradə ilə mümkündür. “Bu gün Avropanın bəzi siyasi dairələrində müşahidə olunan narahatlığın səbəblərindən biri də Azərbaycanın öz taleyini başqalarının siyasi iradəsinə buraxmaması, milli maraqlarını müstəqil şəkildə müdafiə etməsi və regionda yeni reallıq yaratmasıdır. Ancaq reallıqla barışmaq istəməyənlər də anlamalıdırlar ki, beynəlxalq münasibətlərdə siyasi iradənin gücü əsassız qətnamələrin sayı ilə ölçülmür. Dövlətin gücü onun suverenliyini qorumaq, milli maraqlarını müdafiə etmək və beynəlxalq əməkdaşlıqda bərabərhüquqlu tərəf kimi çıxış etmək bacarığı ilə müəyyənləşir. Avropa təsisatları nə qədər gec olsa da, bu reallığı qəbul etməlidirlər. Azərbaycanla münasibətlərin gələcəyi siyasi təzyiq cəhdlərindən deyil, qarşılıqlı hörmətdən, ikili standartlardan deyil, beynəlxalq hüququn ardıcıl tətbiqindən, əsassız ittihamlardan deyil, real əməkdaşlıqdan asılıdır”, – deyə sonda o əlavə etdi.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ rəhbərliyi Ukraynaya davamlı dəstək vəd edir  

16:57
16 Oktyabr

Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib

16:46
16 Oktyabr

Qocalmanı ləngitməyin yolu tapılıb  

16:43
16 Oktyabr

Seul Pxenyanın hipersəs raket sınaqlarının uğuruna dair şübhələrinə cavab verib  

16:41
16 Oktyabr

Doğum və ölüm göstəriciləri

16:40
16 Oktyabr

 Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı: 1970 həb aşkarlanıb  

16:38
16 Oktyabr

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb  

16:35
16 Oktyabr

Beynəlxalq təsisatların selektiv yanaşması  

16:22
16 Oktyabr

Bakıdan səslənən mühüm çağırışlar   

16:12
16 Oktyabr

Füzuli rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir

16:07
16 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb  

15:59
16 Oktyabr

Beynəlxalq hüquq selektiv deyil, universal olmalıdır  

15:56
16 Oktyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb  

15:54
16 Oktyabr

“Tesla” uçan “Roadster 2” modelini sınaqdan keçirdi  

15:39
16 Oktyabr

Aralıq dənizində dünyanın ən qədim gəmi qalıqları aşkarlanıb  

15:36
16 Oktyabr

Dəmir yollarından metronun dərinliklərinə  

15:32
16 Oktyabr

Ölkəmizin turizm imkanları Samsunda təqdim edilib

15:30
16 Oktyabr

Azərbaycanda 9 ayda 19,86 milyon ton neft hasil edilib

15:28
16 Oktyabr

Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil siyasətinin təcəssümü  

15:22
16 Oktyabr

Füzulinin dirçəlişi Azərbaycanın iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır  

15:15
16 Oktyabr

ÜST qurğuşun zəhərlənməsi ilə bağlı çağırış edib  

15:12
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!